Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya azərbaycanlılarının həmrəylik gününə Sami Yusufdan möhtəşəm hədiyyə - "Azərbaycan"

Sami Yusufdan daha bir möhtəşəm kompozisiya...

Bu il iyunun 30-da Bakıda – Heydər Əliyev Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə hazırlanmış “İrsin sonsuz ruhu” (“Timeless spirit of heritage”) adlı mədəni proqram təqdim olunmuşdu.

Axşam.az Mədəniyyət Nazirliyinin saytına istinadən xəbər verir ki, proqramının müəllifi olan Azərbaycan əsilli məşhur müğənni və bəstəkar Sami Yusufun ölkəmizin musiqiçiləri ilə birlikdə ifa etdiyi kompozisiyalar böyük rəğbətlə qarşılanmışdı.

Bir müddət sonra isə Sami Yusufun həmin proqramdan bir parçanı – böyük Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı kompozisiyanı özünün “YouTube” kanalında yerləşdirməsi internet məkanında əsl hadisəyə çevrilmiş, “Məndə sığar iki cahan...” adlı musiqili kompozisiya qısa müddətdə yüz minlərlə izləyici toplamışdı.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində isə Sami Yusuf həmin konsertdən daha bir möhtəşəm parçanı – “Azərbaycan” kompozisiyasını “YouTube” kanalında yayaraq bütün soydaşlarımıza yüksək sənət zövqlü bayram hədiyyəsi bəxş edib.

Dünya azərbaycanlılarının həmrəyliyinə töhfə, ölkəmizin keçmişi, bu günü və gələcəyə baxışının tərənnümü olan bu kompozisiyanı Sami Yusuflə bərabər xanəndə Təyyar Bayramov, Kənan Bayramlı, müğənni Sevda Ələkbərzadə, aşıq Samirə, instrumental ifaçılarımız (sol tarda Sahib Paşazadə) və xor ifa edir.

Qeyd edək ki, sözügedən mədəni proqram doqquz elementdən ibarət idi və “Qobustan”, “Atəşgah”, “Nəsimi poeziyası”, “Rəqs edən ürəklər”, “Xalçalar”, “Şirvanşahlar sarayı”, “Novruz bayramı”, “Şəki Xan sarayı” və “Azərbaycanın gələcəyə baxışı” mövzularına həsr olunmuşdu.

pia.az


Etiket: Sami Yusuf

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar