Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Klublar Komitəsinin sədri: “Futbolçuları aldadırlar, pis yola çəkirlər”

“İclasda əsas məsələ danışılmış oyunlarla bağlı idi. AFFA-nın nümayəndəsi Seymur Səlimli bizə lazımı məlumat verdi”...

Bunu “Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev deyib.

O, sədri olduğu Klublar Komitəsinin bugünkü iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. R.Rəfiyev öncə iclas barədə danışıb: “I divizionda istənilməyən olaylar baş verir. Onlarla bağlı məlumatı dinlədik. İclas əsasən buna həsr olunmuşdu.
Sonda ilə yekun vurduq, müzakirələr apardıq. Yalnız I divizion barədə məlumat verildi. Klublarda baş verənlərdən danışıldı. Futbolçuları aldadırlar, pis yola çəkirlər. Araşdırmalar hələ davam edir, hüquq mühafizə orqanları daha məlumatlıdır və öz işlərini aparırlar”.

O, adətən hər il sədr dəyişikliyi olan komitədə növbəti seçkilərə də toxunub: “Seçki gələn il olacaq. Səhv eləmirəmsə, mart ayında baş tutacaq”.

Klub prezidenti qeyd edib ki, gənc futbolçulara görə verilməsi gündəmdə olan vəsaitlə bağlı da müzakirələr aparılıb: “Gənc oyunçulara görə əlavə bonusların verilməsi müzakirə olunur. Lakin bu məsələ sadəcə təkliflə irəli sürülməməlidir. Tənzimlənməli, layihə kimi işlənilməlidir. Bu yenilik növbəti mövsüm üçün təklif olunacaq”.

R.Rəfiyev bildirib ki, iclasda legioner limiti barədə danışılmayıb: “Legioner limitinin dəyişməsi, 21 yaş limitinin ləğvi kimi məsələ iclasın gündəmində olmayıb”.

AFFA-nın klublara fərqli dəstək etməsi barədə suala cavab verməkdən yayınan R.Rəfiyev “Sumqayıt”ın qışda oyunçu transfer etməyəcəyini bildirib: “Bunu sizdən eşidirəm. Klub prezidenti kimi bu barədə nəsə deyə bilmərəm. “Sumqayıt”a gəlincə, komandaya oyunçu cəlb olunmayacaq. Bunun maddi məsələlərə aidiyyatı yoxdur. Məşqçilərlə danışmışıq ki indiki heyət yaxşıdır. Ola bilər ki, bir futbolçu cəlb olunsun. O da bizə kömək edə bilərsə. Belə bir məqsədimiz yoxdur ki, heyətə mütləq futbolçu qataq”.

Komitə sədri prezidenti olduğu klubun iranlı legionerləri Mehdi Şərifi və Peyman Babayi ilə digər futbolçular arasında fərq qoyulmadığını dilə gətirib: “Onların Azərbaycan pasportu yoxdur. Legioner kimi qeydiyyatdan keçiblər. Hər ikisi cənubi azərbaycanlıdırlar. Onlarla yeli futbolçular arasında fərq qoymuruq. Onları ayırsaq, düzgün olmaz”.

R.Rəfiyev vurğulayıb ki, israilli futbolçu Əmir Ağayevin milliləşərək Azərbaycan yığmasına cəlb olunmasın baş məşqçinin istəyindən asılıdır: “Əmir Ağayevin milli komandaya cəlb olunması baş məşqçidən asılıdır. Bu, yeni çalışdırıcının qərarı ilə ola bilər. Hüquqi tərəfdən onun oynamağa ixtiyarı var”.(apa)

pia.az


Etiket: AFFA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar