Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin öz qınına çəkilir... - Pekin ənənəvi dinlərə qarşı səlib yürüşü başladıb

İqtisadi cəhətdən dünyanı qlobal bazara çevirən Çin öz ətrafına, xüsusilə də Asiyaya qalın dini-siyasi divarlar hörür...

Hilmi Demir

“Türkiye” qəzeti, Türkiyə, 28 dekabr 2019-cu il

İqtisadi cəhətdən dünyanı qlobal bazara çevirməyə çalışan Çin ətrafına qalın dini-siyasi divarlar hörür. Çinin uyğur türklərinə qarşı tətbiq etdiyi ağır siyasi və dini təqiblər “radikalizmlə mübarizə” kimi göstərilsə də, əsas səbəb qlobal təcrid olunmadır.

65 ölkə və 3 milyardlıq əhali ilə bağlı olan “Bir Kəmər Bir Yol” layihəsini başladan Çinin özünü təcrid etdiyini demək, bəlkə də, çox iddialı səslənir. Hətta bu iddia dünyanın hər yerinə investisiyalar qoyan Afrikanı belə Çinə çevirən bir ölkə ilə əlaqədardır.

Çin təkcə iqtisadiyyat və texnologiya üzərində inkişaf etmir, həmçinin, özü ilə birlikdə bütün dünyanı da irəliyə aparır.

“Bir Kəmər Bir Yol” layihəsi Asiya-Avropa xəttindəki önəmli iqtisadiyyatlar arasında bir nəqliyyat strukturu, ticarət və investisiya əlaqəsi yaratmağı hədəfləyir. Layihənin qurudan və dənizdən iki önəmli beynəlxalq ticarət dayanacağı var: kəmər hissəsini təşkil edən İpək Yolu İqtisad Kəməri və yol hissəsini təşkil edən Dəniz İpək Yolu. Bu layihə ilə Çin dünyadakı mövcud ticarət yollarını və Avropanın müəyyənedici rolunu kökündən dəyişdirmiş oldu. Beləliklə, Çin təkcə dünya iqtisadiyyatında ABŞ-ı keçərək zirvəyə çatmır, həm də dünya sistemini və regional güc balansını da dəyişdirir.

Bu nöqtəyə qədər Çinin etdiyi heç bir şey Asiya və Yaxın Şərq ölkələrinə problem yaratmır. Hətta “Bir Kəmər Bir Yol” layihəsinin Türkiyəyə də yeni və önəmli fürsətlər təqdim edəcəyini deyən bilərik. Lakin tarixi təcrübə göstərir ki, yollar təkcə ticarət inteqrasiya və aktivlik gətirmir, yollar həm də mədəniyyətləri bir-birinə bağlayır. Tarixi İpək Yoluna nəzər saldıqda görürük ki, o, Asiyadan Avropaya qədər təkcə ipək, ədviyyat, dəyərli daşlar deyil, eyni zamanda, Asiyanın mədəniyyətini də inancını da daşıyıb. Hətta Türküstan ərazisindəki yəsəvilik İpək Yolu vasitəsilə Balkanlara qədər yayılıb.

Çinin problemi də məhz buradan başlayır. İqtisadiyyat və investisiya üçün yolları açan Çin, bu yolların bir-birinə birləşməsinə mane olan mədəni divarlar hörür. Başqa sözlə, iqtisadi cəhətdən dünyanı qlobal bazara çevirən Çin öz ətrafına, xüsusilə də Asiyaya qalın dini-siyasi divarlar hörür. Bu durum Çinin əsas problemi kimi qarşımıza çıxır. 

Çinin uyğur türklərinə qarşı tətbiq etdiyi zülm və təzyiq siyasətləri “radikalizm” və ya “terrorla mübarizə” kimi göstərilsə də, əsas səbəb mədəni təcrid olunmadır. Çin qloballaşdıqca kommunist dəyərlərin ortadan qalxmasından qorxur. Çin qlobal sistemə inteqrasiya etdikcə və böyüdükcə ölkədəki insanlarda da əxlaqi boşluq yaranır və bu, get-gedə dərinləşir. Çin bu boşluğu İslam və Xristian dini əvəzinə, yerli inanclarla doldurmağa çalışır. Əks halda kommunizmin pozulacağını, ənənəvi Çin ailə və cəmiyyət quruluşunun zəifləyəcəyini düşünür.

Çin Kommunist Partiyası rəsmən ateistdir. Partiya təxminən 90 milyon partiya üzvünün dindar olmasını qadağan edib. Çin Kommunist Partiyası illərdir tətbiq etdiyi ateist proqrama və təhsilə baxmayaraq, insanların inancına mane ola bilmir. 1980-ci illərdən etibarən Çində çox ciddi bir dini canlanma başlayıb. Bütün müdaxilələrə baxmayaraq, Çin hökuməti Konstitusiyanın 38-ci maddəsi ilə vətəndaşların “dini inanc azadlığından faydalanmasını” qəbul edib və 2018-ci ilin fevralında da dini işlərlə bağlı yeni dəyişikliklər edərək dövlət qeydiyyatında olan dini quruluşların mülk sahibi olmasına, dini yayımlar çıxarmasına və din adamları yetişdirməsinə icazə verib.

Lakin bütün bunlar ciddi nəzarət altında saxlanılır. Dini demoqrafiyaya baxdıqda bunun səbəbini daha yaxşı başa düşə bilərik. Ateizmin elmiliyi çökərkən Çin cəmiyyəti mifoloji ünsürlər daşıyan ənənəvi inanclara yönəlirlər.

Bu gün Çində ateizm zəifləyir

Çin əhalisinin təxminən 19%-nin buddist, 22%-nin ənənəvi dinlərə bağlı, 6%-nin xristian və 2%-nin də müsəlman olduğu təxmin edilir. Bu halda 61% nisbətində olduğu düşünülən ateizmin qat-qat gerilədiyini görürük. Elə görünür ki, bu gün Çində 700 milyon insan hər hansı bir inanca sahibdir. Bu göstəricinin 1980-ci illərdə 150-200 milyon olduğunu düşünsək, indi dini canlanmanın artdığını daha aydın görə bilərik. Çinin qarışıq iqtisadiyyata keçməsi və iqtisadi çevrilişi Çini təkcə iqtisadi cəhətdən dəyişdirmir, həm də Çin Kommunist Partiyasının müdafiə etdiyi dini-siyasi dəyərləri də sual altında qoyur və təbii olaraq Çin bundan ciddi şəkildə narahat olur. Nəticədə, insanlar ənənəvi və yerli dinlərə yönəlirlər.

Kommunist Partiyası çinlilərin kənardan gələn İslam və Xristianlıq kimi dinlərə inanmaqdansa, yerli dinlərə inanmasını üstün tutur. Çin xalq dinlərinin qatı bir şəbəkə quruluşu yoxdur, əsas müqəddəs kitablara sahib deyillər və ən əsası, Çinin sosialist ictimai modeli üçün təhdid yaratmırlar. Buddizm və Taoizmin birləşməsindən yaranan inanclar əcdadlara, ruhlara və digər yerli tanrılara ibadət edilməsində və xüsusi mərasimlərdə özünü göstərir. Yeni məbədlərin inşası və köhnə məbədlərin bərpa edilməsi Çindəki Buddizmin və xalq inanclarının böyüməsindən xəbər verir. Buddizm, Taoizm və digər xalq inancları yerli ünsürlər daşıdığı üçün rəğbət görürlər və Çinin yerli kimliyinin bir parçası kimi təzyiqlə rastlaşmırlar. Həmçinin, xalq yaşadığı dərin maddi yoxsulluğa və ala bilmədiyi sağlamlıq xidmətlərinə görə bu cür dinlərə sığınır. Həm də Çin Buddizmi dəstəkləyərə digər Asiya ölkələri ilə münasibətlərini inkişaf etdirməyə çalışır. Çin İslamı və Xristianlığı öz kimliyinə qarşı təhdid hesab etdiyi üçün bu dinlərə qarşı təzyiq göstərməyə davam edir.

Əlbəttə ki, uyğur türklərinə qarşı tətbiq etdiyi təzyiq siyasətlərinin başqa səbəbləri də var. Amma bu səbəblərlə qorxular birləşdiyi üçün şiddət artaraq davam edir. Çünki Çin Xristianlığın da qarşısını almaq üçün ciddi addımlar atır. Əvvəllər Papa ilə razılaşaraq katolik kilsələrinə keşiş təyin etmə hüququ qazanan Çin katolikliyinə nəzarət etsə belə, protestant məzhəbinin get-gedə artan nüfuzuna mane ola bilmədi. Çünki protestantlıq katoliklik kimi mərkəzi bir hakimiyyət tərəfindən kilsələrə keşiş göndərmirdi. 2-3 nəfər birləşərək bir kilsə topluluğu qura bildiyi üçün Çində çox sürətlə yayılmağa başladılar. Bir çox çinli protestantın təzyiqlərə görə inancını gizlətdiyi düşünülür. Ona görə də, xristianların sayının 100 milyona çatmış ola biləcəyi düşünülür. Bu baxımdan Çində müsəlmanlar qədər, protestantlat da bu qorxudan və təcrid dalgasından təsirlənməyə başlayıblar. Çin İncilin də sosialist dövlət proqramı ilə uyğunlaşdırılmasını tələb edir. “China Aid”in hesabatına görə, 2017-ci ilin hesabatında 650 kilsə lideri daxil olmaqla, 3700-dən çox insanın istintaqa cəlb edildiyi qeyd olunur. 

Maonun xəyalı

Yerli olmayan dinlərə qarşı artan təzyiqlər Çində Maonun xəyalının reallaşdığını göstərir. Çünki Çinin iqtisadi hədəfləri ilə dini-siyasi hədəfləri arasında ziddiyyətlər yaranmağa başlayıb. Bir tərəfdə qlobal sistemə inteqrasiya olmağa çalışan Çin, digər tərəfdə isə bunun əksinə gedən bir Çin var. Xüsusilə, Çinin uyğur türklərinə qarşı tətbiq etdiyi təzyiqlər də terrorla mübarizəyə xidmət etmir. Terrorla mübarizə üzrə mütəxəssislər dini inanclar məsələsində təzyiqlərin radikalizmi azaltmaq əvəzinə, artırdığını bildirib. Çinin uyğur siyasətləri uyğurları daha da radikallaşdırır. İŞİD-ə qoşulan və Suriyadakı düşərgələrdə qalan uyğurlarla aparılan görüşlərdə uyğur qadınlar bildirir ki, Çin onların hicabına və dini həyat tərzinə təzyiq edir. Qadınlarına sözlərinə görə, onlar İslam dinini istədikləri kimi yaşaya bilmədikləri üçün İŞİD-ə qoşulublar. İŞİD-ə qoşulanların sayının artmasında ölkələrin tətbiq etdiyi təzyiq və kənarlaşdırma siyasətlərinin çox önəmli payı var. Çin müsəlman uyğurlara bir zamanlar ağ adamların qara dərili insanlara göstərdiyi davranışı təkrar edərək terrorla mübarizə apara bilməz. 

Uyğurlarla deyil, sələfilərlə mübarizə aparmalıdırlar

İŞİD məsələsində aparılan araşdırmalar göstərir ki, İŞİD-in dini ideologiyası radikal sələfilikdən bəslənir. Çin əgər uyğurların radikallaşması ilə mübarizə aparmaq istəyirsə, əvvəlcə radikal sələfi ideologiyasının yayılmasının qarşısını almalıdır. Halbuki Səudiyyə Ərəbistanı ilə Çinin yaxınlaşması bu ideologiyanın yayılmasına şərait yaradır. Çin vəhabi-sələfi ideologiyasının dəstəkçisi olan Səudiyyə Ərəbistanının dini ideologiyasını yaymasına mane olmalıdır. Hətta sələfiliklə mübarizə aparmaqda ciddidirsə, türk təcrübəsini də diqqətə almalıdır.

Mavəraünnəhr ənənəsinin Anadoluya ilham verən Hənəfi-Matüridi-Yəsə­vi üçlüyü həm uyğur müsəlmanları, həm də Yaxın Asiya üçün sələfilik qarşısında ciddi bir qalxan ola bilər.

Çin əgər “Bir Kəmər Bir Yol” layihəsini təkcə istehsal etdiyi malları Avropa bazarına çatdırmaq üçün etmirsə öz torpaqlarında İslam ənənələrinin yaşamasından qorxmamalıdır. Hətta bu, “Bir Kəmər Bir Yol” layihəsi üçün də olduqca önəmli bir dini geosiyasət olacaq. Çin bu layihəsi ilə türk dünyasını da bir-birinə bağlayacağı üçün Hənəfi-Matüdi-Yəsəvi­ dini-siyasi Çinin bu ərazini mədəni cəhətdən də bir-birinə bağlamasını təmin edəcək. Beləliklə, Çin iqtisadi və ticarət yolları layihəsinə mədəni bir dərinlik də qazandırmış olar. Çinin belə bir dərdi və iddiası da yoxdur. Əksinə, Çin sadəcə olaraq Avropa bazarlarına çatmaq istəyir və açdığı yollarla mədəni əlaqənin qarşısını almağa çalışır. Bu da Çinin zamanla özünü təcrid etməsinə gətirib çıxaracaq. Çünki Çin nə edirsə etsin, iqtisadi və texnoloji inqilablar qarşısında kommunist-ateist ənənəni qoruya bilməyəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar