Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son 10 ilin ən məşhur simaları - Siyahıda Ərdoğan və Putin də var

Britaniyanın “Financial Times” nəşri ilin ən məşhur simalarını seçib...

Britaniyanın “Financial Times” nəşri tərəfindən tərtib edilən, son 10 ilin simasını müəyyənləşdirən 50 şəxsin yer aldığı siyahıda Rusiya prezidenti Vladimir Putin də var. Putindən başqa həmin siyahıda siyasətçilər, biznesmenlər, şou biznes nümayəndələri, idmançılar və elm adamları yer alıb. “Financial Times” redaksiyası həmin şəxslərin 2010-cu illərdə baş verən əsas hadisələri əks etdirdiyini hesab edir.

Ümumilikdə siyahıya 19 siyasi fiqur, 22 biznesmen, həmçinin mədəniyyət, elm, idman və şou-biznes sahəsindən daha 9 nəfər daxil edilib.

Reytinqə düşən siyasətçilər arasında Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel, Hindistanın baş naziri Narendra Modi, ABŞ prezidenti Donald Tramp, ÇXR sədri Si Tsinpin, Türkiyə prezindeti Rəcəb Tayyip Ərdoğan, habelə Amerikanın keçmiş prezidenti Barak ObamaAvropa Mərkəzi Bankının sədri Kristin Laqard var.

Redaksiya həmçinin siyahıya Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudeni, Honkonqda kütləvi etiraz aksiyalarının lideri Coşua Vonqu, pakistanlı fəal, Nobel mükafatı laureatı Məlalə Yusəfzayı və Moskva Antidopinq Laboratoriyasının keçmiş rəhbəri Qriqori Rodçenkovu salıb.

Biznes nümayəndələri arasında reytinqdə adı hallananlar aşağıdakılar olub: “Apple” şirkətinin başçısı Tim Kuk, “Amazon” şirkətinin təsisçisi Ceff Bezos, “Tesla” şirkətinin rəhbəri İlon Mask, “Microsoft” şirkətinin həmtəsisçisi Bill Geyts, “Alibaba” şirkətinin direktorlar şurasının sədri Cek Ma, “Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun prezidenti Bernar Arno, “Netflix” şirkətinin rəhbəri Rid Hanstinqs, “Uber” şirkətinin təsisçilərindən biri Trevis Kalanik və “Facebook” şirkətinin başçısı Mark Zukerberq.

Bundan başqa, tennis ulduzu Serena Uilyams, model Kayli Cenner, futbolçular Kriştianu Ronaldo və Lionel Messi (Lionel Messi), müğənni Teylor Svift və aktrisa Rouz Makqoun düşüb.

pia.az (azpolitika)



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar