Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AQTA: “Chivas Regal 12” içkisində yüksək toksiki təsirə malik metil spirtinin həcmi normadan 76,6 faiz artıqdır

Bu haqda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva danışıb...

“Son günlər insan həyatının itirilməsi ilə nəticələnən küstar üsulla hazırlanmış «Chivas Regal 12» əmtəə nişanlı spirtli içkilərin təhlükəsi ilə bağlı məlumatları, yəqin ki, hamınız oxudunuz. «Baku City» və «Everest» restoranlarının işbazlarla əlaqəyə girib bu cür cinayəti törətməsi hər bir vətəndaşın etirazına və ictimai qınağa səbəb olacaq. Həmin hadisənin kompleks araşdırılması zamanı bir sıra detallar üzə çıxdı”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva məlumat verib. Onun sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində “Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161a ünvanında olan anbarda “Chivas Regal 12”, “Chivas Regal 18”, “Chivas Regal 21”, “Jameson”, “Grands”, “Jack Daniels” adlı və s. viski, “Nemirov”, “Ruskiy Standart”, “Belyuga”, “Grey Gouse”, “Minsk”, “Qu Quşu”, “Region”, “Grey Cardinal” adlı və s. araq, “Patron”, “Olmega”, “Siera”, “El Chapo” adlı tekila, “Henessy” və “Remy Martini” konyak və başqa növdən olan 10 min ədəddən artıq spirtli içkilərin öz qutularında, səliqəli şəkildə qapaqları ağızlarına taxılı vəziyyətdə boş şüşələri, həmçinin müxtəlif növ spirtli işçilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkar olunmuşdu. Bu fakt əslində hadisənin nə dərəcədə təhlükəli və irimiqyaslı olduğunu göstərir:

Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarına təqdim olunmuş “Chivas Regal 12” spirtli içki nümunələrinin sınaq nəticələrində yüksək toksiki təsirə malik metil spirtinin həcm payının normadan (0.05%) dəfələrlə yüksək (76,6%) və insan həyatı üçün son dərəcə təhlükəli olduğu aşkar olunub. Metil spirti güclü zəhərli maddədir və ilk növbədə sinir və qan-damar sisteminə təsir göstərir, insan tərəfindən təxminən 10 ml miqdarda istehlakı zamanı göz sinirinin və torlu qişanın zədələnməsinə, korluğa gətirib çıxarır. Ümumiyyətlə, 80-150 ml-dən çox qəbulu isə ölümcül təsir göstərir.

Adları qeyd olunan saxta içkilərdən insanları qoruyaq. Kimsə ucuz olduğu üçün bu içkiləri alıb bayram günündə istifadə etməyi düşünürsə, həmin şəxslər bunun özləri və yaxınları üçün faciə ilə bitəcəyini bilməlidirlər. Özümüzü və yaxınlarımızı bu cür dələduzların, işbazların, insanlıqdan uzaq əməllərindən qorumaq üçün son dərəcə ehtiyatlı olmalıyıq. Belə qanunazidd hallarla üzləşdikdə isə müvafiq qurumlara - Baş Prokurorluğun (102) 498-10-54 nömrəli əlaqə vasitəsinə və ya Qida Təhlükəsizliyi Agentliyinin “1003 – Çağrı mərkəzi”nə məlumat vermək lazımdır. Eyni zamanda hər bir istehlakçı ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirməli və məhsulların mənşə sənədlərini tələb etməlidir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar