Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu dəfə qlobal böhran Şərqdən gələcək - Kommunist rejimdə liberal iqtisadiyyat yaşaya bilərmi?

Çin və Hindistan kimi izdihamlı əhaliyə malik ölkələrdəki bərabərsizliklər və əhalinin böyük bir hissəsinin aşağı gəlirlə işləməsi ciddi ictimai hərəkatları tətikləyə bilər...

Levent Yılmaz

“Yeni Şafak” qəzeti, Türkiyə, 28 dekabr 2019-cu il

Qlobal iqtisadiyyat baxımdan çox çətin bir ili geridə buraxırıq. Lakin qlobal iqtisadiyyat üçün risk daşıyan problemləri hələ geridə qoya bilməmişik. Başda ticarət müharibələri və BREXİT-in yaratdığı problemler olmaqla, bir çox riski özümüzlə 2020-ci ilə aparırıq. Amerikanın və Avropanın Mərkəzi banklarının pul siyasətlərinin də lazımi qədər effektiv olmadığını nəzərə alsaq, inkişaf etməkdə olan ölkələr 2020-ci ildə iqtisadiyyatlarına ciddi şəkildə nəzarət etməlidirlər.

Asiyadan yaxşı xəbərlər gəlmir

Çoxumuz uzun müddətdir Qərbdəki prosesləri izləyərkən bu dəfə də Asiyadan qlobal iqtisadiyyat üçün riskli xəbərlər gəlməyə başlayıb. Məsələn, ticarət müharibələri başlamadan əvvəl də ciddi problemlər yaşamış Çin iqtisadiyyatı ticarət müharibələrinin təsiri ilə daha da zəifləyib. Bu vəziyyət də dünya iqtisadiyyatı üçün heç yaxşı hal deyil. Çinin böyümə sürəti 2007-ci ildə 14,2% olarkən, 2018-ci ildə 6,6%-ə düşüb. BVF 2024-cü ildə Çinin inkişafının 5,5%-ə qədər düşəcəyini təxmin edir. Bu göstərici Çin prezidenti Si Tsipininin 2014-cü ildə “yeni norma” adlandırdığı 7%-lik inkişafdan da aşağıdır. Çin kimi böyük bir istehsalçı və istehlakçının yavaşlaması bütün dünyaya mənfi təsir göstərəcək. Yeri gəlmişkən, Şərqdən gələn pis xəbərlər bununla bitmir. Hindistan son 10 ilin ən zəif inkişafını göstərə bilər.

BVF, Asiya İnkişaf Bankı və OECD 2020-ci ildə Hindistanın 6% böyüyəcəyini təxmin edib. Bu rəqəm daha əvvəlki təxminlərin yenilənmiş halıdır. Üstəlik, yaxın zamanda ciddi bir inkişaf gözlənilmədiyi kimi, həm də bu göstərici daha da aşağı düşə bilər.

Digər tərəfdən, Yaponiya iqtisadiyyatı da uzun zamandır 0,5%-lik inkişaf nisbətini keçə bilmir. 1980-2018-ci illərdə Yaponiyanın real inkişaf nisbəti 0,5% olub. Üstəlik, bu rəqəmi ÜDM-yə nisbətdə 230-luq borc miqdarı ilə təmin edə bilib. Halbuki Yaponiya 1963-1973-ci illərdəki inkişaf nisbətini davam etdirə bilsəydi, ABŞ-ı 1985-ci ildə adambaşına düşən ÜDM-də, 1998-ci ildə isə ümumilikdə ötmüş olacaqdı.

Kapitalist olmaq Çini xilas edə bilərmi?

Hər kəsin bildiyi kimi, Çin kommunist bir rejimlə idarə edilir. Lakin iqtisadiyyatı bu şəkildə deyil. Hətta keçən illərdə Davosda liberal ABŞ-ın prezidenti Tramp mühafizəkarlığı tərifləyərkən, kommunist Çin lideri Tsipininin sərbəst ticarətin gözəl bir şey olduğunu deyib, Trampı tənqid edirdi.

Digər tərəfdən, dünyanın ən böyük mal və xidmət ixracatçısına çevrilən Çin artıq sərmayə ixrac edir. ABŞ-ın gözündən baxsaq, “hegemon” bir strategiya olan sərmayə ixracı, eyni zamanda, kapitalizmin ən güçlü silahıdır. Ölkə idarəçiliyində kommunizmdən əl çəkməyən Çinin iqtisadiyyatda liberal olmağa çalışmasının nə dərəcədə effektiv olduğu sual altındadır. Bu forma effektiv olsa belə, artıq kapitalizmin öz içində problem yaradan bir mexanizm olduğu qəbul edilmiş bir həqiqətdir. Hətta kapitalizmin davamlı olaraq təkrarlanan böhranları üçün “öyrəşdiyimiz çarəsizlik” desək, heç də səhv olmaz.

Şərq üçün iqtisadiyyatdan kənar risklər

Son zamanlarda gündəmdə olan əsas məsələlərdən biri dünya iqtisadiyyatı mərkəzinin sürətlə Şərqə doğru keçməsidir. Bu, Şərq üçün müsbət haldır. Lakin əgər bu proses uğurla idarə edilməsə, qlobal iqtisadiyyatı 1997-ci ildəki Asiya böhranından daha ciddi təhlükələr gözləyir. Çünki o günlərə nisbətdə bu gün bölgə ölkələrinin gəlib çatdığı iqtisadi inkişaf, bir böhran olacağı təqdirdə, böyük zərbə ala bilər. Çin və Hindistan kimi izdihamlı əhaliyə malik ölkələrdəki bərabərsizliklər və əhalinin böyük bir hissəsinin aşağı gəlirlə işləməsi ciddi ictimai hərəkatları tətikləyə bilər. Bu halda bölgə ölkələri təkcə iqtisadi inkişaf üçün deyil, həm də demokratiya və azadlıqlar üçün də önəmli addımlar atmalıdır. Çünki iqtisadi təhlükəsizliyi təmin etmək üçün təkcə makro-iqtisadi göstəricilərə deyil, həm də iqtisadiyyata təsir edən kənar risklərə də diqqət yetirmək lazımdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar