Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Türkiyəyə qaz ixracının həcminə görə lider olub

Bu ilin oktyabr ayında Azərbaycan Türkiyəyə 931,99 mln kubmetr təbii qaz ixrac edib...

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 20,82% çoxdur. Oktyabrda Türkiyəyə nəql edilən təbii qazın ümumi həcmində Azərbaycanın payı 29,5% olub.

Bu ilin yanvar-oktyabr ayları ərzində isə Azərbaycandan Türkiyəyə 7 795,24 mln kubmetr təbii qaz ixrac edilib. Bu, 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 30,3% çoxdur. Bununla da Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkədir.

Qeyd edək ki, oktyabrda Azərbaycan Türkiyəyə qaz ixracına görə lider olub. Sonrakı yeri İran tutub. Bu ölkənin Türkiyəyə ixrac etdiyi qazın həcmi 856,35 mln kubmet təşkil edib. Ötən ilin eyni ayı ilə müqayisədə Türkiyə İrandan qaz alışını 27,11% artırıb. Türkiyəyə qaz ixracına görə lider olan Rusiya isə oktyabrda üçüncü sıraya düşüb. Oktyabrda Rusiyadan Türkiyəyə cəmi 594,85 mln kubmetr həcmində qaz ixtac edilib. Bu da 2018-ci ilin oktyabr ayı ilə müqayisədə 2,8 dəfə azdır.

Xatırladaq ki, ümumilikdə, bu ilin oktyabr ayında Türkiyə 3 158,89 mln kubmetr qaz idxal edib ki, bu da 2018-ci ilin eyni ayına nisbətən 12,96% azdır.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.(report)

pia.az


Etiket: qaz ixrac


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar