Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP-ın namizədlər siyahısı islahatlardan xəbər verir? – Partiyalardan reaksiya

YAP-ın deputatlığa namizədlər siyahısına köklü dəyişiklik edəcəyi gözlənilsə də də, bu, baş vermədi...

Natiq Cəfərli: “Əgər hər hansı bir deputat parlamentin buraxılmasının leyhinə səs verirsə və öz işinin qənaətbəxş olmadığını bununla təsdiq edirsə, həmin şəxslərin yenidən namizəd olmağa mənəvi və siyasi haqları yox idi”

Sərdar Cəlaloğlu: “YAP yeni namizədləri ilə ölkədə hansısa islahalar keçirəcəyini demək, mümkün deyil”.

Xəbər verdiyimiz kimi dünən YAP-ın deputatlığa namizədlər siyahısı açıqlanıb. Siyahıdan məlum olur ki, siyahıda həm köhnə deputatlar, həm də yeni namizədlər var.

Qeyd edək ki, siyahı Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin 27 dekabr 2019-cu il tarixli iclasında təsdiq edilib və YAP-ın deputatlığa namizədlər siyahısına köklü dəyişiklik edəcəyi gözlənilsə də də, bu, baş vermədi. Hazırda partiyanı parlamentdə təmsil edən deputatların 47-nin namizədliyi yenidən irəli sürüldü.

YAP-ın siyahısından kənarda qalan deputatların sayı isə 18 nəfərdir.

Ümumilikdə açıqlanan siyahını islahatları apara biləcək bir siyahı kimi dəyərləndirmək mümkündürmü və siyahıda ən çox diqqəti nə çəkdi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı ReAl-ın icraçı katibi Natiq Cəfərliyə və ADP sədri Sərdar Cəlaloğluna müraciət edib.

Natiq Cəfərli: “Parlamentin buraxılmasına səs verən 47 deputat YAP-ın yeni siyahısında yer alıb. Bu doğru yanaşma deyil və siyasi olaraq da etik deyil”.

YAP-ın yeni simalarının siyasi, ictimai fəaliyyətləri ilə bağlı məlumatın olmadığını və vətəndaşların da onları tanımadığını vurğulayan Natiq Cəfərli PİA.az-a açıqlamasında bildirib ki, bu qısa vaxtda həmin namizədlərin tanınması üçün YAP-ın hansı addımları atacağı maraqlıdır:

“Əgər hər hansı bir deputat parlamentin buraxılmasının leyhinə səs verirsə və öz işinin qənaətbəxş olmadığını bununla təsdiq edirsə, həmin şəxslərin yenidən namizəd olmağa mənəvi və siyasi haqları yox idi. Ən azından tamamilə yenilənmiş bir siyahının olması daha məntiqli olardı. Parlamentin buraxılmasına səs verən 47 deputat YAP-ın yeni siyahısında yer alıb. Bu doğru yanaşma deyil və siyasi olaraq da etik deyil.

Parlamentin buraxılması formulu elan olunan da deyildi ki, deputatlar islahatlara mane olurlar və işlərini effektli qura bilmirlər. Buna görə də parlamentin buraxılmasına səs veriblər. Bir daha qeyd edim ki, effektiv çalışmayan həmin parlament deputatlarının yenidən namizəd olması etik və siyasi cəhətdən doğru deyil.

YAP-ın siyahısında maraqlı cəhət odur ki, siyahıda çoxlu sayda tanınmayan yeni simalar da var. Onların siyasi, ictimai fəaliyyəti ilə bağlı ümumiyyətlə məlumat yoxdur. İnternet üzərindən araşdırma ediləndə də bir çox namizədlər haqqında ümumiyyətlə heç bir məlumat tapmaq mümkün deyil. Onların cəmiyyətə, seçiçilərə tanıtımı hansı yolla baş verəcək bu da aydın deyil.

Natiq Cəfərli: “Köhnə parlamentdə təmsil olunan namizədlərin yenidən seçilmə şansı məntiqlə çox aşağı olmalıdır”.

Dünyanın hər yerində belədir ki, seçilmiş orqanlara namizəd olan insanların siyasi, ictimai keçmişi olmalıdır. Bu məlumatlar əsasında da seçiçilər fikirlərini formalaşdırıb səs verməlidirlər. Amma YAP-ın yeni simalarının siyasi, ictimai fəaliyyətləri ilə bağlı məlumat yoxdur və vətəndaşlar da onları tanımır. Maraqlıdır ki, bu qısa vaxtda həmin namizədlərin tanınması üçün YAP hansı addımları atacaq. Bu fakt mənim diqqətimi çəkən əsas amillərdən biridir.

YAP-ın siyahısına ümumi baxdıqda görmək mümkündür ki, köhnə parlamentdə təmsil olunan namizədlərin yenidən seçilmə şansı məntiqlə çox aşağı olmalıdır. Çünki seçicisinin səsini heçə sayıb parlamentim buraxılmasına qərar verən deputata seçici bir daha səs verməməlidir. Yəni siyasi yanaşma olsa, biz bunu görə bilərik”.

Sərdar Cəlaloğlu: “YAP siyahısında tanınmayan adamlar ola bilər ki, çox böyük ideyaya malikdilərr”.

İndi YAP üçün ideal namizəd irəli sürməyin problemli məsələ olduğunu düşünən ADP sədri PİA.az-a açıqlamasında fikrini bununla əsaslandırıb ki, YAP-ın daxilində çox ciddi fikir ayrılıqları, qarşıdurmalar var. Prezident özü də bunu etiraf etdi ki, hakimiyyət daxilində onun siyasətinə müqavimət göstərən güclər var:

YAP-ın yeni siyahısının yarısı keçmiş deputatlardır. Həmin insanlar da bir dəfə də olsun ölkədə hər hansı bir dəyişimə görə iştirak etməyiblər bə heç bir ideya irəli sürməyiblər. Bir çoxu da ağzın açıb pis yaxud da yaxşı heç nə deməyiblər. Qalanları isə tanınmayan adamlardır. Onlar da ölkənin hər hansı siyasi işində iştirak etməyiblər.

Buna görə də YAP yeni siyahı ilə ölkədə hansısa islahalar keçirəcəyini demək mümkün deyil. Yeni siyahıda tanınmış adamlar olsaydı, yəni müəyyən mənada fəaliyyəti məlum olan adamlar oısaydı, bəlkə də nəysə demək olardı. Amma çox təəssüf ki, tanımış adamlar siyahıda çox azdır. Bildiyim qədər siyahıda yeganə tanınan iqtisadçı-ekspert kimi fəaliyyət göstərən Vüqar Bayramovdur.

Sərdar Cəlaloğlu: “Köhnə deputatların heç biri parlament üçün olan adamlar deyil”.

Hər bir halda bütün partiyalar özü bilər kimin namizədliyin niyə irəli sürürlər. Mən başa düşürəm ki, indi YAP üçün ideal namizəd irəli sürmək problemli məsələdir. Çünki YAP-ın daxilində çox ciddi fikir ayrılıqları, qarşıdurmalar var. Prezident özü də bunu etiraf etdi ki, onun siyasətinə müqavimət göstərən hakimiyyət daxilimdə güclər var. Belə bir şəriatdə ideal seçki siyahısı təqdim etmək, islahaları həyata keçirə bilən güclü komanda yaratmağın özü də bir problemdir.

Onu da qeyd edim ki, YAP siyahısında tanınmayan adamlar ola bilər ki, çox böyük ideyaya malikdir. Ola bilər ki, onlar hansısa səbəblərdən cəmiyyətin qarşısına çıxa bilməyiblər və özlərini göstərə bilməyiblər. Ola bilsin ki, həmin adamlar parlamentdə özlərin göstərsinlər. Tanımadığım üçün əvvəlcədən o adamların şəxsiyyəti barədə heç bir söz deyə biımərəm. Amma köhnə deputatlar üçün deyə bilərəm ki, onların heç biri parlament üçün olan adamlar deyil”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar