Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liberializmin tənəzzülü: Yaxın illərdə Qərbi və bütövlükdə dünyanı hansı proseslər gözləyir?

21-ci əsrin geosiyasi və geoiqtisadi mənzərəsinin formalaşdığı indiki dönəmdə bütün dünyada gücə meylin artması açıq şəkildə müşahidə olunmaqdadır...

Politoloq: “Liberalizmin problemi xaricdən gələn hücumlar yox, öz ilkin ideyasından uzaqlaşaraq ayrı-ayrı güclərin marağına xidmət etməsindən yaranır”.

Bu sözləri politoloq Nəzakət Məmmədova hazırda Avropa və Qərbin ideoloji cəbhəsində nələrin baş verdiyini PİA.az-a şərh edərkən qeyd edib.

İkinci Dünya Müharibəsindən sonra Atlantik ölkələri ətrafında hökm sürərək genişlənən və bütün dünyada hegemon mövqedə olan sol mərkəz liberal demokratik sistem artıq tənəzzül etməkdədir. Artıq Qərb dövlətlərində, xüsusən ABŞBritaniyada Tramp və Conson kimi sağ radikal populistlər hakimiyyətlərini möhkəmlədiriblər. Şərqi Avropada da sağ radikallar sürətlə mövqelərini gücləndirməkdəirlər. Almaiya və Fransa kimi aparıcı Avropa dövlətlərində də populizm yayğınlaşmaqdadır. Fransada liberalizmin yaratdığı xəyalqırıqlığı bir ildən artıqdır ki, küçələrdə özünü göstərir. Almaniyadakı vəziyyət də heç ürıkaçan deyil və liberal mərkəz partialar burda da zəifləməkdə davam edirlər. İtaliyada isə çoxdan radikalizm hakimiyyətə gəlib. Paralel olaraq sol radilalizm də bütün dünyada yüksəlməkdədir.

Qeyd edək ki, bir müdddət əvvəl Rusiya prezidenti Putin də liberalizmin sona çatdığını söyləmişdi. Putinə görə yeni siyasi sistem liberalizmdən kənarda formalaşacaq və formalaşmaqdadır. Rusiya prezidentinin bu məsələdə nə qədər haqlı olduğunu söyləmək hələ çox tezdir. Lakin bütün dünyada zorakılıq və xalq üsyanları böyüyür və bu yayğın şəkildə bütün dünyanı öz ağuşuna almaqdadır. Tramp və Conson kimi populistlər isə açıq şəkildə qloballaşmaya qarşı çıxırlar. Maraqlıdır ki, bu gün qloballaşmanın əsas tərəfdarı olaraq Çin çlxış etməkdədir və Pekin öz iqtisadi təsirlərini artırmaq üçün qloballaşmadan yararlanmaq istəyir. 20 əsrdə məhz qloballaşma nəticəsində dünyanın suergücünə və super etnosuna çevrilən anqlosakslar isə 21-ci əsrdə qloballaşmanın onlara ziyan verdiyindən tam əmin görünməkdədirlər. Hazırda dünyanın superetnosu olan anqlosakslar artıq onlara qarşı bir təhdid halına gələn qloballamaya qarşı güc tətbiq edə biləcəklərini belə gizlətmirlər və istər Donald Tramp, istərsə də Boris Conson bu məsələdə xeyli qətirrətli görünürlər. 21-ci əsrin geosiyasi və geoiqtisadi mənzərəsinin formalaşdığı indiki dönəmdə bütün dünyada gücə meylin artması isə açıq şəkildə müşahidə olunmaqdadır.

Hazırda Avropa və Qərbin ideoloji cəbhəsində nələr baş verir və libaeralizm tam tənəzzül edərsə, yaxın illərdə Qərbi və bütövlükdə dünyanı hansı proseslər gözləyir? 21-ci əsrin birinci yarısını radikalizmin dünyaya hakim olduğu bir əsr kimi xarakterizə eləmək mümkündürmü?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Demokratiyanın sonu “tarixin sonu” demək olardı. Demokratiyaya, liberalizmə alternativ bir ideologiya hələ ki, kəşf olunmayıb və bu, bəşəriyyət üçün ən doğru seçim hesab olunur”.

Radikalizmin dünyaya hakim olduğunu deməyin tez olduğunu düşünən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, bütün dünyada radikalizmə qarşı dayana biləcək bir güc var - liberalizm, demokratiya. Sadəcə, demokratiyaya inamı sarsıdan çox zaman kənar qüvvələr yox, elə bu dəyərlərin beşiyi olan ölkələrin özüdür:

“Bəli, Avroatlantik düşərgədə müəyyən təlatümlər baş verir. İstər digər dünya ölkələri, istərsə də Avroatlantik sistemin öz daxilində narahatlıqlar var. Ayrı-ayrı radikal dünyagörüşlü siyasi liderlər hakimiyyətə gəlir, sağçı qüvvələr əhalinin müəyyən qisminin səslərini qazanaraq, hətta parlamentlərə daxil olur, neonasizm çiçəklənir, separatçılıq güclənir və s. Lakin bütün bunlar heç də liberalizmin sona çatması, demokratiyanın tənəzzülü demək deyildir.

Demokratiyanın sonu “tarixin sonu” demək olardı. Demokratiyaya, liberalizmə alternativ bir ideologiya hələ ki, kəşf olunmayıb və bu, bəşəriyyət üçün ən doğru seçim hesab olunur.

Nəzakət Məmmədova: “Demokratiyaya inamı sarsıdan çox zaman kənar qüvvələr yox, elə bu dəyərlərin beşiyi olan ölkələrin özüdür”.

Radikalizmin dünyaya hakim olduğunu demək tez olardı. Bütün dünyada radikalizmə qarşı dayana biləcək bir güc var - liberalizm, demokratiya. Sadəcə, demokratiyaya inamı sarsıdan çox zaman kənar qüvvələr yox, elə bu dəyərlərin beşiyi olan ölkələrin özüdür. Onların dünya siyasətində hegemonluğu demokratiya və liberalizm pərdəsi altında öz milli maraqlarını, hətta milli maraq yox, ayrı-ayrı hakimiyyətə təsir gücü olan qrupların, transmilli şirkətlərin maraqlarını həyata keçirməkdən ibarətdir. Məsələn, BP İngiltərə şirkəti olsa da, ingilis xalqının yox, konkret qrupların maraqlarını təmsil edir. Fransa prezidenti öz xarici səfərlərində fransız biznesmenlərinin maraqlarını təmin etməyə çalışır, Tramp lobbi qruplarının, maliyyə nəhənglərinin, hərbi-sənaye kompleksinin maraqlarını nəzərə alaraq xarici siyasət həyata keçirir və s.

Liberalizmin problemi xaricdən gələn hücumlar yox, öz ilkin ideyasından uzaqlaşaraq ayrı-ayrı güclərin marağına xidmət etməsidir. Fransa Burjua inqilabının, ABŞ İstiqlal Bəyannaməsinin həmin ölkələrin bu günkü siyasəti ilə heç bir əlaqəsi yoxdur. Nəticədə, dünyada liberalizmə olan inam azalır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar