Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandan bu ölkələrə getmək niyə bu qədər çətindir?

Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, Azərbaycan vətəndaşları dünyanın 63 ölkəsinə qarşılılıq prinsipi əsasında ikitərəfli qaydada vizasız gedib-gələ bilirlər...

Digər dövlərtlərə getmək istəyən vətəndaşlarımız isə viza almaq məcburiyyətindədir. Yeni il tətili ərəfəsindədyik. Təbii ki, xaricə səfərlərə getmək istəyənlər də az deyil. Yəqin ki, səfər arzusunda olanlar, əgər gedəcəkləri ölkədə viza tələbi varsa, bu işlərini əvvəldən həll ediblər. Çünki bəzi ölkələrə viza əldə etmək əməlli-başlı çətin prosesdir.

Bir sıra ölkələrin vizalarını almaq üçün çoxlu sənədlər toplamaq və səfərin məqsədini izah edib əsaslandırmaq lazımdır. Bəzən heç bunlar da viza üçün kifayət etmir və müraciət edənlər imtina cavabı alırlar.

Adətən, viza almaq üçün ölkə səfirliyinə müraciət etmək kifayətdir.

Lakin Butan ölkəsinə səfər etmək üçün müstəqil olaraq viza ala bilməzsiniz. Sizin turist agentliyiniz Butana sorğu göndərməlidir. Butan tərəfi isə yerli Xarici İşlər Nazirliyinə müraciət edəndən sonra siz viza almağa icazə ala bilərsiniz. Bu icazə, gəlirləriniz haqqında arayış, foto şəkliniz və hər iki tərəfli biletlərlə birlikdə siz immiqrasiya müfəttişlərinə müraciət etməlisiniz.

Digər çətinlik isə biletlərin çox baha olmasıdır. Banqkokdan uçuşlar sizə 800 dollara başa gələcək. Biletləri yalnız yerli hav şirkətlərinin saytlarından ala bilərsiniz.

Səudiyyə Ərəbistanına turist vizası almaq mümkün deyil. Yəgin yerli hökümət düşünür ki, burada gəzməli və görməli yerlər yoxdur. Əgər siz Həcc ziyarətinə gedirsinizsə, zəvvar vizası almalısınız.

Siz tranzit viza da ala bilərsiniz. Bu viza sizə ölkədə 3 gün qalmaq haqqı verir, lakin bunun üçün anket doldurmalısınız. Anketdə dininiz haqqında sual da var.

Yeri gəlmişkən, Səudiyyə Ərəbistanının qanunvericiliyində qeyd olunub ki, ölkəyə gələnlər özləri ilə qeyri-etik rəsmlər gətirə bilməzlər. Bu ölkədə digər məhdudiyyətlər də var.

Agentlik vasitəsi ilə Yaponiyaya viza almaq üçün sizə imzanız və 300 dollar lazım olacaq. Müstəqil olaraq samurayların, suşinin və gündoğar ölkəyə getmək mümkün deyil.

Yaponiyaya getməyə icazə ərizəsi almaq üçün sizə zəmanət-fiziki şəxs və yaxud şirkət-gərəkdir. Zamin şəxs və ya şirkət sizə viza almaq üçün bir sıra sənədlər toplamalıdır. Qeyd edək ki, zamin şəxs və ya şirkət Yaponiyada yaşamalı və ya yerləşməlidirlər. Toplanmalı olan sənədlər zamin şəxsin sizi dəvət etmə səbəbləri, Yaponiyada olduğunuz dövrdə proqramınız, yaşayış yerinizdən arayış, ödədiyiniz ümumi vergilər haqqında arayış, həmçinin zamin şəxslə birlikdə foto şəkilləriniz.

Şimali Koreyaya yalnız turist agentliyi vasitəsi ilə viza almaq olar. Bir ay ərzində viza ala biləcəksiniz. Ölkəyə daxil olarkən mobil telefonu qeydiyyatdan keçirməlisiniz. Burada bütün hesablamalar ABŞ dolları ilə baş tutur.

Ən çətin hesab edilən səfirliklərdən biri Macarıstanındır.

Macarıstanın azərbaycanlıların arasında birdən-birə belə populyarlaşmasının əsas səbəbi “Wizz Air” şirkəti ilə Bakıdan Budapeştə ucuz reyslərin işə düşməsidir. Nəticədə, əksər hallarda Avropaya səyahət məhz bu ölkədən başlayır və vizanı da buradan almaq lazımdır. Səfirlikdən viza almaq üçün çoxlu sənədlər toplamaq tələb olunur. Viza almaq istəyənlər uçuş bileti, oteldə gecələməklə bağlı otel bronlarını, ölkə ərazisində və ya kənar ölkələrə səyahət edəcəkləri halda onların da biletlərini və bu kimi çoxlu ödəniş sənədləri təqdim etməlidirlər. Amma hətta bu halda da bəzi vətəndaşlar vizadan imtina cavabı alırlar. Ən pisi odur ki, imtina cavabından sonra alınmış biletləri qaytarmaq olmur (“Wizz Air” şirkəti ucuz şirkət olduğundan ondan alınan biletlər dəyişdirilmir və qaytarılmır). Nəticədə müştəri səyahətə gedə bilməməklə yanaşı, həm də maddi zərərə düşür. Macarıstan səfirliyində bu qaydaların ölkəyə müftə pul qazandırmaq üçün tətbiq edildiyini düşünənlər də var.

Azərbaycanlıların Avropada az qala kütləvi səyahət etdiyi ölkələrdən biri də Çexiyadır. Praqada, Karlovı-Varıda olmaq normal səyahətçi üçün adi hal sayılır. Üstəlik, həmyerlilərimizdən bir hissəsi bu ölkədə əmlak sahibi də olublar. Amma ən çox imtina verən səfirliklərdən biri də Çexiya səfirliyi sayılır. Hər halda, sorğuda bu səfirliyin adı ən çətin viza verənlər arasında ən çox çəkilənlərdəndir.

Çexiyaya viza almağın xüsusiyyətlərindən biri budur ki, bu səfirlik müştərinin əvvəlki səfirliklərlə münasibətlərinə də fikir verir – əgər kimsə Şengenə imtina alıbsa, əksər hallarda onlar da imtina verirlər. Bunun baş verəməsi üçün onlara imtinanın səbəbi barədə geniş izahat vermək lazımdır.

Azərbaycanlıların bütün məqsədlər üçün ən çox üz tutduğu, viza aldığı, səfər etdiyi, bəzən gedib, geri qayıtmadığı və nəticədə son vaxtlar ən çox imtina aldığı ölkələrdən biri də Almaniyadır. Almaniya azərbaycanlılar üçün, sadəcə Avropa ölkəsi deyil. Bu ölkə nizam-intizamın, qanun-qaydanın, qanunların düzgün və istisnasız işləməsinin, yüksək həyat şəraitinin, tibbi sığortanın və sair rahatlıqların olduğu ölkədir. Bir neçə il əvvələ qədər Almaniyaya maşın alverçiləri daha çox gedirdilər. İndi isə təhsil, müalicə və ya miqrasiya üçün gedənlərin sayı artıb. Bu da vaxtilə rahat viza qaydaları olan səfirliyi çox sərtləşməyə vadar edib. Nəticədə bu ölkənin səfirliyi ən çox imtina verənlər arasındadır.

Çətin viza verənlərin siyahısında Avstraliya və Yeni Zelandiya, İtaliya, Kanada, ABŞ, Böyük Britaniya, Fransa, Çin, Türkmənistan kimi ölkələr də var. Avstriya, İsveçrə, İsrail, Cənubi Koreya, Latviya, Norveç, İrlandiya da çətin viza verən ölkələrdən hesab olunur.(lent.az)

pia.az


Etiket: viza ölkələr


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar