Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yəhudilərin Çin desantı - Təl-Əviv Çində sionist lobbisi yaradır...

Yəhudilikdə ənənəvi missionerlik (qeyri-yəhudiləri yəhudizm dininə dəvət etmək) olmadığı halda, Çinlə bağlı bu qayda pozulur...

Hayrettin Karaman

“Yeni Şafak” qəzeti, Türkiyə, 27 dekabr 2019-cu il

Fələstində dərc olunmu maraqlı bir yazı diqqətimi cəlb etdi. O yazda İsrailin uzunmüddətli bir planla Çinə necə daxil olduğu izah edilir. Xəbərin qaynaqlarından biri Çində doktorluq dərəcəsi almış politoloq və Beni Suef Universitetinin müəllimi, misirli bir qadın Nadiyə Hilmidir.

Bir neçə gün əvvəl belə bir məlumat yayılıb ki, Çin hökuməti ölkədəki məbədlərin kommunist mədəniyyəti mərkəzlərinə çevrilməsinə və müqəddəs kitabların kommunist Çin ideologiyasına görə yenidən şərh edilməsinə qərar verib.

Dinlərə və mədəniyyətlərə yer verməyən Çinə sionistlər necə sızıblar? Və görəsən, bu sızma hansı mərhələdədir? 

Təl-Əviv Çində bir sionist lobbisi yaratmaq istəyir. Bunun üçün də əvvəlcə Çinə köçmüş bir yəhudi ailəsi və ya qrupu tapmaq lazımdır. Problem isə odur ki, məsələn, ABŞ və İngiltərədə olduğu kimi Çində bir yəhudi qrupu mövcud deyil.

Sionist araşdırmaçılar belə bir qrup yaratmaq üçün əvvəllər Çində yaşamış bir fərdi və ya ailəni axtarmağa başlayıblar və Çinin şərqində bu cür bir ailənin yaşamış olduğunu öyrəniblər. Məsələ tam da buradan başlayır.

Sionistlər bu ailənin nəvələrini araşdırıb və axırda öz əslini unutmuş, sayları isə bir neçə yüzdən artıq olmayan bir qrup tapıblar. Uzun və planlı araşdırmalardan sonra bu qrupu əsl dininə, mədəniyyətinə və ideologiyasına qayıtmalı olduğuna inandırıblar. Onların bir qismini İsrailə gətirib, vətəndaşlıq veriblər. Bəziləri isə İsrail ordusunda könüllü vəzifələrə təyin olunublar.

Bu işlərdən sonra bəzi yəhudilər Çində böyük vəzifələrə və orqanlara qədər yüksəliblər.

Professor dr. Nadiyə Hilmi bu işə aid olan “Shavei İsrael” adlı bir quruluş barədə danışıb. Bu quruluşun vəzifəsi dünyanın müxtəlif yerlərindən yəhudiləri tapıb, onları yenidən yəhudiyə və sionistə çevirməkdir. Yəhudilikdə missionerlik (qeyri-yəhudiləri dinə dəvət etmək) olmadığı halda, Çində bu qaydanı pozurlar. Yəni bu quruluş və bunun kimi bir çox şəbəkələr çinliləri yəhudiyə çevirirlər. Çinliləri yəhudiyə çevirən kimi onları çinli qızlarla evləndiriblər və beləliklə, sionist çinli nəsil yaradıblar. Məktəbəqədər təhsildən etibarən bir çox səviyyədə məktəblər açmış və Konfutsi məbədləri stilində sinaqoqlar qurmuşlar.

İsrailin Pekindəki səfiri hökumətin bu sionist-çinli nəsli rəsmən tanınması üçün çox çalışırlar. Həmçinin, ailə fərdlərinin zamanla dəyişdiyini iddia edərək hazırkı şəxsləri təhrif edirlər və beləcə, yeni yəhudi insanlar yaradırlar.

Yaxın Şərq və digər bölgələrlə bağlı qərarlara təsir edə bilmək üçün Çində akademiya ilə hökumət arasında yaxın bir əlaqə var. İsrail də bundan istifadə edir. Çinlə İsrail arasında akademik münasibətlər yüksək səviyyədədir. İsrail Çində bir çox ortaq araşdırma institutu qurub, həmçinin, universitetlərdə yəhudi mədəniyyəti və İbrani dili fakültəsi açıb, çinlilərin İsrailə səfər etməsini asanlaşdırıb və Çində yəhudilərin yaşadığı bölgələrdə yüksək mükafatlarla araşdırma yarışları keçirib.

İsrail keçən ilin dekabrında Şanto şəhərində bir universitet açıb və bu universitet Çində Rusiyadan sonra açılmış ikinci xarici universitetdir. Digər tərəfdən də İsraildə Çindəki yəhudilərə rəhbərlik etməsi üçün xüsusi ravvinlər yetişdirilir. 

Bəli, vəziyyət bundan ibarətdir: Çin oradakı müsəlmanları mənimsəmək üçün onlara zülm etsə də, İsrailin çinliləri yəhudiyə çevirməsinə göz yumur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Ən çox oxunanalar