Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentlərin yuxu və iş rejimi: kiminin “başını qaşımağa vaxtı yox”, kiminin isə...

Prezidentlərin gündəlik həyatı, iş və istirahət qrafikləri həmişə maraq doğurub...

Bu günlərdə Azərbaycan prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsində istirahətsiz işlədiyini söyləməsi, ardınca onun rusiyalı həmkarı Vladimir Putinin gündə cəmi 4-5 saat yatdığını deməsi sözügedən mövzunu aktuallaşdırıb.

“Yeni Müsavat” yada salır ki, Azərbaycanın dövlət başçısı iş qrafikində fasilə olmadığını bildirib. Sitat: “Hətta bazar günündə ki, mən işə çıxmıram, yenə daim əlaqədəyəm. Bəlkə də Azərbaycanda yeganə adamam ki, mənim istirahət günlərim yoxdur. Çünki hər gün mənim üçün iş günüdür”.

Putin isə son zamanlar az yatmasından şikayətlənib. Qırmızı meydanda hokkey oynayan dövlət başçısı gün ərzində 4-5 saat yatdığını söyləyib.

İnternet resursları üzərindən apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, prezidentlərin fərqli istirahət seçimləri var.

Siyasi liderlər yuxu saatlarına az vaxt sərf edirlər. Bəs onlar belə kiçik istirahətlə öz işlərini necə idarə edirlər?

Prezidentliyə namizədi olmağın əsas şərtlərindən biri yuxundan “vergi” verməkdir və bu tələb kimin seçildiyindən asılı olmayaraq dəyişmir. Beynəlxalq Yuxu Fondunun hesablamalarına görə, 18 ilə 64 yaş arası insanların gündə 7 saatdan, 8 saata qədər yatması sağlamlıq üçün çox xeyirlidir.

Əksər alimlər və siyasi liderlər bu rejimə uyğun yatır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gündə 6 saat, ABŞ prezidenti Donald Tramp gündə 3-4 saat yatır.

Almaniya kansleri Angela Merkel Putindən fərqli olaraq, məzuniyyət vaxtı daha çox yatmağa üstünlük verir.

Trampın sələfi Barak Obama isə prezident olduğu zaman sutkanın cəmi 6 saatını yatırmış. İndi yəqin, istirahət və yuxusuna heç korluq verməz.

İtaliyanın sabiq baş naziri Silviyo Berliskoni də deyilənlərə görə, dünya siyasətinin əsas simalarından birinə çevrildiyi zamanda gün ərzində cəmi 4 saat yatırmış.

“Dəmir Ledi” kimi tanınan, bir zamanlar dünya siyasətinin əsas fiqurlarından olan Marqarita Tetçer də sutkanın cəmi 4 saatını yuxuya həsr edərmiş. Hər halda, görünür, bu 4 saatlıq yuxu norması siyasi xadimlərə çox sərf edirmiş.

Yuxu norması haqqında ən möcüzəvi iddia isə böyük alim, fizikanın yönünü dəyişən ixtiraçı Nikola Teslaya aiddir. İnandırıcı görünməsə də, onun gün ərzində cəmi 2 saat yuxuya getdiyi deyilirdi. Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun 5-5,5 saat yatdığı yazılır.

Bundan başqa, liderlərin istirahət formaları da fərqlidir. Məsələn, Şimali Koreya lideri Kim Çen In istirahətini öz şəxsi adasında keçirir.

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov Xəzər dənizinin şərqində, Avaz şəhərciyində keçirir. Adəti üzrə dövlət səhiyyə müəssisələrində həm müalicə olunur, həm də istirahət edir.

Onların iş şəraitinə gəlincə, Rusiya prezidentinin iş otağı iqamətgahın düz mərkəzində yerləşir. Putinin kabineti o qədər də böyük deyil. Amma burada normal işləmək üçün maksimum şərait var. Otağın divarları palıd ağacı ilə üzlənib. Divar boyunca unikal nəşrlərin sıralandığı kitab şkafı düzülüb. Üzərində Rusiyanın gerbinin həkk olunduğu iş masası otağın ortasındadır. Pəncərəyə yaxın yerdə daha bir stol var. Prezident burada işgüzar danışıqlar aparır, köməkçiləri ilə müşavirə keçirir.

ABŞ prezidentinin əsas iş otağı Oval kabinetdir. Bu otağın 3 böyük pəncərəsi, 4 qapısı var. Prezidentin iş masası cənuba baxan pəncərənin önünə qoyulub.

İran prezidentinin kabineti də sadədir. Masanın üstündə yalnız kompüter və yazı ləvazimatı görmək olar.

pia.az


Etiket: prezident

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar