Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcma sədri Dilqəm və Şahbaza ailə üzvlərinin baş çəkəcəyi haqda məlumatlara münasibət bildirib

Tural Gəncəliyev yayılan məlumatlara münasibət bildirib...

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Dilqəm Əsgərov və Şahbaz Quliyevə ailə üzvlərinin baş çəkəcəyi haqda yayılan məlumatlara münasibət bildirib.

PİA.az-ın xəbərinə görə, o bildirib ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin konkret mövqeyi var.

İcma sədrinin sözlərinə görə, əsir və girovluqda olan şəxslər “hamının-hamıya” prinsipi əsasında dəyişdirilməlidir.

“Bu, beynəlxalq humanitar hüququn əsas prinsipidir. O ki, qaldı gələcəkdə azərbaycanlı girovların ailə üzvləri ilə görüşünə, bizim əsas istəyimiz onların öz ailələrinin yanına geri dönməsidir. Ermənistan qoşunları, işğalçılar onları azad etməlidirlər. Dilqəm və Şahbaz dədə-baba torpaqlarına getdikləri üçün qanunsuz şəkildə həbs ediliblər. Əsas məqsədimiz onların azad olunmasıdır. Dövlətimiz onların azad olunması istiqamətində bütün tədbirləri görür və biz də beynəlxalq təşkilatlarla, diplomatik korpusun nümayəndələri ilə görüşlərdə bu məsələni qaldırırıq. Deyirik ki, onlar işgəncələrə məruz qalırlar, başlarına olmazın oyunlar gətirilir”, - deyə icma sədri qeyd edib.

Qeyd edək ki, son günlər Ermənistan kütləvi informasiya vasitələrində Dilqəm Əsgərov və Şahbaz Quliyevə ailə üzvlərinin baş çəkəcəyi haqda danışıqların aparılması ilə bağlı məlumatlar yayılıb. Məlumatda deyilir ki, danışıqlar artıq yekunlaşmaq üzrədir.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D. Əsgərov və Azərbaycan vətəndaşı Ş. Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. (APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar