Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məzahir Pənahov Müsavat Partiyasının müraciətinə cavab verib

Müsavat Partiyası namizədlərə imza toplamaq üçün verilən vərəqələrin sayının az olması barədə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib...

“Report” xəbər verir ki, müraciətə MSK-nın bu gün keçirilən iclasında baxılıb.

Müsavat Partiyasının Aparat rəhbəri, partiyanın parlament seçkiləri ilə bağlı səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı iclasda məsələni MSK sədri Məzahir Pənahovun diqqətinə çatdırıb və ondan bu məsələdə dairə seçki komissiyalarına müraciət ünvanlamasını xahiş edib.

G.Aslanlı qeyd edib ki, namizədlərə imza toplamaq üçün hazırda 10 vərəqə verilir: “Dairə seçki komissiyalarından 11-ci vərəqəni istəyəndə deyirlər ki, icazə yoxdur. Əgər mənə vermirlərsə, başqalarına heç verməzlər. Xahiş edirəm ki, bununla bağlı fikrinizi bildirəsiniz”.

M.Pənahov isə bildirib ki, imza vərəqələrinin verilməsiylə bağlı heç bir məhdudiyyət yoxdur: “Əgər həmin vərəqələr qəsdən sıradan çıxarılmayıbsa, daha çox seçici imzası toplamaq üçün əlavə vərəqlərin verilməsində heç bir problem yoxdur”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar