Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil Nazirliyi monitorinq keçirəcək

Dekabrın 26-da Təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakı ilə ali təhsil müəssisələrinin prorektorları ilə görüş keçirilib...

Təhsil Nazirliyindən verilən xəbərə görə, orta ixtisas təhsili müəssisələrinin direktorları, direktor müavinlərinin də iştirak etdiyi görüşdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, tədbirin məqsədi təhsil müəssisələrində tərbiyə işinin təşkili ilə bağlıdır. Firudin Qurbanov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş tədbirdəki konseptual çıxışında dünyadakı çağırışlar, Azərbaycanın bu çağırışlara müvafiq yanaşması, ölkəmizdə aparılan islahatlar, eləcə də təhsil müəssisələri qarşısında duran həlli vacib vəzifələrə, həmçinin bir sıra digər məsələlərə toxunub.

IV sənaye inqilabından danışan Təhsil nazirinin müavini qeyd edib ki, bu dövr həm də süni intellektin sənaye və istehsalatda geniş tətbiq olunması ilə müşayiət olunur. Yeni çağırış və dəyişikliklərin təhsil sisteminə təsirindən danışan Firudin Qurbanov bildirib ki, belə bir şəraitdə təhsil müəssisələri qarşısında hərtərəfli, müasir biliklərlə yanaşı, həm də ünsiyyət qurma bacarıqlarına malik, komanda mühitində işləməyi, öz işini proqnozlaşdırmağı bacaran gənclərin yetişdirilməsi mühüm şərtdir. Nazir müavininin sözlərinə görə, ali təhsil müəssisələri təkcə bilik və bacarıqlara deyil, həm də müxtəlif insani keyfiyyətlərə, qabiliyyətlərə malik insan yetişdirməlidir ki, onlar cəmiyyətə fayda versinlər. Bu mənada ali təhsil müəssisələri qarşısında çətin, məsuliyyətli vəzifə durur.

REKLAM

Daha ətraflı

Təhsil nazirinin müavini gənclərin milli ruhda tərbiyəsi, onlarda vətənpərvərlik hissinin aşılanmasında ali təhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdən danışıb. Ali təhsil müəssislərində gənclərlə müvafiq işlərin aparılmasının zəruriliyini qeyd edən Firudin Qurbanov gənclərin mühüm mədəni-kütləvi, incəsənət tədbirlərinə, intellektual oyunlara, idman yarışlarına cəlb olunmasının vacibliyini qeyd edib. Nazir müavini təhsil müəssisələrində təlim-tərbiyə işinin gedişi ilə bağlı müvafiq monitorinqlər aparılacağını əlavə edib.

Daha sonra qarşılıqlı fikir mübadiləsi şəkilində davam etdirilən görüşdə təhsil müəssisələrində tərbiyə işinin gücləndirilməsi və digər məsələlərlə bağlı təkliflər səsləndirilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar