Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçayda "xəlvəti deputat" bazarı: İcra başçısı mandatı kimə söz verib?

Hüquq müdafiəçisi Taleh Xasməmmədov Göyçay rayonunda deputat mandatı uğrunda mübarizənin gərginləşməsindən yazıb...

PİA.az sfera.az-a istinadən xəbər verir ki, hüquq müdafiəçisi Göyçay rayonun keçmiş deputatı Elman Nəsirovun əyilə-əyilə gəlib namizədliyini verəcəyini gözlədikləri bir vaxtda başqasının aktivləşdiyini iddia edib:

"Məlumata görə 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən keçmiş Baş Nazir Novruz Məmmədovun sevimli kadrı olan Məzahir Əfəndiyev namizədliyini irəli sürüb. M. Əfəndiyevin Göyçaydan namizədliyini irəli sürməsi və gələcəkdə ondan "deputat" düzəldiləcəyi vədi ona Göyçay rayon icra başçısı Mehdi Səlimzadə tərəfindən verilib. Ona ciddi tapşırılıb ki, son günə qədər çox sakit davransın. Yəni, bu namizədlik məsələsi nə qədər xəlvəti olsa, gələcəkdə bir o qədər də yaxşı nəticələr verəcək”.

Taleh Xasməmmədov xatırladır ki, deputatlıq həvəsinə düşmüş Məzahir Əfəndiyev əslən Ağdaş rayonundandır: "Deyilənə görə Ağdaşın keçmiş deputatı bankir Çingiz Əsədullayevin seçki kampaniyasının fəallarından biri olub. Həmin vaxtlardan deputatlığa həvəslənmiş indiki namizəd hesab edir ki, M. Səlimzadə ölkədə söz sahibidir və ondan xəlvəti deputat düzəldəcək. Amma əmin olsunlar ki, bu dəfə Göyçay seçiciləri onlar kimi "xəlvəti mandat" azarına və bazarına qurşanmış şəxslərə şans tanımayacaqlar”.

pia.az


Etiket: Göyçay


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar