Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda narkotik ticarəti ilə məşğul olan beynəlxalq şəbəkə ifşa olunub

Gürcüstanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan genişmiqyaslı beynəlxalq şəbəkə ifşa edilib...

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Tbilisi, Batumi və Kutaisi şəhərlərində həyata keçirilən istintaq tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz hazırlanması, alınması və satışını həyata keçirən cinayətkar qruplaşmanın üzvləri saxlanılıb. Onlardan biri Gürcüstan, beşi isə xarici ölkə (Rusiya, Ukrayna, Qırğızıstan, Qazaxıstan) vətəndaşlarıdır.

Saxlanılan şəxslərin müvəqqəti yaşadıqları mənzillərində və digər gizli yerlərdə toz halında 21 kiloqrom narkotik vasitə və 10 litr “Alfa-PVP” preparatı müsadirə olunub. Aşkar olunan narkotik vasitələrin “qara bazar”da dəyəri, təxminən, 6 milyon lari təşkil edir.

İstintaqla saxlanılan şəxslərin əlaqə vasitəsi kimi “Vipole” internet proqramından istifadə etdikləri və qruplaşmanın Gürcüstanla yanaşı, Ermənistan, Qırğızıstan, Özbəkistan, Tacikistanda da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları müəyyən edilib.

Faktla bağlı istintaq davam etdirilir.

pia.az


Etiket: Gürcüstan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar