Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2019-cu ilin iqtisadi göstəriciləri: Vergi və gömrük sahəsində nələr qazanıb, nələr itirmişik?

Ümumilikdə 2019-cu ildə aparılan iqtisadi islahatların nəticələri və verdiyi səmərələr nədən ibarət oldu?..

“Əvvəlki dövrlərlə müqayisədə 2019-cu ildə həm vergi, həm gömrük, həm də gizli iqtisadiyyatla mübarizə istiqamətində atılan addımlar nisbətən daha aktiv və effektiv olub”.

Azərbaycanda son dövrlərdə vergi yükünün müəyyən qədər azaldılması istiqamətində qərarlar qəbul edilib, addımlar arılıb. Amma nəzərə almaq lazımdır ki, iqtisadiyyatın əhəmiyyətli hissəsi gizlidir. Bu istiqamətdə yalnız inzibati yollarla mübarizənin aparılması heç də hər zaman effektli olmur”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov 2019-cu ilin iqtisadi yekunlarını və əldə edilən nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi 2019-cu ildə banklar üçün mövcud olan problemin həlli istiqamətində dövlət çoxdan gözlənilən addımı atdı. Yəni həm banklar, həm də ki, müştərilər arasında kreditlərin vaxtlı-vaxtında ödənilməsi ilə bağlı yaranmış problem 2019-cu ildə müəyyən mənada öz həllini tapdı. Bu baxımdan vaxtı keçmiş kredit borclarının silinməsi və restruktizasiyası istiqamətində atılan addımlar da 2019-cu ilin iqtisadiyyatında hadisə kimi dəyərləndirilə bilər.

Hökumət isə bəyan edir ki, 2019-cu ildə iqtisadiyyatda, vergi və gömrük sistemində, eləcə də sosial sahədə islahatlar aparılıb. Ümumilikdə 2019-cu ilin bu sahələridə aparılan islahatların nəticələri və verdiyi səmərələr barədə nə demək mümkündür?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənovla müzakirə edib.

Rəşad Həsənov: “Daha yaxşı olar ki, vergi yükünün azaldılması ilə bağlı görülən tədbirlər daha da genişləndirilsin”.

Gömrük sahəsində artıq nisbətən yeni yanaşmaların ortaya qoyulduğunu düşünən iqtisadçı-ekspert PİA.az-a açıqlamsında bildirib ki, gömrükdə əvvəlki dövrlərdə mövcud olan korrupsiya mexanizmi müəyyən qədər sıradan çıxarılıb. Bunun nəticəsində də gömrük sistemində artıq müəyyən şəffaflıq hiss olunmaqdadır:

“Əvvəlki dövrlərlə müqayisədə 2019-cu ildə həm vergi, həm gömrük, həm də gizli iqtisadiyyatla mübarizə istiqamətində atılan addımlar nisbətən daha aktiv və effektiv olubdur. Məlumdur ki, 2018-ci ilin dekabrında vergi məcəlləsinə dəyişiklik edildi. Bunun nəticəsində gizli iqtisadiyyatla mübarizə tədbirlərinin həm də təşviq yolu ilə effektivliyinin artırılması mümkün oldu. Nəticədə 10 ay ərzində dövlət büdcəsinə 400-500 min əlavə vəsait toplana bildi. Həmçinin məşğulluq sahəsində 83 mindən artıq yeni iş yerinin rəsmiləşdirilməsi mümkün olub.

Gömrük sahəsində də artıq nisbətən yeni yanaşmalar ortaya qoyulub. Əvvəlki dövrlərdə mövcud olan korrupsiya mexanizmi müəyyən qədər sıradan çıxarılıb. Bunun nəticəsində də gömrük sistemində artıq müəyyən şəffaflıq hiss olunmaqdadır. Elektronlaşma prosedurunun sadələşdirilməsi, Yaşıl Dəniz istifadəyə verilməsi və bu kimi imkanlar bu istiqamətdə də müsbət nəticələrin əldə edilməsinə gətirib çıxarıb. Məhz gömrük orqanlarının hesablamalarına görə ötən dövr ərzində dövlət büdcəsinə bu qurum tərəfindən daxil olmalar 700-800 min manat ətarfında artıbdır.

Bu baxımdan hər iki istiqamətdə əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli hesab edilə biləcək irəliləyişlərə 2019-cu ildə nail olunması mümkün oldu. Onu da nəzərə almaq lazımdır ki, bu post-neft dövrünün çağırışlarıdır və bu istiqamətdə artıq mövqenin ortaya qoyulması zərurəti yaranmışdı. Çünki dövlət büdcəsinin resurs gəlirlərindən asılığının azaldılması vacib məqamlardan biridir. 2015-ci ildən sonrakı dövrdə neft gəlirlərində baş verən kəskin azalmalar və dövlətin iqtisadiyyatda iştirakının zəifləməsi kimi faktorlar da bunu bir daha təsdiq edir.

Rəşad Həsənov: “Son dövrlərdə müəyyən səbəblərdən məənfət norması aşağı düşüb və şəffaflaşma fəaliyyətinin rəsmiləşdirilməsi xərcləri artırır. Bu da biznesdə müəyyən müqavimətin formalaşmasına, müxtəllif yollarla fəaliyyətin dövriyyədən yayındırılmasına gətirib çıxarır”.

Düşünürəm ki, daha geniş miqyaslı addımların atılmasına ehtiyac var. Xüsusən də vergi sistemində geniş miqyaslı addımlar atılmalıdır. Azərbaycanda son dövrlərdə vergi yükünün müəyyən qədər azaldılması istiqamətində qərarlar qəbul edilib, addımlar arılıb. Amma nəzərə almaq lazımdır ki, iqtisadiyyatın əhəmiyyətli hissəsi gizlidir. Bu istiqamətdə yalnız inzibati yollarla mübarizənin aparılması heç də hər zaman effektli olmur. Buna görə də daha yaxşı olar ki, vergi yükünün azaldılması ilə bağlı görülən tədbirlər daha da genişləndirilsin.

Qeyd edim ki,Dünya Bankının hesablamalarına görə Azərbayacanda kommersiya gəlirlərində vergi yükü 2018-ci ildə 41% ərtafında olub. Hansı ki, müvafiq göstərici Gürcüstanda 16.5%, Qazaxıstanda 30%, Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı kimi neft ölkələrində 14-14% arasında dəyişib. Göründüyü kimi Azərbaycanda bu göstərici yüksəkdir. Bu da müəyyən qədər sahibkarlıq subyektlərinin özfəaliyyətlərini saflaşdırılması istiqamətində müqavimət göstərməsinə gətirib çıxarıb.

Eyni zamanda bildiyimiz kimi son dövrlərdə müəyyən səbəblərdən məənfət norması da aşağı düşüb və şəffaflaşma fəaliyyətinin rəsmiləşdirilməsi xərcləri artırır. Bu da biznesdə müəyyən müqavimətin formalaşmasına, müxtəllif yollarla fəaliyyətin dövriyyədən yayındırılmasına gətirib çıxarır.

Bu baxımdan düşünürəm ki, atılan addımlar müsbət nəticələr verir. Amma daha ciddi uğurların əldə edilməsi üçün yumşaq vergi siyasətinin həyata keçirilməsinə ehtiyac var. Həmçinin bənzər formada gömrük sistemində də müəyyən addımlar atılmalıdır. Çünki bəzi hallarda Yaşıl Dəniz istifadəmilərinin ədalətsiz rəqabət mühitinin formalaşdırılması imkanlarının ortaya çıxarılması sahibkarlıq subyektlərinin fəaliyyətlərində çətinliklərə gətirib çıxarır.

Bəzi hallarda da rüsumlarla bağlı çox ciddi ziddiyyətlər ortaya çıxır. Azərbaycanda istehsal olunmayan məhsullara ən yüksək rüsumlar tətbiq edilir. Bu kimi məqamlar da aydınlaşdırılmalı və üzə çəxarılmalıdır. Ümumiyyətlə götürəndə dövlətin gömrük siyasətini daha çevik formada həyata keçirməsi, idxal-ixrac, daxili bazarlarda qiymətin tənzimlənməsi və bu kimi məsələlər də qısa müddətli dövrdə müsbət nəticələrin əldə edilməsi üçün gözdən keçirilməlidir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar