Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Banklarda nələr baş verir? - Xaricə pul köçürəndə dolların qiyməti 2,14 AZN olub...

Hal hazırda xaricə pul köçürmələri zamanı bankların 1 dollar üçün 2.14 manat məzənnə müəyyənləşdirdikləri iddia olunur...

İlin sonuna yaxınlaşdıqca dolların manata nisbətdə dəyərə mindiyi müşahidə olunur. Jamaz.info xəbər verir ki, artıq bir çox valyuta dəyişmə məntəqələrində 1 dolların 1.703 manata satıldığı dəqiqdir. Hərçənd Milli Bank son məzənnəni 1 dollar üçün 1.7 manat müəyyən edib və heç bir artım yoxdur.

Lakin son günlər bankların bir çoxu dolların qiymətini bizə bəlli olmayan səbəblərdən bahalaşdırıblar. Jamaz.info-nun araşdırması nəticəsində məlum olub ki, hal hazırda xaricə pul köçürmələri zamanı banklar 1 dollar üçün 2.14 manat qiymət müəyyənləşdiriblər.

Redaksiyamıza müraciət edən bir neçə vətəndaş bildirib ki, onlar xaricə kiçik həcmli pul köçürülməsi zamanı bu hallarla üzləşiblər. Məsələn, 36 dollar pul köçürmək istəyən müştəridən nağd dollar qəbul etməyən Bank Of Baku, həmin valyutanı özü köçürə biləcəyini deyib. Bu azmış kimi, lazım olan 36 dollar üçün 73 manat məbləğ müəyyənləşdirib. Üstəlik, 11 manat vergi tutub.

Bbir digər müştəri isə bildirir ki, ondan xaricə ödəməli olduğu 14 dollar üçün bank 30 manat pul tələb edir. Həmçinin 5 manat da əlavə vergi üçün haqq istəyib.

Qeyd edək ki, hal hazırda ölkədə dolların rəsmi kursu 1.70 manatdır. Bankların müəyyən etdiyi məzənnədən isə belə anlaşılır ki, 1 dollar 2.14 manat təşkil edir. Onu da vurğulayaq ki, mövcud qanunvericiliyə görə, heç bir bank özbaşına xarici valyutanın qiymətini bahalaşdıra bilməz. Yalnız alqı-satqı zamanı Milli Bankın müəyyən etdiyi məzənnənin üzərinə 2 faiz gələ bilər.

Məsələ ilə bağlı araşdırmamız davam edir. (Jamaz.info)

pia.az


Etiket: Dollar Məzənnə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar