Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sol mərkəz liberalizmin çöküşü və sağ populizmin yüksəlişi - Qərbin hegemon ideologiyası ətrafında nə baş verir?

Trampın impiçmenti haqlı olsa belə, bu, ona ABŞ seçkilərində uğur qazandıracaq...

Əhməd Aboudouh
“The Independent” qəzeti, 25 dekabr 2019-cu il

Demokratlar İşçi Partiyası və Liberal Demokratlarla eyni yolu gedib, fərqli yerə çatmaq istəyirlər. Lakin onlar İngiltərədəki dostları kimi eyni siyasi qəzaya düşə bilərlərHər kəs prezident Trampla bağlı impiçment qərarının doğru olduğunu deyir, lakin heç kim düşünmür ki, görəsən bu işin sonu necə olacaq?

Çox uzağa getmədən Boris Consonun İngiltərədə nələr əldə etdiyini xatırlayaq. O zaman ABŞ-ın da gələcəyini görə bilərik. İmpiçment Trampa 2020-ci il prezident seçkilərində uğur qazandıracaq.

Trampın impiçment prosesində tarixi səsvermədən sonra növbədə başqa nə var? ABŞ da fərqli deyil. Seçki sistemi, xalqın öncəlikləri, iki partiyalı sistem və ən əsası, siyasi mədəniyyət bənzərdir. Görünür, nəticə də eyni olacaq.

Gücdən pis məqsədlərlə istifadə etmək, Konqresə mane olmaq və bu cür bir çox hadisə ilə bağlı sübutlar varkən prezident Trampı vəzifədən uzaqlaşdırmaq daha doğrudur.

Normal düşünən hər insan Trampın Ağ Evdəki vəzifəsindən çoxdan azad edilməli olduğunu başa düşür. Lakin indi Trampı vəzifədən uzaqlaşdırmaq eynilə BREXİT-də olduğu kimi Qərb dünyasının liberal demokratik sistemini təhdid edən radikal sağ milliyətçiliyin yüksəlməsinə səbəb olacaq.

İşin ironiyası ondadır ki, hər şey Böyük Britaniyada başlamışdı. 2016-nın fevralında İngiltərədə əksəriyyət gözlənilməz şəkildə Avropa Birliyindən ayrılmaq üçün səs verib. Bu hadisəni eyni ilin noyabr ayında keçirilən seçkilərdə Trampın böyük zəfəri izlənmişdi. İndi böyük bir ehtimalla, Tramp 2020-nin əvvəlində rəsmi olaraq prezidentliyə namizəd olacaq. İlin sonunda Tramp da seçkilərdə yenidən qalib gələ bilər.

2016-cı ildə ortaya çıxan siyasi dəhşətlər bu dəfə görünməyəcək. Çünki impiçment prosesi, çox güman ki, Demokratlara ziyan verəcək və Trampın mirasını gücləndirəcək.

Hillari Klinton və hazırda Nensi Pelosi həqiqətən nə baş verdiyini və seçicilərin, partiyanın guya təmsil etdiyi liberalizmi qavrayarkən necə parçalandığını başa düşə bilmirdilər. Üstəlik, radikal sağın liberal ənənə ilə seçicini səsini necə bu qədər sürətlə qazandığını da başa düşməyə hazır deyildilər.

Bütün bu hadisələrin səbəbi radikal sağın tarix boyu həmişə haqlı hesab edilməsidir.

Nensi Pelosi Trampın impiçment prosesini Nümayəndələr Palatasına təqdim etməklə doğru hərəkət etdi. AB-dən ayrılma müqaviləsinin son vəziyyətinə baxmaq üçün britaniyalı seçicilərə referendum keçirilicəyinə söz verən Ceremi Korbin də belə etmişdi. Amma bəzən siyasətdə doğru olanı etmək adamı irəliyə aparmır.

Pelosi impiçmentin Senatda qəbul edilməyəcəyini və Trampın seçki kampaniyasına heç bir zərər verməyəcəyini bilir. Demokratlar Partiyasını bütöv şəkildə saxlamaq üçün bu cür tarixi bir şouya ehtiyac duymuş ola bilər. Britaniyalı seçicilərin bu şouya olan münasibətini yaxın zamanda izləyib və sonunun yaxşı bitməyəcəyini də bilir.

Liberalların qavraya bilmədiyi dəyişiklik Atlantik ölkələri ətrafında hökm sürən və İkinci Dünya Müharibəsindən sonra genişlənərək Qərbdə hegemon olan liberal demokratik sistemə qarşı şübhə yaranması ilə əlaqədardır. Demokratiya hazırkı vəziyyətdə xətalıdır. Çilidən Honkonqa qədər xalqlar 21-ci əsrin istəklərini təmsil etmək üçün daha effektiv alternativlər yaratmaq uğrunda mübarizə aparırlar. Bu, qarşıdakı 50 il ərzində böyüyəcək olan bir mübarizədir.

Hazırki dünyada hər kəs sosialistləri və demokratları mövcud liberal demokratiyanın keşikçiləri hesab edirlər. Bir çox insan köhnə sosializmlə və ya pulsuz internetlə bağlı sözlər eşitmək istəmir. Boris Consonun 50 min tibb bacısının işə götürüləcəyi və 40 xəstəxana inşa edəcəyi ilə bağlı əsassız iddialarını və yaxud da “canavar, Britaniyanı yenidən mükəmməl et”, şüarını görməyi üstün tuturlar.

Solçu köşə yazıçıları və “Twitter”dəki bəzi səs-küylü sosialistlət Berni Sendersin prezidentlik namizədliyini dəstəkləyərək bunu ciddi bir məsələyə çevirib. Lakin ABŞ-dakı insanlar da demokratik sosializm ya da Berninin “Yeni sistem” siyasətinə çox da yaxın görünmür.

Liberal tərəfdə dayandığımız üçün çoxumuz hələ BREXİT-in İngiltərəyə necə dərindən təsir etdiyini başa düşə bilməmişik və hələ də Trampın impiçment prosesinin vəziyyəti onun lehinə çevirəcəyini başa düşə bilmirik. Atlantikin hər iki tərəfində aparılan populist “yalan siyasəti”nin effektivliyi sayəsində bir çox insan inandı ki, Son Qərar referendumunu keçirmək və Trampı vəzifədən uzaqlaşdırmaq xalqın iradəsinə qarşı düşmənçiliyin bir parçasıdır.

Seçki kampaniyalarında baş verən önəmli dəyişikliklər seçicilər arasında böyük əks-səda doğurub və İngiltərədə bütün siyasi xəritənin yenidən qurulmasına səbəb olub. İşçi Partiyasının və Liberal Demokratların liderləri dəstəkçiləri yalanlarla bəsləyən, reallıqları yox edən, əxlaqsız populist liderlərin ayağı altında əzilib.

“Qırmızı Divar” (Şimali Qallerdən İngiltərənin şimal-şərqinə gedib çatan İşçi Partiyasının qalib gəldiyi seçki bölgələri) yıxıldıqdan sonra Amerikanın “Mavi Divar”ının da (ABŞ-da Demokratlar Partiyasının qalib gəldiyi bölgələr) sarsıntı keçirdiyini görmək olar. Donald Tramp 2016-cı ildə üç “Mavi Divar” əyaləti olan Miçiqanda, Pensilvaniyada və Viskonsində qələbə qazanmışdı. 2020-ci ildə Demokratların qalalarında uğur qazansa, bu divar tamamilə dağıdıla bilər.

Demokratlar İşçi Partiyası və Liberal Demokratlarla eyni qatara minib, başqa yerə çatacağını düşünür. Təəssüf ki, onları nəyin gözlədiyini təxmin etmək olur.

ABŞAvropa son beş ildə radikal sağ fanatizminin yüksəlişini izləyir. Bu, hələ başlanğıcdır. 2020-ci il üçün ehtimal olunan ikinci dalğa bu fanatikliyin əsl yüksəlişinə şahid olacaq. Nəzərə alsaq ki, müharibədən sonra liberal demokratiya Avropa üçün Anqlo-Sakson bir həll yoludur, o zaman etibarlı mübarizə və liderlik olmadan bu yüksəliş böyük bir xəstəliyə çevrilərək bütün qitəni məhv edə bilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar