Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş həkimin müavini işdən çıxarıldı -Tərtərdə

Vəzifə səlahiyyətlərindən sui-istifadə edib...

Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Mətanət Tofiq qızı Hüseynzadə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün vəzifəsindən azad edilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkimin təşkilati-metodik işlər üzrə müavini Mətanət Tofiq qızı Hüseynzadənin “qeyri-etik davranışı ilə qeyri-maddi üstünlük müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə” tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması və intizam məsuliyyətinə cəlb olunması barədə təqdimat göndərilib.

Təqdimat Səhiyyə Nazirliyində, o cümlədən, Tərtər Rayon Mərkəzi Xəstəxanasının Tibbi Şurasında müzakirə edilib. Həqiqətən də, Mətanət Hüseynzadə tərəfindən tutduğu vəzifə ilə bir araya sığmayan hərəkətlərə yol verərək, tibb işçilərinin etik davranış qaydalarının kobud şəkildə pozduğu müəyyən edilib.

 


Bunlardan əvvəl də Hüseynzadə barəsində tədbir görülüb. Belə ki, bu ilin avqust ayında Tərtər rayon polis şöbəsindən daxil olmuş təqdimat əsasında etik davranış qaydalarını pozduğuna görə ona töhmət verilib.

Amma Hüseynzadə bundan nəticə çıxarmayıb, tutduğu vəzifədən sui-istifadə edərək təkrar nöqsanlara, qanun pozuntularına yol verib. Buna görə də Mətanət Hüseynzadə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən dekabrın 26-dan tutduğu vəzifədən azad edilib və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Xatırladaq ki, Mətanət Hüseynzadə Ucar rayonu, Alpout kənd sakini, Qarabağ müharibəsi veteranı Qaraoğlan Kərimovdan 3600 manat alaraq, ona Qarabağ müharibəsi əlili statusunu almaqda kömək edəcəyini vəd edib.

Kərimov bildirib ki, döyüşlərdə yaralansa da, əlillik almayıb. Buna görə yaxın tanışı ilə xəstəxanaya müraciət edib. Hüseynzadə xəstəlik epikriz sənədi üçün 500, əlillik almaq üçün isə 3100 manat istəyib.

Şikayətçi əlavə edib ki, həkimin 500 manat müqabilində verdiyi xəstəlik kağızı saxta olub:

“Mən kasıb adamam, heç bir yerdə işləmirəm, himayəmdə dörd azyaşlı uşağım var. Həmin pulu qardaşımdan və qohumumdan borc alıb Mətanət həkimə vermişəm. Yeganə gəlirim ancaq Qarabağ müharibəsi veteranlığına görə aldığım 80 manat təqaüddür. İmkansızlıqdan uşaqlarım bu il məktəbə gedə bilməyəcək.

Onlara məktəbli forması, məktəb ləvazimatı ala bilməmişəm. Hətta mesajlarında da bunu açıqca yazır və səslə deyir. Ucar rayon hərbi komissarlığından üç dəfə Mətanət Hüseynzadəyə teleqram vurulub ki, sənədləri təqdim etsin. Sonradan mənə bildirdilər ki, Mətanət Hüseynzadə belə dələduzluq yolu ilə çoxlu sayda insanları aldadıb, pullarını alıb”, - Qaraoğlan Kərimovun sosial şəbəkələrdə yayılan müraciətində belə deyilirdi.

pia.az


Etiket: Həkim Tərtər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar