Şənbə, 04 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Kreml müxalifətçilər üçün yeni cəza poliqonu seçib: Soyuq Artikada hərbi xidmət...

Rusiya prezidenti Vladimir Putinin ən məşhur siyasi rəqibi Aleksey Navalnının əsas tərəfdaşı saxlanılıb...

Ardınca o, dərhal hərbi xidmətə çağırılaraq, Arktikada yerləşən HHM bazasına göndərilib. Bu barədə “The New York Times” məlumat verir.

Disident Aleksey Navalnı və tərəfdaşlarını susdurmaq üçün bir sıra üsula əl atan Rusiya hökuməti bu həftə yeni bir metodu sınaqdan çıxarıb: onlar Navalnının əsas tərəfdaşlarından birini saxlayıblar, onu məcburi hərbi xidmətə çağırıblar və Arktikaya göndəriblər. Navalnının başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Fondunun (KMF) layihələr üzrə meneceri, 23 yaşlı Ruslan Şavəddinov bazar ertəsi Moskvadakı mənzilində saxlanılıb. Navalnının sözlərinə görə, Şavəddinovun mobil telefonunun SIM kartı bloklandığı üçün həmkarlarına, vəkilinə baş verənlər barədə məlumat verə bilməyib. Ertəsi gün yoldaşları xəbər tutublar ki, o, artıq Moskvadan 3,5 mil uzaqdadır və Şimal Buzlu okeanının adalar qrupunda, HHM bazasına hərbi xidmətə göndərilib.

Açıq siyasi müxalif fikirliliyin nadir halda rast gəlindiyi və çox vaxt təhlükəli hesab edildiyi ölkədə Kremlin ən qatı tənqidçisi Navalnı baş verənlərdə Kreml iyerarxiyasının başında duran şəxsi – prezident Vladimir Putini ittiham edibş

“Deyəsən, bizim Ruslanın təcrid olunması ilə bağlı planı Putin şəxsən tərtib edib”, - deyə müxalifətçi “Twitter” hesabında yazıb.

Yeni Torpaq Şimal Buzlu okeanında yerləşən, “sərt iqlimə malik” arxipelaqdır. Regionun təxminən 25%-i daimi buzlaqlarla örtülü olur. Sovet dövründə bura əsasən nüvə silahlarının sınaq poliqonu olub. 1961-ci ildə arxipelaqda ən güclü nüvə silahı “Çar” bombası sınaqdan keçirilib.

Rusiyada hərbi xidmət 18-28 yaşlı kişilər üçün 1 il müddətinə məcburi hesab edilir. Əsgərliyə çağırılan gənclər çox vaxt evlərindən uzaq bölgələrə düşürlər. Burada yaşlı əsgərlərin sərt və alçaldıcı münasibətinə məruz qalırlar. Ordunun nüfuzundan qorxuya düşən gənclərin çoxu hər yolla hərbi xidmətdən yayınmağa çalışırlar. Şavəddinov hərbi komissiyanın qərarını apelyasiya məhkəməsinə şikayət edib. O, həkimlər tərəfindən düzgün müayinə olunmadığını iddia edib. Moskva Rayon Məhkəməsi noyabrda ona qarşı qərar çıxardıqdan sonra müxalifətçi şəhər apelyasiya məhkəməsinə müraciət edib. Bazar ertəsi - Şavəddinovun saxlanıldığı gün Moskva Şəhər Məhkəməsi aşağı instansiyanın qərarını qüvvədə saxlayıb.

Yoldaşı həbs edildikdən sonra Navalnı bu sözləri yazıb: “Orduda xidmət həbs mexanizminə çevrilib. Azadlıqdan məhrum etmənin başqa bir şəkli”. (Tərcümə: Xarici pressa) (Azpolitika.info)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Gül balalar" Milli Məclisdən yola salınır - Zahid Oruc

Fonda yardım üçün səfərbər oldular - Siyahıda kimlər var?

Azərbaycanda koronavirusa yoluxmanın rayonlar üzrə statistikası açıqlandı - Foto

“Müğənnilər 10-15 axmağı soyurlar” – Fazil Mustafadan maraqlı açıqlamalar

Bu sadə qaydalara əməl edənlər koronavirusa yoluxmur - Siyahı

Azərbaycanda rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artdı - Siyahı

Koronavirusa yoluxan orqanizm 9 gündə hansı etaplardan keçir - Diqqətli olun

Nazirlər Kabineti: Azərbaycanda koronavirusa yoluxma artır

ABŞ-ın səhiyyə sistemi: “Ölsən, bundan yaxşıdır”...

Jurnalist icra başçısına tənə vurdu: "Məsləhət verməklə iş bitmir..."

"Semaşko"nun 10 əməkdaşında koronavirus aşkarlandı

loading...

Ən çox oxunanalar