Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan parlamentində terror aktı ilə bağlı cinayət işinə yenidən baxılır

Ermənistan Baş Prokurorluğu 1999-cu ildə parlamentdə baş vermiş terror aktı ilə bağlı cinayət işinin istintaqını bərpa etməyə qərar verib...

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Prokurorluğun sözçüsü Arevik Xaçatryan deyib.

Onun sözlərinə görə, parlamentə hücumda öldürülən spiker müavini Yuri Baxşyanın arvadı Anait və onun nümayəndəsi terror aktı barədə ədalətli qərar qəbul edilməməsi barədə şikayət edib. “Şikayət Baş Prokuror tərəfindən təmin edilib və iş davam etdirilməsi üçün istintaq orqanına göndərilib”.

Xatırladaq ki, 1999-cu il oktyabrın 27-də Nairi Hunanyanın rəhbərlik etdiyi bir qrup şəxs parlamentə daxil olaraq iclas zalını odlu silahlardan davamlı atəşə tutmuşdu. Onlar bir neçə nəfəri girov götürmüşdü. Baş nazir Vazgen Sarkisyan və spiker Karen Dəmirçyan da daxil olmaqla səkkiz nəfər öldürülmüşdü.

Hücumu həyata keçirənlərdən 7-nin beş il sonra məhkəməsi keçirilib. Onlardan altısı ömürlük, digəri isə 14 il azadlıqdan məhrum edilib. Silahlı hücumun əsl sifarişçilərinin adları hələ də açıqlanmayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar