Bakının Sabunçu rayonunda avtobus piyadanı vuraraq ona xəsarət yetirib...
PİA.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.
1989-cu il təvəllüdlü Səliyev Bəxtiyar Ağadur oğlu dayanacaqdan yolun digər tərəfinə keçmək istəyərkən onu 208 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.(APA)
pia.az