Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün “Baku Bus” MMC-nin keçirdiyi 3 açıq tenderin qalibləri bəlli olub

“Baku Bus”ın 4,5 milyon manatlıq tenderlərinin qalibləri bəlli olub...

PİA.az xəbər verir ki, bu müsabiqələrin ümumi dəyəri 4,5 mln manat təşkil edir.

Adıçəkilən təşkilatın elan etdiyi birinci tenderdə “İveco” markalı avtobuslara cari ilin sonuna kimi tələb olunan yüksək təzyiqli boruların və birləşmələrin satınalınması ilə bağlı olub ki, burada qalib "FX QRUP 88" MMC olub.

Bu tender üzrə qalib, ümumilikdə, 13 803 ədəd yüksək təzyiqli boruların və birləşmələrin alınmasını həyata keçirəcək və qarşılığında 906 893,13 manat qazanacaq.

Nizamnamə kapitalı 10 manat olan "FX QRUP 88" 2017-ci ildə yaradılıb və Pərvin Elxan qızı Əfəndiyeva qanuni təmsilçisidir.

İkinci açıq tender də “İveco” markalı avtobusların cari ilin sonuna kimi mühərrikin soyutma sisteminə tələb olunan ehtiyat hissələrinin satınalınması ilə bağlı olub və qalib "Karataş Tarimcilik Sanayi və Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındaki nümayəndəliyi müəyyən edilib.

Adıçəkilən şirkət 2 401 319,33 manatın qarşılığında 7268 ədəd “İveco” markalı avtobusların cari ilin sonuna kimi mühərrikin soyutma sisteminə tələb olunan ehtiyat hissələrini “Baku Bus”a təhvil verəcək. 2018-ci ildə dövlət qeydiyyatına alınan Şirkətin qanuni təmsilçisi Ahmet Mustafa Karatasdır.

“Baku Bus”ın sayca 3-cü olan 1 200 102,09 manatlıq satınalma müsabiqəsinin qalibi "AZTECH AND TEGETA MOTORS" MMC olub. Qalib təşkilat həmin məbləğin qarşılığında “İveco” markalı avtobuslara cari ilin sonuna kimi texniki baxış və müntəzəm xidmət göstərilməsinə tələb olunan ehtiyat hissələri ilə təmin edəcək.

Qeyd edək ki, 2016-cı ildə dövlət qeydiyyatına alınan "AZTECH AND TEGETA MOTORS"un nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Davit Khurtsiadır. (Report)

pia.az


Etiket: Baku Bus tender

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar