Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvada FTX binasına kimlər hücum edib... - Rusiyaya göz dağı verən MKİ olub?

Hücumu həyata keçirən Yevgeni Minyurovun keçən il həm ABŞ-a, həm də İngiltərəyə casusluq etdiyi üçün həbs edildiyi və sonradan intihar etdiyi qeydə alınıb. Bəs onda FTX-ya kim hücum edib?...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 24 dekabr 2019-cu il

Prezident Ərdoğan Putinlə Liviya məsələsi üçün yenidən görüşəcəyini bildirən kimi Moskvada təzyiq yüksəldi. Təbii olaraq çıxan xəbərlərdə hər şey dəqiqliklə yazılmayıb. Lakin hadisələr olduqca önəmlidir. Gəlin nəzər salaq.

Rusiyanın paytaxtı Moskvadakı Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) binasının yaxınlığında silah səsləri eşidildi. Moskvanın Lyublyanka bölgəsində yerləşən bu binanın yaxınlığında toqquşma olduı. Kremldən 10 dəqiqəlik uzaqlıqda baş verən bu hücumda 3 nəfər öldüyü, 3 nəfərin də yaralandığı deyilir.

Ölənlərdən ikisi FTX işçisi imiş. Hücumun Moskva qeydiyyatında olan 39 yaşlı Yevgeni Minyurov adlı bir adam olduğu qeyd edilir. Lakin onun bu hücumu hansı məqsədlə həyata keçirdiyi barədə hələ ki, məlumat yoxdur.

Verilən məlumatlar bunlardır. Bəs əsl reallıq nədir?

Rusiyanın paytaxtında FTX binasında baş verən hücum sadə bir hadisə deyildi. Onsuz da hücumların davam edəcəyini bildirmişik. Hücumda MKİ tərəfindən qurulan və təkmilləşdirilən Fursan təşkilatından istifadə edilib. Snayper də ingilis idi.

Ağla ilk gələn fikir ABŞ-ın Rusiya ilə İngiltərənin ortaqlıq yaratması ehtimalına mane olmaq istəməsidir.

“Liva Fursan el Colan” Pentaqona bağlı olan qüvvələrin Suriyada güclənməsi üçün qurulub. Təşkilat içindəki bəzi önəmli şəxslərin rusca yaxşı danışması da maraqlıdır. MKİ Moskva əməliyyatları üçün Liva Fursan təşkilatını təkmilləşdirirdi.

Hücuma gəldikdə isə bu hadisə deyildiyi kimi FTX binası yaxınlığında baş verməyib. Hadisə binanın düz mərkəzində baş verdi. Yəni Liva Fursan FTX-nın binasına qədər girməyi bacarıb. Bunun necə baş tutduğunun da bir önəmi yoxdur. Təbii olaraq Rusiya daxilindəki kəşfiyyat qüvvələrinin də dəstək aldığı ortadadır. Həmçinin, hücumçunun daha əvvəl casusluq etdiyi də məlum idi. Rus qaynaqları bu şəxsin 39 yaşlı Yevgeni Minyurov olduğunu açıqlayıb. Lakin Yevgeni Minyurovun keçən il həm ABŞ-a, həm də İngiltərəyə casusluq etdiyi üçün həbs edildiyi və sonradan intihar etdiyi qeydə alınmışdı.

Pentaqonun MKİ üzərindən həyata keçirdiyi bu hücumun səbəbləri də ortadadır. Əvvəlcə İngiltərənin Yaxın Şərq və Aralıq dənizi ilə yaxınlaşması ehtimalı və Rusiyanın da bu qrupa daxil olması Vaşinqtonu çıxılmaz vəziyyətə sala bilər. Ona görə də, bunun qarşısını almaq istəyirlər.

ABŞ Şimal Axını və Türk Axını layihələri bağlı sanksiyalar tətbiq edəcəyini elan edib. Hətta Tramp büdcəni imzalayarkən bu iki önəmli məsələni də təsdiqləməli olub.

Moskvaya uzaqdan baxdıqda görünən mənzərə budur: Rusiya həm ABŞ-la, həm Türkiyə ilə, həm də İngiltərə ilə sövdələşmə aparır.

Rusiyanın İngiltərə ilə nə qədər yaxınlaşdığını izah etməyə ehtiyac yoxdur. İstanbulda öldürülən Ceyms Qustav Edvard Le Mejurier ABŞ-la İngiltərənin arasını vurmaq üçün planlaşdırılmışdı.

19 dekabr 2016-cı ildə Ankarada sui-qəsdə qurban gedən Rusiyanın Ankaradakı səfiri Andrey Karlov da böyük bir planın parçası idi. Bir türk polisi rus səfirini öldürmüş və həmin vaxtı Türkiyə ilə Rusiya arasında başlayan yaxınlığın bitməsi üçün sui-qəsd həyata keçirilmişdi. Lakin gözlənilən kimi olmadı.

Rusiya ilə İngiltərənin Le Mejurier cinayətinə görə üz-üzə gəlməməsi, əslində, bu sui-qəsdin boş yerə edildiyini göstərdi. Rusiya Le Mejurieri hədəf göstərmiş, MKİ da bu fürsəti qaçırmamışdı. Buna görə də, Federal Təhlükəsizlik Xidmətinə də qarşı edilən hücum da İngiltərənin üstünə atılacaqdı. Hətta Le Mejurierin intiqamı kimi göstəriləcəkdi. Liva Fursan təşkilatı vəzifəsini uğurla tamamlasa da, plan uğursuz oldu. Çünki Kreml İngiltərəni günahlandırmadı.

Liva Fursan təşkilatı müasir İŞİD kimidir. Bir Liva Fursan terrorçusu 10 min avroluq italyan kostyumu geyinirmiş. Bu təşkilat Fransa, İngiltərə və Türkiyədə də sui-qəsdlər həyata keçirə bilər. Çünki Rusiyadakı əməliyyat olduqca uğurlu idi.

Hücumda əvvəlcə Putinə yaxın olan bir zabit öldürüləcəkdi. Lakin bir gün əvvəldən sui-qəsdçiyə təkcə binaya hücum etməsinin kifayət olacağı bildirilib.

Liva Fursan Ağ Dəbilqəlilərlə Suriyada çox önəmli əməliyyatlar keçirib. Liva Fursanla Ağ Dəbilqəlilərin keçən ildən münasibətləri bitib. Lakin keçmişdə ciddi əməliyyat keçirənlərdən Moskvadakı hücumlarda da istifadə etmək olardı. Belə də oldu. Lakin həm Rusiya, həm də İngiltərə bu hadisənin Amerikanın işi olduğunu gizli şəkildə bir-birlərinə izah ediblər.

MKİ əvvəllər bir sui-qəsdi təşkil etdikdə media ilə nəticə alardı. Lakin indi bu, əvvəlki qədər effektiv olmur. ABŞ-la İngiltərə arasındakı ortaqlıq bitdikdə bu durum mediada da öz əksini tapıb. MKİ-nin, yəni ABŞ-ın nəzarət etdiyi media məhdudlaşdırılıb. Hələ də güclü olsalar belə, artıq əvvəlki kimi deyillər. Media Liva Fursan adını gizlətsə də, biz çox yaxında o adı eşidə bilərik.

Rusiyadakı hücum, yəni FTX-nın içinə qədər girmələri gələcəkdəki hadisələrdən xəbər verir. Rusiyanın kəşfiyyat mərkəzinə silahlı hücum etmələri və FTX işçilərini öldürmələri heç də sıradan bir hadisə deyil.

Le Mejurierin evinin qarşısında 10 kamera olduğu halda sui-qəsd edə bilənlər indi də Rusiyaya soxulurlar. Çünki ABŞ İngiltərənin Rusiya və Türkiyə ilə yaxınlaşmasını istəmir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar