Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çində Quran və İncilin mətnlərini dəyişmək istəyirlər

Çinin Si Cinpin hökuməti Quranı, İncili və Buddist Sutrasını Çin Kommunist Partiyasının ideologiyası əsasında yenidən yazmaq istəyir...

Bu ilin noyabrında Çin Kommunist Partiyasının funksioneri və Baş nazirin müavini Vanq Yanq ölkənin ən əhəmiyyətli inanc qruplarının təmsilçilərinin dəvət olunduğu simpozium keçirib. Baş nazirin müavini ölkədəki dinlərin Çin mədəniyyəti və Kommunist Partiyasının derektivləri ilə uyğun şəkildə şərh edilməsinin vacibliyini vurğulayıb.

Çinin dövlət agentliyi “Xinhua”nın konfrans haqqında yayımladığı reportajda “Lazım gəldikdə uyğunsuz olan dini mətnlərin məzmunlarına dəyişiklik edilməli və mətnlər yenidən yazılmalıdır”, - ifadəsi diqqət çəkib.

Fransanın “Le Fiqaro” qəzeti xəbər verir ki, fərqli din təmsilçilərinin bir araya gəldiyi toplantı Kommunist Partiyasının Siyasi Bürosunun toplantısında qəbul edilən qərarın icrası məqsədilə keçirilib.

Çin Kommunist Partiyası xarici ölkələrin təsirindən qorunmaq üçün müstəqil Maoist ideologiyasına bağlı yaşam modelini hədəf seçib. Bu səbəbdən də xarici ölkələrin müdaxiləsinə əsas yarada biləcək dinləri “çinliləşdirmək” istəyirlər.

Çinin Sosial Elmlər Akademiyasının araşdırmaçısı Ren Yanlı hesab edir ki, Çin hökuməti ölkədə dinləri daha sərt formada nəzarətə götürəcək. Onun fikrincə, bu, İncil və Qurandakı mətnlərə ilk dəfə müdaxilə cəhdi ola bilər.

Xatırladaq ki, Si Cinpin 2013-cü ildə hakimiyyətə gəldikdən sonra “yurdsevərlik” mesajını qabardıb və beləcə, Çin mədəniyyətinə aid olmayan bütün inancların zəiflədilməsinə əsas yaranıb.

Mütəxəssislərə görə, Mao Zedongdən sonra ən qatı çinli lider Si Cinpin digər dinlərlə bağlı olan Çin vətəndaşlarını ölkəyə xəyanət edə biləcək potensial daxili düşmən kimi görür.

Onu da qeyd edək ki, Quran və İncilə yersiz müdaxilələr dünyada böyük narazılıqlara səbəb ola bilər.(reytinq.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar