Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Avropada villalar, göydələnlər…

Qırğızıstandan qanunsuz yollarla çıxarılan 1 milyard dollar nələrə xərclənib?..

Currenttime.tv,

(Praqa)

Qırğızıstandan qanunsuz yollarla çıxarılan yüz milyonlarla dollar və bu pulların aqibətindən bəhs edən jurnalist araşdırmasının növbəti hissəsi dərc olunub. Araşdırma “Azadlıq” radiosunun Qırğızıstan xidməti, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Mərkəzi (OCCRP) və Kloop.kg saytı ilə birgə aparılıb. Bu dəfə jurnalistlər adı araşdırmanın digər hissələrində də keçən iş adamı Habibula Abdukadiri diqqət mərkəzinə gətiriblər.

Habibula Abdukadir bu il noyabrın 10-da İstanbulda qətlə yetirilən çinli biznesmen Ayerken Saymaitinin ifşa etdiyi zəngin iş adamıdır. Ölümündən əvvəl Saymaiti jurnalistlərə etiraf etmişdi ki, 5 il ərzində Qırğızıstandan yüz milyonlarla dollar çıxarıb. Əsasən pulların leqallaşdırılması və dövriyyəsi ilə məşğul olub. Üstəlik müxtəlif banklardan yüz milyonlarla dollar onun “Abdıraz” şirkəti vasitəsilə dövr edib.

Saymaitinin köçürdüyü pulların çoxu adı bölgədə çox da tanınmayan bir adama gedib çıxıb. Bu, Çində doğulan etnik uyğur, zəngin ailədən olan Habibulla Abdukadirdir. Onun bu işə aidiyyəti Saymaitinin təqdim etdiyi sənədlər və digər materiallarla da təsdiqlənib.

Habibula Abdukadir (sağdan birinci)

Abdukadirin ailəsi milyonlarla dollar dəyərində malın daşınması üçün sistem yaradıb. Bu sistemlə Çindən Qırğızıstana, oradan Orta Asiyanın digər ölkələrinə və Rusiyaya yüzlərlə ton yük daşınıb.

Jurnalistlər üzə çıxarıb ki, Abdukadirin ehtimal olunan havadarlardan biri Qırğızıstan Gömrük İdarəsinin keçmiş rəhbəri Raim Matriamovdur.

Məlum olur ki, Həbibula Abdukadir Saymaitidən aldığı pullarla AvropaABŞ-dakı daşınmaz əmlaka on milyonlarla dollar sərmayə qoyub.

Araşdırmanın əvvəlki hissələrində Saymaitinin Abdukadir ailəsinə necə gizli pul göndərməsindən, qanunsuz gömrük sxemlərindən və Qırğızıstandan “çirkli pullar”ın necə çıxarılmasından bəhs olunurdu. Bu materialların dərсindən sonra Bişkekdə korrupsiya əleyhinə etirazlar başladı.

Araşdırmanın bu hissəsi Saymaitinin öldürülməmişdən əvvəl jurnalistlərə verdiyi maliyyə sənədlərinə və müsahibələrə əsaslanır. Torpaq reyestrləri və korporativ məlumatlardan məlum olur ki, Abdukadir ailəsi son 8 ildə Almaniyada, Britaniyada, ABŞ-da və BƏƏ-də ən az 20 obyekt satın alıb. Söhbət, Dubaydakı inkişaf layihələrindən, Virciniya və Kaliforniyadakı evlərdən, habelə Londondakı lüks rezidensiyalardan gedir. Ailə Britaniyanın paytaxtında “Kumbi Park” ərazisindən 6 milyon dollara mülk alıb.

Abdukadirin Londondakı mülklərindən biri

Almaniyada Abdukadir ailəsinin Augsburgun mərkəzində bir tikinti obyekti var. Yerli sakinlər tikinti işlərindən narazıdırlar. Bina demək olar ki, atılıb, layihənin təhvil verilməsi üçün nəzərdə tutulan müddət başa çatıb.

Araşdırmaçıların fikrincə, Abdukadir ailəsi bu ölkələrdə daşınmaz əmlaka ən azı 65 milyon dollar xərcləyib. Lakin bu da yekun rəqəm hesab edilə bilməz. Bura tikinti layihələrinin dəyəri daxil deyil. Bu isə əlavə on milyonlarla dollar deməkdir. Bundan əlavə, daşınmaz əmlak haqqında məlumatlar bütün ölkələrdə açıq deyil.

Ölümündən əvvəl Ayerken Saymaiti jurnalistlərə maraqlı sənəd təqdim edib. Məlum olub ki, Saymaitiyə məxsus “Abdıraz” şirkəti Abdukadirin Almaniyadakı şirkətlərindən birinə saxta müqavilə ilə 30 milyon dollar borc verib. Sənəd Abdukadirin alman banklarıdakı hesablarında on milyonlarla dolların mənşəyini göstərmək üçün istifadə edilib.

Həm Həbibula Abdukadir, həm də onun tərəfdaşları jurnalistlərin çoxsaylı müraciətlərini cavabsız qoyub. Araşdırmanın birinci hissəsi dərc olunandan sonra Qırğızıstan maliyyə polisi iş adamının ölkə banklarından bir milyard dollara yaxın pul çıxardığını bəyan edib.

Habibula Abdukadir ictimai fiqur omasa da, Qırğızıstan siyasi elitası ilə olduqca sıx əlaqələri var. Jurnalistlər 2017-ci ilin noyabrında Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun andiçmə mərasimindən çəkilən videoda Abdukadiri də görüblər. Həmin videoda H.Abdukadir prezidentin qardaşı, Qırğızıstanın Ukraynadakı səfiri Yusupbek Şaripovun yanında, ikinci sırada oturub.

Ölümündən bir müddət əvvəl 37 yaşlı Çin vətəndaşı Saymaiti qanunsuz gömrük planında Qırğızıstan gömrük rəhbərinin keçmiş müavini Raimbek Matraimovun Abdukadirlə birgə yer aldığını demişdi.

O da məlum olub ki, Raim Matraimovun həyat yoldaşı Uulkan Turqunova ilə Həbibulla Abdukadirə məxsus şirkətin Dubayda ortaq biznesi var. Keçmiş gömrük məmurunun həyat yoldaşı Dubayda torpaq sahələri alıb ki, onlardan da birində beşmərtəbəli bina tikilir.

Layihənin sərmayədarları Matraimovun xanımı və Abdukadirin şirkətidir. Dubayda Uulkan Turqunovanın adına üç daşınmaz əmlak rəsmiləşdirilib: iki torpaq sahəsi və bir mənzil. Bu torpaq sahələri Dubayda “Jumeirah Village Circle”də, mənzil isə “Jumeirah Beach Residence”də yerləşir.

2015-2017-ci illərdə Uulkan Turqunova təxminən 10 milyon dollara iki torpaq sahəsi alıb. Dubayın nüfuzlu bir bölgəsindən aldığı mənzilin dəyəri isə ən azı 2,5 milyon dollardır.

Matraimov qanunu pozduğuna dair bütün iddiaları rədd edib və Dubay layihəsinə münasibət bildirməyib. O və ailəsi “Azadlıq” radiosunun Qırğızıstan xidmətini, eləcə də “Kloop”u məhkəməyə verib.(Tərcümə Strateq.az-ındır)

pia.az


Etiket: Qırğızıstan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar