Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bütün növ tikinti obyektlərinə icazə bu şəkildə veriləcək   

2020-ci ildə "Bir pəncərə" portalı vasitəsi ilə bütün növ obyektlərin tikintisinə də icazələrin alınması mümkün olacaq...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "Yeni Sabah"a daxil olan məlumata görə, hazırda bu istiqamətdə müvafiq yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlıq təşkil edilir və lazımi hazırlıq tədbirləri görülür.

"Bir pəncərə" elektron müraciət sistemi "Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin 28 dekabr 2018-ci il tarixli 460 nömrəli Fərmanına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura KomitəsiPrezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə hazırlanıb.

Hazırda məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, şəffaflığın və istifadədə rahatlığın təmin edilməsinə hədəflənən “Bir pəncərə” elektron sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu məqsədlə Komitə tərəfindən elektron portala yeni xidmət növləri əlavə edilməkdədir.

Sistem vasitəsilə Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının tikintisinə icazəni 15 iş günü müddətində, istismarına icazəni isə 10 gün müddətində əldə etmək mümkündür. Bu növ tikinti obyektləri üçün hər iki icazə pulsuzdur və sifarişçi tərəfindən hər hansı ödənişin edilməsi tələb olunmur.

Cari ilin fevral ayında istifadəyə verilmiş sistem ilkin mərhələdə yalnız Bakı şəhəri üzrə fəaliyyət göstərsə də, bu gün artıq portalın ölkə üzrə əhatə dairəsi genişləndirilir. Ötən aylar ərzində sistem pilot layihə olaraq Lənkəran iqtisadi rayonu (Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad) üzrə test rejimində uğurla sınaqdan keçirilərək istifadəyə verilib. Ardınca mərhələli şəkildə portala digər rayonlar da inteqrasiya edilərək, onların ümumi sayı 56-ya çatdırılıb.

pia.az


Etiket: Bir pəncərə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar