Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda qızılcaya yoluxmanı dayandıra bilmişik” – Baş pediatr

“Azərbaycanda peyvəndləmə yüksək səviyyəddədir”...

Bunu baş pediatr, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bildirib. Onun sözlərinə görə, istər Amerika, istərsə də Avropanın ən inkişaf etmiş ölkələrində peyvəndləmənin vaxtında yüksək səviyyədə, yüksək faizlə aparılmaması ilə bağlı çox ciddi problemlər yaşanır:

“Amma Azərbaycanda belə problem yoxdur. Ötən ilin sonlarından başlayaraq Azərbaycanda qızılca xəstəliyi müşahidə olundu. Xəstəlik ya bir dəfə peyvənd olunan, ya da ümumiyyətlə peyvənd olunmayan 20-40 yaşlarında insanlarda daha çox qeydə alındı. Çünki hələ müstəqillik illərindən əvvəl qızılcaya qarşı cəmi 1 dəfə peyvənd olunurdu. Səhiyyə Nazirliyi tərəfindən 2019-cu ilin mart ayından etibarən 20-40 yaşında olan hər kəsin qızılcaya qarşı peyvənd olunması haqqında qərar qəbul olundu, milli kampaniya keçirildi. Hazırda da həmin yaş qrupunda olan şəxslərdə peyvəndlər dövlət vəsaiti hesabına pulsuz yerinə yetirilir. Bu ilin iyul ayından xəstəliyə yoluxmanı dayandıra bilmişik”.

Baş pediatr qeyd edib ki, hazırda Azərbaycanda qızılca yox dərəcəsindədir: “Amma buna baxmayaraq, Avropanın bir çox ölkələrində, hətta Amerikanın Nyu-York şəhərində belə qızılcaya tutulanlar var. Bizdə bu xəstəliklərin olmamasının əsas səbəbi ölkədə peyvəndlə əhatənin çox yüksək faizdə olmasıdır. Yəni, 95-97 faiz halda uşaqlar peyvəndə cəlb olunurlar. Biz ilk növbədə valideynlərə təşəkkür edirik ki, onlar peyvəndin dəyərini bilirlər, ona görə də tibb işçilərinin uşaqları peyvəndə cəlb etməsinə mane olmurlar. Azərbaycan dövlətinin, səhiyyəsinin apardığı tədbirlər də öz effektini verir. Çünki 11 yoluxu xəstəliyə qarşı bütün peyvəndlər dövlət tərəfindən maliyyələşdirilir və uşaqlara pulsuz şəkildə tətbiq edilir”. (apa)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar