Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ” UEFA reytinqində “100-lüy”ə düşüb

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb...

Qurumun rəsmi saytı xəbər verir ki, 1955-2019-ci illərdə Çempionlar Liqasında əldə olunan nəticələrə əsasən hazırlanan siyahıya İspaniyanın “Real Madrid” komandası başçılıq edir. 50 dəfə beynəlxalq arenada qüvvəsini sınayan, 13 titulu olan paytaxt təmsilçisi indiyə qədər keçirdiyi 437 oyundan 262-də qalib gəldiyi halda, 76 dəfə heç-heçə edib və 99 oyundan məğlub ayrılıb.

Qələbənin 2, bərabərliyin isə 1 xalla qiymətləndirildiyi reytinqdə liderin 600 xalı var.

Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” “100-lüy”ə düşüb. Ağdam komandası 41 xalla 84-cü sıradadır. “Neftçi” 15 xalla 168-ci yerdədir. “Bakı” 6 xalla 268-ci, “Keşlə” 5 xalla 293-cü, “Şəmkir” və “Kəpəz” 2 xalla 396-397-ci, “Xəzər Lənkəran” isə 1 xalla 424-cü pillədədir.

Qeyd edək ki, “Qarabağ” cari avrokubok mövsümünə ÇL-də başlasa da, III təsnifat mərhələsində mübarizəni dayandırıb və daha sonra Avropa Liqasında qrupa düşüb. (Report)

pia.az


Etiket: Qarabağ UEFA

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar