Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda varlı təbəqə ilə kasıb təbəqə arasında faiz nisbəti hansı səviyyədədir?

İşsizlər və evdar xanımlar da daxil olmaqla təqribən əhalinin neçə faizi ildə 10-15 min manatdan artıq və neçə faizi təqribən 2-3 min manatdan az qazanc əldə edir?..

İqtisadçı-ekspert: “Dövlət qurumlarının istifadə etdikləri göstəricilər insanların həyat şəraitindəki reallığı əks etdirmir”.

“Ölkədə sərvətinin dəyəri milyardlarla ölçülən əhali təbəqəsi ilə gündəlik çörək pulu üçün çalışan əhalinin böyük əksəriyyətinin cüzi qazancı gəlir bölgüsünün nə dərəcədə ədalətsiz olduğunu gözlər önünə sərməkdədir”.

Bu sözləri iqtisadçı Vüsalə Əhmədova əhalinin nominal gəlirlərini PİA.az-a şərh edərkən qeyd edib.

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,4 faiz artaraq 50 milyard 845,1 milyon manat təşkil edib. 11 ay ərzində əhalinin hər bir nəfərinə orta hesabla 5135,2 manatlıq gəlir düşüb.

Azərbaycanda varlı təbəqə ilə kasıb təbəqə arasında faiz nisbəti təqribən hansı səviyyədədir və bu qazancın paylaşılmasını nə qədər ədalətli hesab etmək olar? Həmçinin təqribi hesablamalarla işsizlər və evdar xanımlar da daxil olmaqla təqribən əhalinin neçə faizi 10-15 min manatdan artıq və neçə faizi təqribən 2-3 min manatdan az qazanc əldə edir?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Ölkədə ərzaq və xidmətlərin qiymətlərindəki artım minimim əmək haqqı miqdarındakı artımdan daha sürətli gedir”.

Orta aylıq əmək haqqının hesablanmasında işsiz əhalinin sayının doğru nəzərə alınmadığı üçün nəticələr də reallığı əks etdirmədiyini vurğulayan iqtisadçı PİA.az-a açıqlamasında əlavə edib ki, beləcə, rəsmi statistik göstəricilərlə əhalinin sosial-iqtisadi qeyri-bərabərliyini müəyyən etmək mümkünsüzləşir:

“Ümumiyyətlə dövlət qurumlarının istifadə etdikləri göstəricilər insanların həyat şəraitindəki reallığı əks etdirmir. Bu ilin yanvar-sentyabr ayları üzrə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 583,7 manat təşkil edib. Orta aylıq əmək haqqında artımla yanaşı ərzaq və digər malların da qiymətlərində kəskin bahalaşma baş verdiyi məlumdur. 2010-cu ildən indiyədək orta aylıq nominal əmək haqqında 58,7% artım olsa da əhalinin ərzaq və digər mallar üzrə xərcləri də son 3 ildə 50,5% artıb. Göründüyü kimi, ölkədə ərzaq və xidmətlərin qiymətlərindəki artım minimim əmək haqqı miqdarındakı artımdan daha sürətli gedir.

Dövlət Statistika Komitəsinin hesabatlarında 2018-ci il üzrə ölkədə iqtisadi fəal əhali sayı 5.133.100 nəfər, məşğul əhali sayı 4.879.300 nəfər, işsiz əhali sayı isə 253.800 nəfər olaraq göstərilib. Qeyri rəsmi mənbələrdə isə iqtisadi fəal əhalidən yalnız 1.526.400 nəfərin çalışdığı, 3.606.700 nəfərin isə işsiz olduğu görünür. Orta aylıq əmək haqqının hesablanmasında işsiz əhali sayı doğru nəzərə alınmadığı üçün nəticələr də reallığı əks etdirmir. Beləcə, rəsmi statistik göstəricilərlə əhalinin sosial-iqtisadi qeyri-bərabərliyini müəyyən etmək mümkünsüzləşir.

Ölkədə sərvətinin dəyəri milyardlarla ölçülən əhali təbəqəsi ilə gündəlik çörək pulu üçün çalışan əhalinin böyük əksəriyyətinin cüzi qazancı gəlir bölgüsünün nə dərəcədə ədalətsiz olduğunu gözlər önünə sərməkdədir. Hələ korrupsiya yolu ilə qazanılmış sərvətlərdən bəhs etmirəm və bu qeyri-qanuni yollarla əldə edilmiş sərvətlər heç vergiyə də cəlb edilmir.

Təəssüflər olsun ki, ölkəmizdə gəlir və əmlak bəyannaməsi hələ də tətbiq edilməməkdədir. O zaman, əhalinin üst təbəqəsi ilə yoxsulluq həddində yaşayan 50% əhali kəsiminin payına düşən sərvətləri müqaisə etməmiz mümkün olardı. Ölkədə orta təbəqənin formalaşması gəlir və əmlak bölgüsündə ədalətin təmin edilməsindən asılıdır.

Vüsalə Əhmədova: “Gəlir bölgüsünün hesablanmasında həqiqəti əks etdirəcək metodlardan istifadə olunmalıdır”.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamlarına əsasən, sentyabrın 1-dən minimum əmək haqqı 180 manatdan 250 manata çatdırıldı, həmçinin dövlət sektorunda çalışanların əmək haqqlarında 20-50% artım oldu. Artımların 1 milyon 350 min nəfərə şamil olunduğu deyilir. Bilirik ki, ölkəmizdə ən yüksək məvacib verilən sahələr neft-qaz-mədən sektorudur. Bu sektorda çalışanların əmək haqqları 1500 ilə 4500 manat arasında dəyişir. İkinci yerdə bank, maliyyə, sığorta fəaliyyət ilə bağlı sahələr gəlir. Bu sahələr üzrə çalışanların maaşları 1400-1600 manat arasıdır. Ancaq ölkə əhalisinin əksəriyyətinin maaşları 200-300 manat təşkil etməkdədir. Səhiyyə, kənd təsərrüfatı, peşə, elmi-texniki, sosial sahələr üzrə dövlət sektorunda maaşlar 400-500 manatdır. Əmək haqqları arasında kəskin uçurum olduğu aydın görünməkdədir. Məsələn, bank sektorunda çalışan rəhbər işçilərin aylıq məvaciblərinin 20-50 min manat arasında dəyişdiyi deyilir. Bu səbəbdən də, gəlir bölgüsünün hesablanmasında həqiqəti əks etdirəcək metodlardan istifadə olunmalıdır.

Gəlir bölgüsünün doğru müəyyən edilməsində tətbiq olunan yanaşmalardan biri, cəmiyyətdəki ən yüksək gəlirə və ən aşağı gəlirə malik qrupların toplam gəlirdən aldıqları payların müqaisəsi metodudur. Bu metodda əhalinin yüksək gəlirli kəsimi ilə yoxsul təbəqəsinin gəlirlərinin faiz nisbəti hesablanaraq, zəngin təbəqənin toplam gəlirdən aldığı payın yoxsul kəsimin toplam gəlirdən aldığı paydan neçə dəfə yüksək olduğu müəyyən edilir. Gəlir bölgüsündəki bərabərsizliyi ölçən bir digər göstərici “Gini” əmsalıdır. Əmsal 0 ilə 1 arasında dəişməkdə, gəlir bölgüsündə tam ədalət təmin edildiyi hallarda əmsal 0, tam ədalətsizlik vəziyyətində isə 1-ə bərabər olur. Gini əmsalının 1-ə yaxınlaşdığı bütün nəticələr gəlir bölgüsündəki qeyri-bərabərliyi göstərir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar