Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmə Robert Koçaryanı həbsdə saxlayıb

Ermənistanın Apelyasiya məhkəməsi sabiq prezident Robert Koçaryanı girov müqabilində azadlığa buraxmaqdan imtina edib...

APA-nın aysor.am saytına istinadən verdiyi xəbərə görə, hakim Lusine Abqaryan bildirib ki, R. Koçaryanın vəkillərinin apelyasiya şikayəti təmin edilməyib, qərardan şikayət verilə bilər.

Qeyd edək ki, R. Koçaryanın vəkilləri İrəvan birinci instansiya məhkəməsinin sabiq prezidenti girov müqabilində azadlığa buraxmaqdan imtina etməsi ilə bağlı qərarından apelyasiya şikayəti veriblər.

Xatırladaq ki, 2018-ci il iyulun 26-da Ermənistan İstintaq Xidməti 2008-ci il martın 1-də keçirilmiş aksiyanın dağıdılması ilə əlaqədar başladılmış cinayət işi çərçivəsində R. Koçaryana qarşı konstitusiya quruluşunun pozulmasına dair ittiham irəli sürüb. Bir gün sonra keçmiş prezident həbs olunub. Bu ilin mayında R. Koçaryan Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin zaminliyi ilə azadlığa buraxılıb. Bundan sonra Ermənistanın Apelyasiya Məhkəməsi keçmiş prezident R. Koçaryanın həbsi ilə bağlı qərar qəbul edib. O həmçinin böyük məbləğdə rüşvət almaqda ittiham edilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar