Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bu həbslərin ardı olacaq" - Aslan İsmayılov

Hüquqşünas Aslan İsmayılov rüşvət alan icra başçılarının həbsinə münasibət bildirib...

“Hakimiyyətin son bir ili atdığı müsbət addımları dəstəklədiyimə görə məni topa tutanlara bir daha deyirəm ki, ölkədə olan qanunsuzluqları çoxlarından yaxşı bilirəm və uzun illərdir bu barədə yeri gəlsə hamıdan çox yazıram”.

PİA.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov rüşvət alan icra başçılarının həbsinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, uzun illərdir oturuşmuş sistemi qısa zamanda dəyişmək mümkün deyil, buna vaxt və ilk növbədə ictimai dəstək lazımdır.

“Bilmək lazımdır ki, bu gün vəzifədən kənarlaşdırılanlar 10 illər ərzində özləri, qohum-əqrəbaları külli miqdarda pul toplayıb real gücə çevriliblər. Əminəm ki, bunlar bu dəqiqə başlanmış dəyişiklikləri dayandırmaq üçün bütün yollara əl atacaqlar, narazı insanları öz məqsədləri naminə istifadə edib, ətraflarında birləşdirib bu prosesin dayandırılması üçün ölkədə qarşıdurma yaratmağa çalışacaqlar. Ona görə də bu gün keçmişdə olanları kənara qoyub hakimiyyətin atdığı istənilən müsbət addımları dəstəkləməklə baş verən proseslərin daha da dərinləşməsinə və sürətlənməsinə nail ola bilərik.

2005-ci ildə olduğu kimi bu gün hakimiyyətdən uzaqlaşdırılmış, həbs olunmuşları müdafiə etmək, onlardan siyasi məhbus düzəltmək baş verən proseslərin dayandırılmasına xidmət etməkdir.

Dəfələrlə təkrarladığım Rusiya islahatçısı Stolıpinin bolşeviklərə ünvanlanmış sözlərini bir daha təkrar edirəm. O vaxt başladılan proseslərin həyata keçirilməsinə mane olmaq istəyən, nəyin bahasına olursa olsun ölkədə hərc-mərclik yaratmaq istəyən bolşeviklərə "Sizə böyük təlatümlər, mənə isə böyük Rusiya lazımdır!" demişdi. İndi məni topa tutanlara deyirəm, Sizə böyük təlatümlər, mənə isə güclü, inkişaf etmiş Azərbaycan lazımdır.

Əminəm ki, ictimai dəstək olsa bu həbslərin ardı olacaq”. (Yenisabah.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar