Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda kollec şagirdləri inkubator aparatı hazırlayıb - Video

Azərbaycan-Britaniya Kollecində ənənəvi bilik sərgisi keçirilib...

PİA.az xəbər verir ki, sistem mövzusuna həsr olunan builki tədbirdə beynəlxalq və özəl məktəblərin şagirdləri olan gənc ixtiraçılar iştirak ediblər.

Şagirdlər dərslərdə öyrəndikləri nəzəri bilikləri sərgidə praktiki olaraq həyata keçirmək imkanı qazanıblar və öz bacarıqlarını göstəriblər.

Sinif yoldaşı Cəmil Şabanovla birlikdə yeni kəşflərini nümayiş etdirən Cəmil Vəliyev iştirakçılara inkubator aparatını (cücə çıxaran aparat) təqdim edib.

C.Vəliyev deyib ki, aparatın içərisinə çox sayda yumurta düzərək 24 gündən sonra cücə əldə ediblər. O bildirib ki, cücələri sağlam şəkildə yetişdirmək üçün aparatın istilik dərəcəsini normaya uyğun olaraq quraşdırıblar. Cücə çıxarmaq üçün aparatın temperaturu 38 dərəcə, nəmliyi isə 60-70 faiz olmalıdır.

Sərgidə cücələrin yumurtadan çıxana qədər olan dövrü özündə əks etdirən görüntülər də yayımlanıb. Eyni zamanda cücənin necə formalaşmasını göstərən məlumat lövhəsi də sərgi iştirakçılarının diqqətinə çatdırılıb.

Qeyd edək ki, Azərbaycan-Britaniya Kollecinin şagirdləri Kembric imtahanına hazırlaşırlar. Bundan əlavə, şagirdlərin beynəlxalq yarışmalara getmək imkanları da var. Ona görə bu yarışmada qalib olan şagirdlər həm məktəbi, həm də ümumilikdə Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcəklər.


Etiket: Bilik sərgisi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar