Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlin 10 saxta xəbəri

Margot Buff bu ilin 10 saxta xəbərinin icmalını hazırlayıb...

İlk yerdə ən yuxarı eşelonlarının ortaya atdığı, Ukraynanın seçkiyə “müdaxiləsi” nəzəriyyəsidir. ABŞ Prezidenti Donald Tramp bu il dəfələrlə deyib ki, Ukrayna 2016-cı ildə ABŞ seçkisinə təsir göstərmək məqsədilə kiberhücumlarda iştirak edib, Demokrat Partiyasına məxsus siyasi baxımdan həssas server ələ keçirib. Görəsən, Tramp və ətrafı bu versiyanı niyə tirajlayıb? Bir sıra kəşfiyyat məmurlarının fikrincə, bu versiya Moskvadan gəlir.

Milli Təhlükəsizlik Şurasının keçmiş üzvü, Rusiya üzrə mütəxəssis Fiona Hill Konqres dinləməsində deyirdi ki, bu “uydurma versiyanı Rusiya təhlükəsizlik xidmətləri hazırlayaraq yayıb”.

Sonradan versiyanın uydurma olması bir sıra mənbələrdən təsdiqlənib. Qeyd edək ki, ABŞ kəşfiyyat cameəsi Rusiyanın 2016-cı ildə ABŞ-da seçkiyə təsir göstərdiyi qənaətinə gəlib, ancaq Trampın seçki kampaniyasının Rusiyayla bu yöndə əlbirliyini əsaslandıra bilməyib.

Saxta hərbi bloq

İkinci yerdə saxta amerikan hərbi bloqu gəlir. Bloqda amerikalı hərbi komandir ABŞ-ın təlim keçdiyi ukraynalı əsgərləri “aşağı intellektli tənbəllər” adlandırır.

Ancaq əslində, bu bloqun bir trolun işi olduğu üzə çıxır. Ukrayna ordusunun PR təmsilçisi Boqdan Senik saxta bloqu “təxribat” adıandırır.

Bu il 16 yaşlı isveçli iqlim fəalı Qreta Tunberg ətraf mühitlə bağlı hərəkatı canlandırdı. “Time” dərgisi onu “İlin adamı” elan etdi. Fəal bir sıra başqa mükafatlara da layiq görülüb. Amma eyni zamanda internetdə nifrət, saxta iddialarla da üzləşib. Nəzəriyyələrdən birinə görə, Tunberg “böhran aktyoru” Estella Reneenin oynadığı bədii obrazdır. Snopes faktaraşdırıcı vebsaytı isə bunun belə olmadığını ortaya qoydu.

Tunbergi PR şirkətinin, yaxud İsveç hökumətinin oyuncağı adlandıranlar da oldu.

NATO, hərbi cinayətlərlə bağlı iddialar

Rusiyayla Serbiya sentyabrda xərçəng tədqiqatları və müalicəsində əməkdaşlıqla bağlı saziş imzaladı. Ancaq Serbiyanın bir sıra tabloydları belə bir xəbər yaydılar ki, iki ölkə həm də NATO-nun 1999-cu ildə keçmiş Yuqoslaviyanı bombalamasının sağlamlığa təsirini də araşdırır.

Serbiyanın bəzi siyasətçiləri və fəalları bombalamanın uzunmüddətli təsirinin araşdırılmasına çağırır. Amma indiyədək elə bir araşdırma təqdim olunmayıb. AzadAvropa/AzadlıqRadiosu-nun Balkan xidmətinin əldə etdiyi Rusiya-Serbiya razılaşmasında isə NATO-nun 1999-cu il hərbi kampaniyası, onun sağlamlığa təsirinin araşdırılması haqda bir söz deyilmir.

ABŞ Nümayəndələr Palatasının Spikeri Nenci Pelosinin mayda yayıldığı videosunda sanki dilinin topuq vurduğu görünürdü. Əcəba, zəhərlənmişdimi, müalicəmi alırdı, özünü yaxşı hiss etmirdimi? Bunlardan heç birinin belə olmadığı üzə çıxdı. Sən demə, videonun sürətini azaldıb, Pelosinin səsini, hərəkətlərini təhrif ediblərmiş.

Mayda yayılan daha bir saxta xəbər Serbiyada hərbi cinayətlərlə bağlı olub. Kosovo parlamentində həmin cinayətlər üzrə səsvermə qabağı bir deputat reportyorlara göstərdiyi fotoda Serbiya əsgərlərinin albaniyalı qadını zorladığını iddia edib. Di gəl, araşdırmalar həmin fotonun bir porno filmdən kadr olduğunu üzə çıxarıb. Bu insident Kosovonu silkələyib. Bəziləri ehtiyatlanıblar ki, bu məsələ 1998-99-cu illər müharibəsi zamanı cinsi təcavüz ittihamlarına zərbə vura bilər. Müharibə vaxtı 20 min qadın və kişinin Serbiya qüvvələri tərəfindən zorlamaya məruz qaldığı bildirilir. ​

Rusiya mediasının yaydığı xəbərlər

Rusiyanın RIA Novosti agentliyinin yaydığı xəbərə görə, Prezident Vladimir Putin elit hərbi məktəbdə kursantların hazırladığı “Rusiya hərbi robotları”nı izləyib. Videoda prezident hətta bir kursantı “ixtirası”na heyran olduğunu deyib.

Amma Znak müstəqil xəbər saytı robotların Rusiyada tələbələr tərəfindən ixtira olunmadığını müəyyənləşdirib. Rusiya sosial media istifadəçiləri bu modellərin Koreya istehsalı olduğunu, Amazonda onları sifariş etməyin mümkün olduğunu yazıb.

“Bütün dünyadan geylər Brüsselə canlı mal bazarına yığışıb – uşaq almağa. Pul varsa, uşaq da satılır”, – Rusiyanın NTV televiziyası belə bir xəbər yayıb.

Xəbərdə deyilirdi ki, sentyabrda Brüsseldə keçirilən konfransda uşaq almaq mümkün olub. Əslində isə, söhbət gey cütlükləri potensial surroqat analarla bir araya gətirən tədbirdən gedirdi. Surroqatlıq Rusiyada və bir sıra Avropa ölkələrində qanunidir.

Rusiyada LGBT azadlıqlarına daha bir hücumu Sankt Peterburqdakı Kanal 5 edib. Telekanal Estoniyanı “sosial və əxlaqi işğalın” qurbanı, Tallini isə “Skandinaviyanın gey paytaxtı” kimi qələmə verib. Televiziya iddia edib ki, “Estoniya paytaxtında gey təhsilinin yayılmasını önləmək daha mümkün deyil”. (azadliq.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Ən çox oxunanalar