Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İdxal rüsumları dəyişdi - Məhsulların maneəsiz ucuzlaşması mümkün olacaq?

Bəs kənd təsəttüfatı mallarının emalı üçün nəzərdə tutulan malların gömrük rüsumunun sıfırlanmaması hansı səbəbdəndir?..

İqtisadçı-ekspert: “Bu addımın atılması pozitiv haldır. Çünki yerli sərmaydarlar və yaxud da xarici sərmaydarlar belə bir qərarla qalıcı olsalar, gələcəkdə Azərbaycanda daha geniş istehsal sahələri açmaqla bağlı qərar verə bilərlər”.

“Kənd təsərrüfatı mallarının emalı üçün nəzərdə tutulan malların gömrük rüsumunun sıfırlanmamasının əsas səbəbi böyük istehsalçıları qorumaqdır. Yəni hökumətin məntiqi ilə daxili istehsalçıları, məsələn “Azərsun”, “Veysəloğlu” kimi böyük istehsalçıları qoruyur”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Nazirlər Kabinetinin ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilməsi barədə qərarını PİA.az-a şərh edərkən qeyd edib.

Nazirlər KabinetiAzərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar qəbul edib.

Nazirlər Kabinetinin Qərarı iki hissədən ibarətdir. Birinci hissəyə əsasən, daxili istehsalda istifadə olunan xammal və materialların idxal rüsumu 15%-dən 0%-ə endirilib.

Ölkədə fəaliyyət göstərən 500 müəssisənin istifadə etdiyi xammalın siyahısı təhlil edildikdən sonra Azərbaycanda istehsal olunmayan və yaxın gələcəkdə də istehsal olunacağı gözlənməyən xammalların siyahısı müəyyənləşdirilib. Müəyyən edilib ki, ölkəyə xammal olaraq əsasən metallurgiya, kimya, rezin plastmas və qida sənayesinə aid olan məhsullar idxal edilir.

Bundan əlavə, bu sadalanan xammalın istifadə olunduğu hazır məhsulların da ölkəyə idxalı getdikcə artmaqdadır. Odur ki, 1) idxalın əvəzlənməsi, 2) daxildə istehsalı dəstəkləmək, 3) ixracı stimullaşdırmaq, 4) istehsalı genişləndirmək, nəhayət, 5) yeni iş yerləri açılmasına şərait yaratmaq məqsədilə bu xammalların idxal rüsumu 0%-ə endirilib.

Qərarın 2-ci hissəsinə əsasən ölkədə istehsalına başlanılmış ferroərintilərin ixrac rüsumu 5%-dən 0%-ə endirilib. Məqsəd xarici bazarda onun rəqabətqabiliyyətliliyini artırmaq və ixracı stimullaşdırmaqdır. Qyd edək ki, indiyə qədər mövcud olan rüsum isə bu məhsula yerli istehsalçıların yüksək tələbatının olması səbəbindən tətbiq edilirdi.

Bəs bu addımdan sonra həmin məhsulların daxili bazarda maneəsiz ucuzlaşması mümkün olacaq? Həmçinin bilirik ki, ölkədə istehsal olunan qida məhsullarının qiymətlərinin aşağı düşməsi və rəqabətə davamlılığı üçün bu sahə üçün xaricdən gətirilən yarımfabrikatların gömrük rüsumunun aşağı salınması vacib məsələdir. Kənd təsəttüfatı mallarının emalı üçün nəzərdə tutulan malların gömrük rüsumunun sıfırlanmaması hansı səbəbdəndir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərliyə müraciət edib.

Natiq Cəfərli: “Kənd təsərrüfatı mallarının emalı üçün nəzərdə tutulan malların gömrük rüsumunun sıfırlanmamasının əsas səbəbi böyük istehsalçıları qorumaqdır”.

Ciddi sahələrdə istifadə olunan və xaricdən gətirilən komponentlərin daxili bazarda çəkisinin çox aşağı olduğunu vurğulayan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, buna görə də dövlətin dəstəyi ilə tikilən zavodlara, yeni istehsal sahələrinə müəyən dəstək kimi bu məsələyə yanaşmaq lazımdır:

“Əslində ilk növbədə xammal istifadə olunan istehsal sahələri nədən ibarət olduğuna baxmaq lazımdır. Bu rüsumlar avtomobil yığımından istifadə olunan materillara adiddir. Bildiyimiz kimi ölkədə velosiped zavodu dayanıb və həmin zavodun yenidən işə düşməsi üçün velosiped ehtiyyat hissələrinin ölkəyə gətirilməsinə qoyulan gömrük rüsumun azadılmasına qərar verilib.

Qeyd edim ki, ciddi sahələrdə istifadə olunan və xaricdən gətirilən komponentlərin daxili bazarda çəkisi çox aşağıdır. Buna görə də dövlətin dəstəyi ilə tikilən zavodlara, yeni istehsal sahələrinə müəyən dəstək kimi bu məsələyə yanaşmaq lazımdır. Amma təbii ki, bu addımın atılması pozitiv haldır. Çünki yerli sərmaydarlar və yaxud da xarici sərmaydarlar belə bir qərarla qalıcı olsalar, gələcəkdə Azərbaycanda daha geniş istehsal sahələri açmaqla bağlı qərar verə bilərlər. Yəni bununla bağlı yeni səymayə qoyuluşlarının şahidi ola bilərik.

Əsəs məsələlərdən biri odur ki, bu qərarlar qalıcı olsun. Nazirlər Kabineti çox tez-tez dəyişir. Sərmayədarlar, iqtisadi oyunçular da tez-tez dəyişən oyun qaydalarına öyrəşməkdə çətinlik çəkirlər. Buna görə də uzun zaman eyni oyun qaydalarının, eyni yanaşmanın çox vacib şərtlərdən biridir.

Natiq Cəfərli: “Xammallarla bağlı gömrük rüsumlarının azaldılmasına, ən azından sıfırlanmasa da, xeyli dərəcədə aşağı salınmasına ehtiyac var”.

Kənd təsərrüfatı mallarının emalı üçün nəzərdə tutulan malların gömrük rüsumunun sıfırlanmamasının əsas səbəbi böyük istehsalçıları qorumaqdır. Yəni hökumətin məntiqi ilə daxili istehsalçıları, məsələn “Azərsun”, “Veysəloğlu” kimi böyük istehsalçıları qoruyur. Əgər kənd təsərrüfatı mallarının gömrük rüsumu sıfırlansa, bu zaman həmin komponentlərin istifadə olunması ilə bağlı xaricdən gətirilən məhsullar daha ucuz və daha rəqabətli olacaq. Bu da daxili bazardakı oyunçulara mənfi təsir göstərəcək.

Əslində bu doğru yanaşma deyil və biz dəfələrlə bununla bağlı təkliflər də vermişik. Bu təkliflərdə bildirilir ki, qida sənayesinin elə sahələri var ki, orada xammalın xaricdən gətirilməsi qaçılmaz olur. Buna görə də xammallarla bağlı gömrük rüsumlarının azaldılmasına, ən azından sıfırlanmasa da, xeyli dərəcədə aşağı salınmasına ehtiyac var”.

Nərminə UMUDLU
pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar