Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ tarixinin impiçmentə məruzqalan 3-cü prezidenti :“Bu, Amerikaya hücumdur”

UNİAN, Ukrayna, 19 dekabr 2019-cu il...

 

ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın impiçmentinə səs verib. “Associated Press” və “Reuters” yazır ki, səsvermə Kiyev vaxtı ilə 19 dekabr gecəsi baş tutub.

Ukrayna hakimiyyətindən Co Bayden ailəsinin fəaliyyətinin təhqiqinin xahiş olunmasına görə “səlahiyyət həddinin aşılması” maddəsi üzrə impiçmentə 230 konqresmen səs verib, 197-ci isə əleyhinə olub. Üç adam (bir demokrat və iki respublikaçı) səsvermədə iştirak etməyib.

“Səlahiyyət həddinin aşılması” maddəsi üzrə Trampın impiçmentinə respublikaçılardan heç kim dəstək verməyib, Demokrat Partiyasının iki təmsilçisi prezidentin vəzifədən kənarlaşdırılmasının əleyhinə səs verib, biri isə bitərəf qalıb.

İstintaqla əməkdaşlıqdan imtina etməklə və bunu öz administrasiyasına qadağan etməklə Konqresin işinə mane olmaq maddəsinə görə də Tramp günahkar sayılıb (lehinə – 229, əleyhinə – 198). Bu dəfə impiçmentin əleyhinə üç demokrat səs verib.

Nümayəndələr Palatasında dinləmələrin başlamasından dərhal sonra Tramp “Twitter”də yazıb: “Bu, Amerikaya və Respublikaçılar Partiyasına hücumdur”.

ABŞ Nümayəndələr Palatası tərəfindən impiçmentin elan olunmasından sonra Donald Tramp dövləti idarə etməyə davam edəcək. İndi Nümayəndələr Palatasının qərarını çoxluğun respublikaçılarda olduğu Senat təsdiq etməlidir.

Gözlənilir ki, Senatda dinləmələr yanvarda başlayacaq.

Qərarın qəbul olunması üçün senatorların 2/3-nin (ən azı, 67-sinin) səsi lazımdır. Əgər Senatda lazım olan sayda səs yığılmazsa, Donald Tramp öz postunu qoruyub saxlayacaq. İmpiçmentin Senat tərəfindən dəstəkləndiyi halda isə, dövlət başçısı vitse-prezident Mayk Pens olacaq.

Donald Tramp, Amerika tarixində impiçmentə məruz qalan III prezident oldu. Nümayəndələr Palatası ondan öncə, 1868-ci ildə Endryu Ceksonu və 1998-ci ildə Bill Klintonu ittiham etmişdi. Ancaq Senat hər ikisinin bəraətinə və vəzifədən uzaqlaşdırılmasının əleyhinə səs vermişdi.

1974-cü ildə isə Riçard Nikson impiçment haqqında qərarı gözləmədən, istefa vermişdi.

UNİAN-ın məlumat verdiyi kimi, ABŞ-da öz siyasi rəqibi Co Baydenə zərər vermək məqsədilə Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiq etmə ittihamı ilə Trampın impiçmenti məsələsi üzrə təhqiqat aparılır.

Konqresdəki demokratlar bunu “səlahiyyətdən sui-istifadə” kimi qiymətləndirirlər. Tramp isə Zelenski ilə danışığının deşifrə olunmasını heç bir qanunu pozmadığının sübuti kimi arqumentləşdirərək, təhqiqatı “əcinnə ovu” hesab edir. Respublikaçılar ABŞ prezidentini dəstəkləyir.(Tərcümə Strateq.az)

pia.az


Etiket: Donald Tramp


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar