Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya seçkisinin qalibləri: Məğlub olan Korbin nədə ittiham olunur?..

Korbinin radikal proqramına baxmayaraq, onun işçi sinfi içindəki ziddiyəti aşıb neo-liberalizmə qarşı işçi sinfini birləşdirəcək bir strategiyası yox idi...

Ferhan Bayır
“Aydınlık” qəzeti, Türkiyə, 18 dekabr 2019-cu il

İngiltərədəki seçkilərdə Mühafizəkarlar Partiyasının İcmalar Palatasında səs çoxluğu əldə etməsilə nəticələnib. İlk sandıqların açıqlanması ilə birlikdə ingilis mətbuatında Korbinin istefa etməsi yönündə xəbərlər paylaşmağa başlayıb. Seçkilərdən 1 həftə əvvəl Almaniyanın aparıcı mediasında çıxan xəbərlərdə deyilirdi ki, əgər Korbin uğurlu olmasa partiya liderliyindən istefa etməlidir. Paralel olaraq ingilis mediasının böyük əksəriyyəti seçkilərdən 1 ay əvvəl Korbin əleyhinə xəbərlər yazmağa başlamışdılar.

BREXİT referendumundan bəri siyasi böhran keçirən partiyalar ənənəvi siyasətlər üçün heç nə edə bilmirdilər. Korbinin radikal sol proqramı ilə birlikdə bu siyasi mərkəz sürətlə dağılmağa başlayıb. Lakin mərkəzi mediada eyni şey baş verməyib. Ənənəvi aparıcı partiyaların dağılmasına qarşı olan ingilis mediası Korbinə qarşı çıxış edirdi. Media Fələstinə dəstək verdiyi üçün Korbinə qarşı ağır ittihamlar səsləndirirdi və o, antisemitizmdə günahlandırılırdı.

Musəvi camaatının qəzeti olan “Jewish Chronicle”in üz qabığında yəhudilərin İngiltərədəki dini liderinin bu sözləri yer alıb: “İşçi partiyasına səs verməyin”.

Qərbdə bir siyasi liderin, xüsusilə də ən güclü musəvi əhalisi tərəfindən antisemitizmlə ittiham olunmasının bədəli göz önündədir. Mərkəzi medianın Korbinə qarşı yönəltdiyi digər ittiham da ingilis dövlətini bölmək və terrora dəstək vermək idi. İrlandiyanın demokratiya və müstəqillik hərəkatına verdiyi dəstəyi xatırladan Boris Conson da seçkilərdən əvvəlki son canlı yayım proqramında Korbini ingilis dövlətinin düşməni elan etmişdi.

Köhnə ittiham: Rus casusluğu

İngiltərə seçkilərində də Rusiyanın kölgəsi hiss edilib. Seçkilərdən çox əvvəl “The Times” 2016-cı ildə baş tutan BREXİT referendumunda Rusiyanın rolu olduğuna işarə edən bir xəbər yayımlamışdı. Yazılanlara görə, Consonun baş müşaviri Dominik Kaminqs Oksforddan məzun olduqdan qısa bir müddət sonra Rusiya üçün işləyib və bu müddət ərzində rus kəşfiyyat mühiti ilə yaxşı münasibətlər yaradıb. “The Times” yazır ki, BREXİT kampaniyasında Kaminqsin böyük rolu var və məhz buna görə, BREXİT-in arxasında da Rusiya durur.

“The Observer” qəzeti isə əvvəlki xəbərində daha konkret bir ittiham irəli sürüb. Qəzetin iddiasına görə, Conson Xarici İşlər naziri olarkən İtaliyada Rusiya ilə bağlı NATO toplantısında iştirak etdikdən sonra, protokoldan kənar bir səfər edib. Conson əvvəllər KQB casusu olmuş, indi isə milyarder olan rus iş adamı Aleksandr Lebedevlə görüşüb.

Qərb mediasında uzun müddətdir ki, Avropanın parlamentli demokratiya sisteminin Rusiyanın dəstəklədiyi radikal sağ populist partiyaların yüksəlişi ilə təhlükə altına düşdüyünü yazırdı.

Avropanın aparıcı mediası BREXİT-i yüksələn sağ populist partiyalarını dəstəkləyən bir rus layihəsi hesab edir. Həmçinin bu medianın ortaya atdığı iddialar Korbinin seçki kampaniyası nəticəsində boşa çıxıb.

2015-ci ildəki seçkidə Milli Sağlamlıq Xidməti (NHS) partiyaların əsas gündəmində ikən, birdən-birə BREXİT-lə AB-dən ayrılma məsələsi son seçkilərə damğa vurub.

Korbin seçki kampaniyasına uyğun olaraq yenidən NHS-i gündəmə gətirmək istədi. Seçkidən əvvəl iddia edilirdi ki, Trampla görüşən Conson gizli bir razılaşma ilə sağlamlıq sistemində ABŞ patentli dərman şirkətlərinə üstünlük veriləcəyinə söz verib. Bu iddianı dilə gətirən də Korbin olub.

İşçi Partiyası tərəfindən mətbuata sızdırılan razılaşma sənədi ilə bağlı sualları cavabsız qoyan Conson bu sənədin Rusiya tərəfindən Korbinə verildiyi deyib və bildirib ki, Rusiya “Soyuq Müharibə” dövründə olduğu kimi, bu gün də İngiltərənin daxili işlərinə müdaxilə etmək istəyir.

“Stalininst”, “rus casusu” kimi ittihamlarla Korbinə təzyiq göstərən mərkəzi medianın “nüfuzlu” qəzetləri bu seçkilərdə üz-üzə gələn qüvvələrin siyasi kimliyini ortaya çıxarmış oldu.

Conson bu gizli razılaşmanı birbaşa olaraq rədd etməməklə yanaşı, həm də AB əleyhinə olan siyasətlərin arxasında Rusiyanı göstərən medianın yalanlarını da ortaya çıxardı.

İraq müharibəsindən başlayan ABŞ-AB toqquşması bu gün hələ də dərinləşir. İraq işğalını iqtidardakı İşçi Partiyası Toni Bleyerin liderliyində dəstəkləyərək İngiltərəni Almaniya-Fransa bucağından uzaqlaşdırdı.

Tramp seçildikdən sonra beynəlxalq sərmayənin iqtidara gətirdiyi Makron belə Almaniya ilə birlikdə hərəkət edərək Rusiya ilə daha yaxın münasibətlər qurmaq yolunda addım atır və ABŞ-la arasına məsafə qoymağa çalışır.

ABŞ isə Qərb düşərgəsindəki ənənəvi müttəfiqlərini itirərkən İngiltərəni qazanmağa məcbur idi və belə də oldu. İngiltərədəki seçkilərdə Almaniya-Fransa cütlüyü məğlub oldu. Bir tərəfdən Rusiya da itirdi, amma seçkilərdə qalib gələn təkcə ABŞ oldu.

Sol BREXİT mümkün idimi?

Korbinin seçkilərdə məğlub olmasına səbəb olan ən böyük zəifliyi BREXİT ətrafında formalaşan beynəlxalq güc balansını pozmaq üçün daxildə siyasi həmlələr edə bilməməsi idi. Bütün siyasi həyatı boyunca AB əleyhinə çıxan Korbin partiyanın rəhbəri seçildikdən sonra radikal sağın AB düşmənçiliyi ilə mübarizə aparmağa məcbur oldu. Seçki prosesində Korbinin ən çox tənqid olunan tərəfi BREXİT məsələsindəki fikirlərini səsləndirmədən uzun müddət səssiz qalması idi.

Korbinin İşçi Partiyasının əsasına və Brüssel-Berlin-Paris xəttinin təzyiqlərinə baxmayaraq, soldan BREXİT-i müdafiə etmək kimi bir şansı var idimi?

İngiltərə kimi hegemon siniflərin əsrlərdir sarsılmadan möhkəmləndiyi başqa bir ölkə tapmaq çətindir. Fransada, Almaniyada solda mərkəzi sol partiyalardan daha radikal və kommunist partiyalar var. Bu partiyalar mərkəzi solun əsasına təsir etməklə yanaşı, ciddi səs potensialları ilə siyasətdəki güc balansına da çox təsir edirlər.

İngiltərədəki İşçi Partiyasından solda ciddi siyasi hərəkatlar baş verməyib. İngilis Kommunist Partiyası Avropada kommunist partiyaların ən güclü olduğu dönəmdə belə kütlələr üzərində zəif bir təsirə malik olan, intellektual hərəkat idi. Bu mənada, Korbinin sol BREXİT-i müdafiə edərək, hətta İşçi Partiyasını bölərək apara biləcəyi daha radikal bir zəmin yox idi. Atdığı ən radikal addım İşçi Partiyasının tarixindəki ən sosialist proqramı seçki kampaniyasına çevirmək idi.

Korbinin bu siyasi həmləsi belə mərkəzdəki BREXİT əleyhinə olan medianın Korbini hədəf alması üçün kifayət etdi. Korbinin sol BREXİT həmləsi etməsinə mane olan bir digər ünsür də Almaniya və Fransa başda olmaqla, Avropada sol populist partiyaların yaşadığı qərarsızlıqlardır.

Almaniyada SDP-nin seçkilərdəki uğursuzluğundan sonra getdiyi qurultayda 20-yə yaxın şəxs partiya sədrliyi üçün namizəd olub. Almaniyada monopoliyaların müsadirə edilməsini müdafiə etdiyi üçün SDP tez gündəmə gəlirdi. SDP-nin gənclər üzrə rəhbəri Kevin Künertin dəstəklədiyi namizəd qalib gəlsə də, Merkellə ittifaqdan ayrılıb erkən seçkilərə getmək qərarı qurultayda qəbul edilməmişdi.

Fransada isə aylardır davam edən Sarı Jiletlilər hərəkatı və keçən həftə başlayan ümumi tətilə və solçuların Makronu sıxışdırmasına baxmayaraq, Le Penin qarşısını alacaq kütləvi bir uğur hələ ki, qeydə alınmayıb.

Korbinin radikal sol proqramı həyəcan yaratsa da, Avropada solun dağınıqlığına və sağ populist partiyaların qarşısında zəiflədiyinə görə sol BREXİT heç bir dəstək ala bilmədi. Çünki Liviyadan Suriyaya qədər öz ölkələrinin imperialist xarici siyasətlərinə səs çıxara bilməyən Avropa sol partiyaları İngiltərənin imperialist siyasətlərinə birbaşa olaraq qarşı çıxan Korbinə heç vaxt güclü dəstək verə bilməzdilər.

Sinifçiliyə qayıdış

18-24 yaş arası seçicilərin çoxu Korbinə səs verərkən, 45 yaş üstü seçicilər, əsasən, Consona səs verib. Bu göstərici seçicilər arasındakı ziddiyətdən xəbər verir.

Korbinin seçkilərdə məğlub olmasının əsas səbəbi isə İşçi Partiyasının ənənəvi işçi sinfinin səslərini itirməsidir. İngiltərədəki sənaye şəhərləri və işçi bölgələrində hakimiyyətini ilk dəfədir ki, itirən İşçi Partiyasının bu problemi digər tərəfdən inkişaf etmiş kapitalist ölkələrinin ümumi mənzərəsidir. Fransada, Almaniyada və ABŞ-da da ənənəvi işçi sinfi qarşısında sağ populist partiyalar qalib gəlir. Xüsusilə, son 30 ildir tətbiq edilən neo-liberalizmin çevik və peşəkar siyasətləri nəticəsində işçi sinfinin kimliyi parçalanıb və nəticədə, işçi sinfi içində maraqları toqquşan müxtəlif qisimlər yaradılıb.

Bir tərəfdə Londonda xidmət və texnologiya sektorlarında çevik şəkildə işlədilən gənc və təhsilli işçilər, digər tərəfdən isə ağır sənayedə çalışan orta yaş üstü, təhsil səviyyəsi aşağı olan işçilər var.

Korbinin radikal proqramına baxmayaraq, onun işçi sinfi içindəki ziddiyəti aşıb neo-liberalizmə qarşı işçi sinfini birləşdirəcək bir strategiyası yox idi. Hətta bu problemi həll edəcək strategiyaya sahib olan heç bir sol partiya yoxdur.

Neo-liberalizmin yaratdığı təxribatdan sonra çevrilən sinfi münasibətlər çərçivəsində bu gün Keynesyen siyasətlərin tətbiq ediləcəyi bir zəmin varmı? Həmçinin, təkcə ictimai, sosial dövlət proqramı ilə işçi sinfinin toqquşan qisimləri birləşdirilə bilərmi?

İctimai çəkişmənin qüvvələrini qoca-cavan, təhsilli-təhsilsiz kimi kriteriyalarla ifadə etmək sadəcə olaraq sinifdən qaçmaqdır. Korbin seçkidə uzudsa da, neo-liberalizmə qarşı İngiltərədə yenidən sinfə qayıdışın yolunu açıb.

Köhnə yollarla sinfçiliyə qayıtmağın mümkünlüyü və ya yeni yolların hansı siyasi xətt üzərində inşa edilməsi məsələsi qarşıdakı dönəmdə mütləq müzakirə edilməlidir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Ən çox oxunanalar