Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya hansı səbəbdən Türkiyə sərhədində yeni kürd ordusu yaradır?

Ərdoğanın Putin ilə bu razılaşmaya gedərsə, Türkiyə üçün gələcəkdə hansı təhlükələr yarana bilər?..

Politoloq: “Bu Suriya prosesində bir növ Türkiyənin siyasətinin Moskva tərəfindən qarşısının alınması, ya da idarə edilməsi olacaq”.

“Bu yaraqlılar terrror təşkilatı kimi tanınmayacaq və bir növ İraqdakı Bərzani qüvvələri kimi Türkiyəyə qarşı loyal olacaq. Hesab edirəm ki, hazırda Türkiyə və Rusiya Şimali İraqın peşmərgə formatında bir qruplaşma yaradırlar və bu da hazırda taktiki baxımdan həm Türkiyənin, həm də Rusiyanın maraqlarını təmin edir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Rusiyanın Suriyanın şimalında kürdlərdən ibarət yeni silahlı birləşmələr yaratmasını PİA.az-a şərh edərkən qeyd edib.

Türkiyə mətbuatının yaydığı məlumata görə, Rusiya Suriyanın şimalındakı Amude, Dirbesiye və Til Temir şəhərlərində yeni silahlı birləşmələr yaradır.

Könüllülərdən ibarət yaradılacaq silahlılara ayda 150 min Suriya lirəsi maaş veriləcək və əsasən yerli kürdlərdən təşkil olunacaq. Yeni yaradılan yaraqlıların YPG-nin yerini dolduracağı və Türkiyə ilə birlikdə sərhədi qoruyacağı bildirilib.

Yeni yaradılacaq kürd yaraqlıları formatına Türkiyə ictimaiyyətinin münasibəti heç də bir mənalı deyil. Bəs Ərdoğanın Putin ilə bu razılaşmaya gedərsə, Türkiyə üçün gələcəkdə hansı təhlükələr yarana bilər və ən əsası Rusiya hansı səbəbdən Əsəd ordusunu deyil, özünün formalaşdırdığı kürd yaraqlılarını Türkiyə sərhədinə yerləşdirir?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Bu Suriya prosesində Türkiyənin siyasətinin Moskva tərəfindən bir növ qarşısının alınması deməkdir”.

Türkiyə ilə sərhəddin qorunmasının Əsəd ordusuna verilməməsi Moskvanın strateji planı olduğunu düşünən politoloq PİA.az-a açıqlamasında bildirib ki, Moskva burada kürd anklavı yaratmaq istəyir. Bununla da ABŞ-ın təsiri olmayan Ankara ilə uzlaşma içində olan bir kürd anklavı ortaya çıxa bilər:

ABŞ-ın Kürd kartından istifadə etməsi, xüsusilə YPG terror təşkilatına dəstəyi Türkiyə ilə ciddi problemlərə gətirdi. Suriyada bu konteksdə baş verənləri Rusiya diqqətlə izləyirdi və elə bir siyasi gediş edib Ankaraya qarşı mövqe ortaya qoymamağa çalışırdı. Ancaq buna baxmayaraq məhz Rusiya həmişə regionda kürd kartından istifadəyə can atıb və atmaqdadır. Rusiya Türkiyə ilə sərhəddə kürdlərdən istifadə edib, yeni silahlı qruplaşma yaradaraq, əsasən kürdləri öz tərəflərinə çəkmək və ABŞ-ın mövqeyini zəiflətməyə çalışacaq. Hazırda Suriyanın şimalında baş verənlər bundan ibarətdir.

Hesab edirəm ki, bu məsələdə Ankaranın da razılığı alınıb. Rusiya daima kürd kartından istifadə edib və edəcək də. YPG-dən də ABŞ istifadə edir. Onlara qarşı alternativ silahlı qrupun yaradılması Rusiyanın Suriya ilə bağlı əsas planlarına daxiildir. Bu yaraqlılar terrror təşkilatı kimi tanınmayacaq və bir növ İraqdakı Bərzani qüvvələri kimi Türkiyəyə qarşı loyal olacaq. Hesab edirəm ki, hazırda Türkiyə və Rusiya Şimali İraqın peşmərgə formatında bir qruplaşma yaradırlar və bu da hazırda taktiki baxımdan həm Türkiyənin, həm də Rusiyanın maraqlarını təmin edir.

Lakin görünür ki, Türkiyə ilə sərhəddin qorunmasında bu qüvvələrdən istifadə olunması və sərhədin Əsəd ordusuna verilməməsi görünür Moskvanın strateji planıdır. Çünki Moskva burada kürd anklavı yaratmaq istəyir. Bununla da ABŞ-ın təsiri olmayan Ankara ilə uzlaşmalı bir kürd anklavı mümkün ola bilər.

Məhəmməd Əsədullazadə: “Bu plan strateji baxımdan heç də Türkiyənin maraqlarını təmin etmir. Belə bir siyasi proje reallaşsa, gələcəkdə vəziyyət Türkiyənin əleyhinə çevrilə bilər və Rusiya Türkiyənin şimalında çox ciddi bir faktora çevrilə bilər”.

Lakin düşünürəm ki, bu plan strateji baxımdan heç də Türkiyənin maraqlarını təmin etmir. Belə bir siyasi proje reallaşsa, gələcəkdə vəziyyət Türkiyənin əleyhinə çevrilə bilər və Rusiya Türkiyənin şimalında çox ciddi bir faktora çevrilə bilər. Necə ki Şimali İraqda kürd muxtariyyətinin Türkiyə ilə sıx əlaqələrinə baxmayaraq müstəqillik referendumu keçirdi. Belə bir analoji Suriyada yaradılması nəzərdə tutulan kürd anklavında da mümkündür. Ümumiyyətlə isə Türkiyə gələcəkdə bu plandan ancaq uduza bilər.

Onu görə də hesab edirəm ki, Türkiyə taktiki deyil, strateji hədəfləri müəyyən edib, Moskvanın bu təklifi ilə razılaşmamalıdır. Baxmayaraq ki, bu Türkiyə ilə strateji əməkdaşlıq fonunda reallaşır, sonucda kürd kartı yenidən Moskva tərəfindən ələ alınır. Bu Suriya prosesində bir növ Türkiyənin siyasətinin Moskva tərəfindən qarşısının alınması, ya da idarə edilməsi olacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar