Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

““Falçı” deyiləndə bu sənətə heç tüpürmək belə istəmirsən...” 

Məşhur astroloq Firudun Qurbansoy astrologiya elmi ilə vidalaşıb...

Bu barədə o “Yeni Sabah”a açıqlamasında bildirib. O, deyib ki, bu elmdən uzaqlaşmasına səbəb bəzi şəxslərin onu “falçı” adlandırması olub:
“Mühit bir az başqadır adama başqa sözlər deyirlər, falçı adlandırırlar. Bunu saytlarda da yazırlar. Elə sözlər yazırlar ki, özü kimilər də oraya rəy yazırlar. Ev-eşik var, qohum-əqrəba var, nəyə lazımdır bunlar?

Mən alim adamam, elm mütəxəssisiyəm. Götürüb haqqında “falçıdır” yazsalar, kimin xoşuna gələr? Mən də daha astrologiya ilə məşğul olmuram, ona görə ki, camaat onu başa düşmür, mən də onlara hörmət edərək, deyirəm, “yaxşı, qalın cəhalətdə”.

Hazırda filologiya ilə məşğulam. Qədim dövr və orta əsrlər mütəxəssisiyəm. Bu sahələri də mükəmməl öyrənmişəm, bundan başqa öyrəndiyim o qədər elmlər var ki, heç adını eşitməyiblər”.

F. Qurbansoy deyir ki, bir adam haqqında astroloji proqnozu öyrənmək üçün minimum 6 saat vaxt lazımdır. “Bir proqnoz verirəmsə bu nəhəng zəhmətin nəticəsidir, amma bundan sonra adama “falçı” deyiləndə heç tüpürmək belə istəmirsən bu sənətə.

Bu gün hansı sahənin professionalı var? Hamısı həvəskardır. Bu gün professionalların it dəftərində adı yoxdur, acından ölür. Akademiyaya baxın, əsl alimlər acından ölür, amma bəziləri var ki, neçə min maaş alırlar. Hələ bir cümlə yazıb, ortaya fikir qoymurlar. Ondan-bundan, öz əməkdaşlarından oğurlayırlar.

O vaxt insanlar pul tökürdü, özünün, ailəsinin qoroskopunu tərtib edirdi, saxlayırdı ki, bundan istifadə etsin. Mən çıxıb cəmiyyət üçün proqnoz verirəm, istifadə etmirlər, hətta bunu fal adlandırırlar.

Vəziyyət heç də könülaçan deyil. Nə dini bilirlər, nə elmi”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Ən çox oxunanalar