Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kosmosdan Yerə salamat düşən Qaqarin 2-ci mərtəbədən düşəndə... 

Kosmosun ilk dəfə fəth edilməsində SSRİ-nin adını dünyada birinciliyə gətirən Yuri Qaqarin öz dövründə nəinki yaşadığı ölkənin, planetin ən məşhur və populyar adamına çevrilib...

Dövlət başçıları, dünyanın tanınmış elm, mədəniyyət, incəsənət xadimləri, sıravi insanlar böyük həvəslə Yuri Qaqarinlə görüşmək, onunla ünsiyyətdə olmaq arzusunda olublar.

“Göylərin adamı”nın şəkilləri əllərdə gəzib, təbəssümlü fotosu yaddaşlara həkk olunub. Amma çox keçməmiş, 1961-ci ilin payızında kosmonavtın fotolarındakı nəzərəçarpacaq dərəcədə olan dəyişiklik Qaqarin haqqında yeni söhbətlərə, müəmmalara səbəb olub. Belə ki, onun qaşının üstündə, alın nahiyəsindəki çapıq yeri müzakirə mövzusuna çevrilib. Yayılan şayələrin ardı-arası kəsilməyib. Bu şayiələr arasında Qaqarinin avtomobil qəzasına düşdüyü, restoranda içib dava saldığı, qız üstündə döyüldüyü, hətta Nikita Xruşovla əlbəyaxa davaya çıxdığı kimi fikirlər də səslənib.

Qaqarin alnındakı çapıqla bağlı ilk açıqlamasını 1961-ci ilin noyabrında “Trud” qəzetinin müxbiri Pavel Baraşevə verib. Jurnalistin növbəti sualı məhz bununla bağlı olub:

- Alnınızdakı çapığın səbəbi milyonların marağına səbəb olub. Biz sizi kosmosdan bütöv və zədəsiz qarşılamışdıq, amma çox keçməmiş ciddi zədə aldığınızın şahidi oluruq. Bu hansı şəraitdə baş verib?

Qaqarin jurnalistin sualından yayınmayıb:

- Həyatda hər şey olur və bu da adi bir hadisədir. Biz ailəliklə Krımda istirahət edirdik. Hər gün təbiətin qoynuna çıxırdıq. Qızımla oynayanda onun yıxılmaq təhlüksi yarandı, mən buna imkan vermədin, onu yıxılmaqdan qoruyanda başım zərblə daşa dəydi. Çox da ağır zədə deyil, kosmosa növbəti uçuşuma qədər sağalar.

- Bəlkə???

- Xeyr, bu hadisədə “bəlkə” axtarmaq lazım deyil...

Əslində isə bu hadisənin uzun illər sirrli qalan “bəlkə”si, əsl səbəbi olub.

Çox-çox sonralar, Yuri Qaqarinin vəfatından sonra, onun yaxın dostu, kosmonavt Aleksey Leonov bu hadisə ilə bağlı fikirlərini bölüşüb:

“Mən bu hadisədən sonra Qaqarinlə təkbətək dost kimi söhbət etdim. Hadisənin necə baş verdiyini təxmini bilirdim, çünki mən də həmin vaxtı onunla bir məkanda olmuşam. 1961-ci ilin sentyabr ayının ortalarından sonra biz Krımda istirahət edirdik, bizimlə birlikdə başqa kosmonavtlar da eyni istirahət evində dincəlirdilər. Biz axşamlar bir yerdə olurduq, gəzintiyə çıxırdıq, rəqs meydançasında əylənirdik, domino, şahmat oynayırdıq. Moskvaya qayıtmağımıza bir gün qalmışdı. Həmin günün axşamı Qaqarin həyat yoldaşını otağa ötürüb, geri qayıdıb, aşağıda bizimlə bir az söhbət etdikdən sonra ikinci mərtəbəyə qalxıb, tibb bacısının yanına gedib. Mən o qızı görməmişdim. German Titovun dediyinə görə, çox gözəl qız olub. Otaqda söhbət uzanıb. Qaqarinin həyat yoldaşı narahat qaldığından onun arxasınca çıxıb. İkimərtəbəli istirahət evinin akt zalını, televizor otağını, idman zalını, bir sözlə, Qaqarinin olacağı mümkün yerləri gəzib, amma onu tapmayıb. İkinci mərtəbəyə qalxanda tibb bacısının otağının qapısını döyərək Yura deyə çağırıb. Qaqarin həyat yoldaşının səsini eşidəndə vəziyyətin heç də yaxşı olmayacağını anlayıb. Daha doğrusu, düşünüb ki, həyat yoldaşı onu tibb bacısı ilə bir yerdə görəndə səs-küy salacaq. Buna görə də o, ikinci mərtəbədən özünü aşağı tullayıb. Sözsüz ki, onun üçün çox da hündür olmayan ikimərtəbəli binadan tullanmaq elə də çətin bir məsələ sayılmayıb. Sadəcə o, tullananda tələskənliyə yol verib, ayağı ağaca ilişib və başı üstə yerə düşüb...”

Eyni vaxtda kosmonavtlarla birlikdə Krımda istirahət edən aviasiya general-polkovniki Nikolay Kamanin də müəllifi olduğu “Qapalı kosmos” kitabında həmin hadisə haqqında yazıb:

“Mən kosmonavtlara görə cavabdehlik daşıyırdım. Qaqarinlə bağlı baş verən bu hadisə daha ağır sonluqla yekunlaşa bilərdi. O, kifayət qədər ciddi zədə almışdı. Həkimlər onu xilas edə bildilər, amma alnındakı “şram”ı aradan götürmək mümkün olmadı. Səbəbkar isə tibb bacısı Anna Afanosova idi. O, Qaqarinin ağlını başından almışdı...”

Anna Afanosova isə 1990-cı illərin əvvələrində baş vermiş hadisəni jurnalistlərə bütün detalları ilə açıqlayıb:

“Çox səsli-küylü bir dəstə idilər. Aralarında yalnız general Kamanin ciddi adam idi. O, kosmonavtlara içkini qadağan etmişdi. Buna görə də onlar konyakları tibb bacısının otağında gizlədirdilər. Səhərisi gün növbəyə gəldim. Qaqarin içəri keçdi və bir az həyəcanlı şəkildə məndən soruşdu:

- Siz təzə gəlmisiniz?

Cavab verdim:

- Yox, mən köhnəyəm, təzə sizsiniz.

Güldü və getdi. O, tez-tez müxtəlif bəhanələrlə mənim yanıma gəlirdi. Hamının yanında mənə “siz” deyə müraciət edirdi, təklikdə isə “sən”lə danışırdı. Çalışırdı ki, otaqda tək qalaq. Amma həyat yoldaşı imkan vermirdi. Addım-addım onu izləyirdi, çox qısqanc bir xanım idi. Nəhayət, Qaqarin mənə onun xoşuna gəldiyimi söylədi. Mən isə bunları ciddi qəbul etmirdim. Həmin axşam da otağıma gəldi, qapını külək çırpıb bağladı. Məni qucaqlamaq istəyirdi. Elə bu məqamda həyat yoldaşının səsi gəldi və Yura ikinci mərtəbədən tullandı. Bu mənim üçün dəhşətli bir hadisə idi. Dəqiqələr ərzində hamı hərəkətsiz qalan Qaqarinin ətrafına toplaşmışdı. Mən donub qalmışdım. Əgər ona bir şey olsaydı, başıma nələrin gələcəyini bilirdim. Yaxşı ki, German Titov var idi, o məni sakitləşdirdi, su verdi...”

Elə həmin gün hadisə ilə bağlı Kremlə də məruzə edilib. Nikita Xruşov həkimlərə şəxsən göstəriş verib ki, Qaqarin nəyin bahasına olursa-olsun, ən qısa bir zamanda ayaqüstə olmalıdır. Çünki bir həftədən sonra keçiriləcək partiyanın 22-ci qurultayında Yuri Qaqarinin şıxışı nəzərdə tutulubmuş...

Beləliklə, əlcatmaz göylərdə başını salamat saxlayan Yuri Qaqarin, bir tibb bacısına görə başından keçib...

İlham Cəmiloğlu( Musavat.com)

pia.az


Etiket: Yuri Qaqari+


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar