Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maduronun ABŞ-a qarşı canlı qalxanı - Venesuelada 3,3 milyon bolivarçı milis varmış... -

Venesuelanın asayişin müdafiəsi üçün çalışmalı olan milislərin, orduda rəsmən “savaş birlikləri” kimi iştirak etməsi üçün işlər görülür...

“Sendika63” qəzeti, Türkiyə, 16 dekabr 2019-cu il

Venesuela Bolivarçı milislərinin sayı 2019-cu il hədəflərini aşaraq 3,3 milyon çatıb və milisəlrin içində qadınlarda böyük faizdə iştirak edir.

Bu barədə Maduro dekabrın 8-də Uqo Çavesin xərçəngdən ölmədən əvvəl xalq qarşısındakı son çıxışının etdiyi meydanda “Sədaqət Günü” tədbirlərində açıqlama verib. La Quaria rayonunda keçən bazar günü 30 min milisin hazır olduğu mitinqdə çıxış edən rəhbər Nicolas Maduro bildirib ki, 2020-ci il üçün onun hədəfi milisləri 4 milyona çatdırmaqdır.

Televiziya kanallarından da verilən məlumatda Maduro: “Bu gün zəfər, Çavesə sevgi və sədaqət günüdür” deyərək qeyd edib ki, 3,3 milyon venrsuelalı milislərə qoşularaq vətənpərvərlik nümayiş etdiriblər.

Nümayişlər zamanı prezident qeyd edib ki, 2008-ci il Bolivarçı Silahlı Qüvvələr Qanununda dəyişiklik edilib. Bu dəyişikliyə əsasən, müharibə şəraitində milislər Silahlı Qüvvələrə bir “savaş qüvvəsi” kimi qoşulacaq və qanuni olaraq da ordu mənsubları kimi tanınacaqlar. Hal-hazırda milislər Silahlı Qüvvələrin köməkçi qüvvəsi kimi tanınır.

Milisləri tərifləyərəkən Maduro: “Bolivarçı Milli Milislər silahlı şəxslər olaraq sivil-əsgər birliyinin əsl ifadəsidir”, kəlmələrinidən istifadə edib.

Nümayişlər əsnasında Maduro milisə qoşulan minlərlə yeni üzvün andiçmə mərasiminə nəzarət edib, bir çox insana mükafatlar verib və medallarla təltif edib.

Eyni şəkildə milislər və şərq bölgəsinin ağır sənaye işçiləri də rəhbərə “Mosin-Nagant 7.62” tüfəngi hədiyyə ediblər. Maduro bunu “mükəmməl bir hədiyyə” kimi qəbul edib.

Venesuelanın milisləri 2005-ci ildə qurulub və Uqo Çaves tərəfindən 2008-ci ildə bu şəbəkəyə muxtariyyət verilib. Cavesin ardınca gələn Maduro hökuməti dönəmində ölkəyə qarşı artan xarici təhdidlər ucbatından həm sayca, həm də əhatə baxımından genişləndirilən milis şəbəkəsi milyonlarla insanın öz sıralarına cəlb edib. 2019-cu ildə isə milislərə bir çox yeni vəzifələr və məsuliyyətlər verilib.

Prezident qeyd edib ki, Bolivarçı Milislər təşkilatı 1141 regional Xalq Müdafiə Dəstəsinə (ADI) sahibdir və 14383 İnteqrasiya Müdafiə Xalq Qüvvələrində hazır şəkildə özünü göstərir.

Noyabr ayında açıqlanan göstəricilərə əsasən, təşkilatın 321433 odlu silahı var. Lakin Maduro 8 dekabrdakı nitqində bildirib ki, bu say artacaq və hər bir milisin mütləq silahı olmalıdır.

Keçən ay sabotaj iddialarına qarşı 6950 milis elektrik şəbəkələrini qorumaq üçün vəzifələndirilib. Venesuelada quraq mövsümə keçərkən milislər təsisatların ətrafında meşə yanğınlarının qarşısını almaq üçün təmizlik və yanğından mühafizə işlərinə göndəriliblər. Eyni şəkildə hökumət bildirib ki, milislər 31 dekabra qədər tətil vaxtı küçələrdə “sabitlik” yaratmaq üçün polislə və Bolivarçı Milli Mühafizəçilərlə birgə nəzarət edəcəklər.

Noyabrda milislərin Silahlı Bolivarçı Hərbi Universitetində qeydiyyatdan keçə biləcəyini elan edən Maduro söz verib ki, yeni qurulacaq anti-imperialist məktəblərdə bütün milislər mütləq şəkildə peşəkar olacaqlar.

Milislər adı CLAP olan və hökumətin subsidiyalı qida yardımı proqramına keçən may ayında bağlanıb və bu şəkildə qanunsuzluq, ərzaq paylama problemi və aşağı qiymətli qidaların qara bazarda yüksək qiymətlə satılması kimi problemlərin qarşısını almaq üçün işə başlayıblar. CLAP qida proqramı ABŞ sanksiyalarının hədəfindəki 6 milyondan çox venesuelalı ailəyə köməklik göstərir.

Hərbi mükəlləfiyyətlərindən başqa, təhsil vəzifələri də olan milis şəbəkəsi, eyni zamanda, ölkədə əhalinin siyahıya alınması və evlərin sayılması proqramlarında da iştirak edirlər və Məhsuldar Əməkçilər Şuralarına da yardım edirlər. Bundan əlavə, milislər kənd təsərrüfatı layihələrində də iştirak edərək meyvə və tərəvəz istehsalına da kömək edirlər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar