Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp administrasiyası Konqresin “Erməni soyqırımı” qərarını dəstəkləməyib

Tramp hökuməti ABŞ Konqresinin "Erməni soyqırımı" qərarını dəstəkləmədiyini açıqlayıb...

Trump hökuməti 1915 hadisələrini "soyqırım" kimi adlandırmış ABŞ Konqresinin qərarı ilə razılaşmadığını, ABŞ Prezidenti Donald Trump-ın "böyük qırğın" qiymətləndirməsinin hələ də etibarlı olduğunu açıqlayıb.

Dekabrın 12-də ABŞ Konqresinin yuxarı palatası - Senatda 1915-ci il hadisələrini "soyqırım" kimi tanıyan bir qanun layihəsini yekdilliklə təsdiqləyib.

Nümayəndələr Palatası da 29 oktyabrda oxşar qətnamə qəbul edib.

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Morgan Ortagus yazılı bəyanatında "Senatın məsələ ilə bağlı qərarı"nın rəhbərliyin mövqeyini dəyişmədiyini" bildirib.

"Düşüncələrimiz prezidentin apreldəki məsələ ilə bağlı açıqlamasında öz əksini aşkar şəkildə tapıb".

ABŞ Prezidenti Donald Trump 24 aprel 1915-ci il hadisələrinin ildönümündə verdiyi mesajda "böyük qırğın" mənasını verən "Meds Yeghern" ifadəsini istifadə edib.

Trump yazılı bəyanatında "1915-ci ildən başlayaraq 1,5 milyon erməni Osmanlı İmperiyasının son dövrlərində ölkədən sürgün edilmiş, qətl edilib və ya ölümə məcbur edilib. Bu anım günündə həyatlarını itirənlərin yasını saxlamaqda ABŞ-da və dünyada yaşayan ermənilərin yanındayıq" deyib.

Trump Türkləri və Erməniləri "acı dolu keçmişi qəbul edib, onunla üzləşməyə" dəvət edib.

Erdoğan: "Lazım gəlsə, İncirlik-i də bağlayarıq, Kürecik-i də"

ABŞ Senatının 1915-ci il hadisələrini "Erməni Soyqırımı" olaraq tanıyan qərar qəbul etməsindən sonra dövlət başçısı Recep Tayyip Erdoğan qərarın "siyasi" olduğunu və Türkiyənin bu qərarı qəbul etmədiyini açıqlayıb.

İddiaları tarixçilərin araşdırmasının vacibliyini bildirən Erdoğan "Burada heç bir sənəd ortaya çıxara bilməyənlərin deməyə sözü yoxdur. Qərar veriblər. Qərar versəniz nə olacaq ki?! Bu qərarların heç bir dəyəri yoxdur, çünki onlar tamamilə siyasi qərarlardır. Hüquqla heç bir əlaqəsi yoxdur. Hüquqi tərəfi olmadığına görə də bizim bunları qəbul etməyimiz mümkün deyil" deyib.

Erdoğan bu məsələ ilə bağlı üz-üzə oturmağın mümkün olduğuna işarə vuraraq "yeri gəlsə bütün lazmi şəxslərlə birlikdə oturar, bağlanılması lazım gələrsə, İncirlik-i də bağlayaraq, Kürecik-i də" deyib.

Konqresin yekdilliklə qəbul etdiyi qərardan sonra Türkiyə ABŞ-ın Ankaradakı səfiri David Satterfield-i Xarici İşlər Nazirliyinə çağırıb.

Xarici İşlər naziri Mevlüt Çavuşoğlu da ABŞ Konqresinin qətnaməsinin səsverməsinə "siyasi tamaşadır, hüquqi əhəmiyyəti və keçərliliyi yoxdur" ifadələri ilə reaksiya verib.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə Konqresdə qəbul edilmiş qərarları "həqiqətə və tarixi ədalətə xidmət yolundan əmin addım" kimi dəyərləndirib.

Bundan sonra nə olacaq?

Bundan sonra iki məclisdən keçmiş mətnlərin bir-birinə uyğunlaşdırılması və ABŞ rəhbəri Trump'a təqdim olunacağı gözlənilir.

Trump'ın qətnaməni dəstəkləsə, ABŞ "erməni soyqırımı"nı tanıyacaq.

Əgər ABŞ Prezidenti qətnaməyə veto tətbiq etsə, Konqresin iki qanadından üçdə ikisinin səsverməsi ilə qanun layihəsi yenidən Trump-a göndərilə bilər.

Bundan öncə ABŞ Prezidenti olmuş Barak Obama da seçki kampaniyası ərzində 1915 hadisələrinin "soyqırım" kimi tanıyacağını desə də, Prezident olduğu dövrdə bundan çəkinib.

pia.az


Etiket: Tramp


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İntihar edən sabiq pediatrın iş yoldaşı: “Təzə rəhbərlik xətrinə dəyib” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar