Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Futbol üzrə milli komandaya baş məşqçi gəlir - Prosineçki

Prosineçkinin köməkçisi danışdı...

Ötən həftə xorvatiyalı mütəxəssis Nikola Yurçeviçin futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi postundan göndərilməsindən sonra onun yerinə həmyerlisi - 2014-2017-ci illərdə yığmamıza rəhbərlik etmiş Robert Prosineçkinin gətiriləcəyi deyilir. Prosineçki ölkəsinin mətbuatına açıqlamasında da bu xəbərləri təkzib etməmişdi:

"Hər şey mümkündür. Yaşayıb, görəcəyik. Azərbaycan millisində daha böyük nəticələr əldə etmək üçün hər cür şərait var", - deyə xorvat çalışdırıcı bildirmişdi.

Bəs görəsən, onun millimizə qayıtması komandamız üçün nə qədər faydalı ola bilər? Bununla bağlı Prosineçki millimizdə olduğu dönəmdə onun köməkçisi işləmiş Mahmud Qurbanovla əlaqə saxladıq. "Yeni Sabah"a danışan veteran futbolçumuz bildirdi ki, Prosineçki millimizə bələd olduğuna görə, hazırkı halda ən real əcnəbi baş məşqçi namizədidir:

"Belə deyək, xarici baş məşqçinin gələcəyi gündəmdirsə, ən real namizəd Prosineçkidir. Həm işsizdir, həm bizim futbolu bilir - 3 il yığmamızda baş məşqçi olub. Futbolçuların çoxunu tanıyır, xasiyyətlərinə bələddir. Buna görə də onun üçün adaptasiya keçmək çox vaxt aparmayacaq. Çünki gələn baş məşqçi vaxt istəyir, adaptasiya olunmaq istəyir, oyunçuları tanımaq istəyir və bu da vaxt itkilərinə səbəb olur. Prosineçkidə isə belə bir problem olmayacaq. Bayaq da dediyim kimi, o futbolumuza da, futbolçularımıza da bələddir. Amma mən istərdim ki, yerlilərdən kimsə baş məşqçi olsun.

Vallah, deyə bilmərəm ki, Prosineçki yenidən millimizə qayıtmaq istəyir, ya yox. Amma hazırda işsizdir. Hər halda tanınmış adamdır, danışıqları da, təklifləri də çox olar".

O bildirib ki, çalışdırıcı Azərbaycandan gedəndən sonra onunla arada əlaqələri olsa da, mütəxəssisin yenidən millimizə qayıdıb-qayıtmayacağı ilə bağlı danışığı olmayıb:

"Azərbaycandan gedəndən sonra əlaqəmiz olub, amma çox da dərindən yox. Yəni lə-belə... Azərbaycana qayıdacağı ilə bağlı isə hər hansı bir danışığımız olmayıb. Mən onun xorvat köməkçisi ilə əlaqə saxlayırdım, danışırdıq, amma onun gəlməyi ilə bağlı məsələ çıxandan bəri heç həmin xorvatla da danışığımız olmayıb".

"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun Prosineçki haqqında dediyi "Əgər əcnəbi çalışdırıcı gəlsə, çox istərəm ki, o, Prosineçki olsun. O, Azərbaycan mentalitetini tez qavradı, futbolçularla yaxşı dil tapırdı. İstər soyunub-geyinmə otağında, istər oteldə olsun”, fikirləri M.Qurbanov da dəstəkləyib. Azərbaycanlı məşqçi bildirib ki, Prosineçki millidə olduğu dönəmdə onun futbolçulara fərqli yanaşma tərzi var idi və onları motivasiya edə bilirdi:

"Hər məşqçinin futbolçulara yanaşma tərzi var. Prosineçkinin də futbolçulara yanaşma tərzi tam başqa idi. Futbolçulara daha etibar edirdi, hər bir futbolçu ilə fərdi söhbətləri olurdu. Futbolçuya öz gücünə inanmağını istəyirdi və bildirirdi. Mən özüm də dəfələrlə onun bu danışıqlarına şahid olmuşam. Futbolçunun nəyi bacardığının ən artığını meydanda göstərməyini istəyirdi. Danışıqlarda bunu tələb edirdi. Yəni, belə deyək, motivasiya cəhətdən yaxşı idi".

O, Yurçeviçin göndərilmə səbəbinə də toxunub. Söyləyib ki, millinin xorvatiyalının baş məşqçi olduğu dönəmdə 1 xal toplamasında günah məşqçilər korpusu ilə yanaşı futbolçularda da olub:

"Yurçeviç gedib, indi onun arxasınca danışmağım düzgün olmaz. Gərək, o, millidə olanda danışardıq, indi nəsə deməyim düz olmaz. Geridə qalıb, qarşıya baxmaq lazımdır. Yurçeviç erası bitib. Bilirsiniz, məğlubiyyət olanda baş məşqçi günahkar olur, qalib gələndə isə bütün komanda qalib gəlmiş sayılır. Düşünürəm ki, burda hər birin günahı var idi. Yurçeviçin də, komandanın da, məşqçilərin də. Ki, nəticədə də biz 1 xal yığdıq". (Yenisabah.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar