Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavid Qurbanov keçmiş məmurları ittiham etdi

“Bakıda və onun ətrafında tramvay xətlərinin çəkilməsi istiqamətində çalışırıq”...

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfrasında danışan C. Qurbanov tramvay xəttlərinin BakıAbşeronun hansı ərazilərini əhatə edəcəyini açıqlayıb:

“Vaxtilə Bakıda mövcud olmuş travmay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub. İndi bu xətləri yenidən yaratmaq çətindir. Odur ki, xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır. Tramvay xətləri Bakının Əhmədli və Biləcəyi, Abşeron rayonun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev kimi qəsəbələrini əhatə edəcək”.

Hansısa məmurun günahından dəmiryollarının ərazisində qeyri-qanuni yerləşən tikililərdən, yaşayış evlərindən söhbət açan sədr həmin evlərdə yaşayan sakinlərin köçürülməsi ilə bağlı da danışıb. C. Qurbanov məsələnin hazırda gündəmdə olduğunu deyib:

“Şanxay” deyilən yer ki var, uzun illərdir orada vəziyyət qəlizdir. Mümkün olan qədər dəmiryollarının ətrafındakı evləri söküb insanları daha yaxşı yerə göndərdik. Ancaq belə bir şey var ki, getdikcə insanların iştahası artır. Bilirəm orada bir narahat yer var. Hansısa məmurun günahından dəmiryollarının ərazisində qeyri-qanuni yerləşən sakinlər var. Ancaq biz onların qeyri-qanuni olduğuna baxmırıq və məsələnin onların xeyrinə həll olunmasına çalışırıq”.

Qeyd edək ki, tramvay xətləri sökülən vaxt Bakı Şəhər İcra Hakimiyətinin başçısı Hacıbala Abutalıbov idi. Dəmir yolu xətlərinin yaxınlığındakı ərazilərin satılmasına göz yummaqda isə o vaxtın nəqliyyat naziri Ziya Məmmədov ittiham edilirdi.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar