Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peşə və kvalifikasiya standartının hazırlanması qaydası təsdiqlənib

Nazirlər Kabineti “Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin uzadılması Qaydaları”nı təsdiq edib...

Qaydalara əsasən, bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyası iqtisadiyyatın müxtəlif sahələrində işçilərin peşə bacarıqlarına ehtiyaclarının öyrənilməsi, standartın hazırlanması, yenidən hazırlanması və ya müddətinin uzadılması ilə bağlı müzakirələrin keçirilməsi, təkliflərin verilməsi və qərarların qəbul edilməsi istiqamətində dövlət hakimiyyəti orqanları, təhsil müəssisələri, işəgötürənlər və onların birlikləri, peşə assosiasiyaları və həmkarlar ittifaqı birlikləri tərəfindən həyata keçirilən fəaliyyətləri əlaqələndirən məşvərətçi qrupdur.

Layihə qrupu standartın layihəsinin hazırlanmasına cəlb olunan müvafiq sahə üzrə müəssisə, idarə və təşkilatların nümayəndələrindən, müstəqil mütəxəssislərdən ibarət işçi qrup, ekspert qrupu standartın layihəsinin struktur və məzmununu yoxlamaq üçün müstəqil ekspertlərdən ibarət işçi qrupdur.

Standartın hazırlanması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlaqələndirilir. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dövlət orqanları və təşkilatları, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər, habelə fiziki şəxslər, eləcə də xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri (işəgötürənlər) standartın hazırlanması və ya yenidən hazırlanması üçün tələb olunan məlumatları Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi üzərindən yaradılmış Peşə və Kvalifikasiya Standartlarının Reyestrində (reyestr) bu Qaydaya uyğun “Müraciət-ərizə”ni dolduraraq daxil edirlər. Standartın hazırlanması ilə bağlı “Müraciət-ərizə” bilavasitə hüquqi şəxsin rəhbəri, fiziki şəxs və ya onların səlahiyyət verdiyi şəxslər tərəfindən reyestrə daxil edilir. Standartın hazırlanmasına dair məlumatlar reyestrə “Fərdi məlumatlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlarına və Azərbaycan Respublikasının bu sahədə yaranan münasibətləri tənzimləyən digər normativ aktlarına uyğun olaraq daxil edilir.

Nazirlik reyestrə daxil olan müraciətə 1 ay müddətində baxır, məqsədəmüvafiq hesab etdiyi təqdirdə standartın hazırlanması ilə bağlı bu Qaydaya uyğun sahə komissiyasına müraciət edir. Hazırlanması üçün müraciət olunan standart barəsində sahə komissiyası səsvermə yolu ilə müvafiq qərar qəbul edir. Sahə komissiyasının qərarı nazirliyə təqdim olunur. Standartın hazırlanması ilə bağlı sahə komissiyasının müsbət qərarı olmazsa, həmin standart hazırlanmır. Nazirlik sahə komissiyası tərəfindən hazırlanmasına qərar verilən standartın statusu haqqında məlumatı reyestrə daxil edir və mütəmadi olaraq yeniləyir. Standartın layihəsi müvafiq sahə üzrə mütəxəssislərdən ibarət layihə qrupu və ekspert qrupu tərəfindən “Dövlət satınalmaları haqqında” qanunda nəzərdə tutulmuş qaydada hazırlanır. Layihə qrupunun tərkibində müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsinə malik üç nəfərədək mütəxəssis iştirak edir. Ekspert qrupunun tərkibində müvafiq sahə üzrə 5 ildən çox iş təcrübəsinə malik iki nəfər mütəxəssis iştirak edir. Standartın hazırlanması ilə bağlı müraciət edənlər nazirliyin bununla bağlı müsbət qərarı olduqda, onun hazırlanmasında layihə qrupunun tərkibində ictimai əsaslarla iştirak edə bilərlər. Layihə qrupu tərəfindən hazırlanmış standartın layihəsi ekspert qrupu tərəfindən yoxlandıqdan sonra müvafiq rəylə birgə nazirliyə təqdim olunur.

Nazirlik standartın layihəsinin bu Qaydaların tələblərinə uyğunluğunu yoxlanıldıqdan sonra baxılması və qərar qəbul edilməsi məqsədilə müvafiq sahə komissiyasına, əlavə rəy və təklif bildirilməsi məqsədilə isə aidiyyəti qurumlara təqdim edir. Standartın layihəsi sahə komissiyasına təqdim olunduqdan sonra 30 iş günü müddətində ona baxılır. Bu müddət ərzində standartın layihəsi ilə bağlı qurumlardan daxil olmuş rəy və təklifləri Nazirlik sahə komissiyasına təqdim edir. Sahə komissiyası müəyyən edilmiş müddətdə standartın layihəsinə baxdıqdan sonra səsvermə yolu ilə müvafiq qərar qəbul edir. Sahə komissiyasının qərarı 3 iş günü müddətində nazirliyə təqdim edilir. Sahə komissiyası tərəfindən qəbul edilməyən standart Nazirliyə təqdim olunur. Nazirlik həmin standartı təkmilləşdirilməsi üçün layihə qrupuna göndərir. Müvafiq sahə komissiyasının qərarı nazirliyin Kollegiyasında təsdiq olunduqdan sonra standart qüvvəyə minir və reyestrə yerləşdirilir. Nazirliyin Kollegiyası tərəfindən təsdiq olunmuş standartın qüvvədəolma müddəti 5 ildir. Standartın qüvvədəolma müddəti başa çatdığı zaman onun yenidən hazırlanması və ya müddətinin növbəti 5 il müddətinə uzadılması məqsədilə Nazirlik ən azı 3 ay əvvəl bu Qaydalara uyğun olaraq müvafiq sahə komissiyasına müraciət edir. Sahə komissiyası standartın yenidən hazırlanmasını və ya müddətinin uzadılmasını məqsədəmüvafiq hesab etmədiyi təqdirdə, standart qüvvədən düşür.

Standartın yenidən hazırlanması bu Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilir. Standartın müddətinin uzadılması haqqında qərar müvafiq sahə komissiyasında səsvermə yolu ilə qəbul edilir. Standartın hazırlanmasının və ya yenidən hazırlanmasının maliyyələşdirilməsi “İşsizlikdən sığorta haqqında” qanuna uyğun olaraq İşsizlikdən Sığorta Fondunun vəsaitləri və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.(APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar