Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenskinin Bakı səfərindən gözləntilər... – Politoloqdan şərh

Azərbaycan və Ukrayna arasında əməkdalığın səviyyəsi qane edicidirmi?...

Politoloq: “Sovet dşnəmində olduğu kimi Azərbaycan-Ukrayna münasibətlərini indi də yaxşı adlandırmaq olar”.

“Ukraynanın nazirlərindən biri soydaşımız olmasın?! Buna bütün əsaslar var. Sadəcə işləmək, lobbi işini gücləndirmək lazımdır”.

Bu sözləri politoloq Əhəd Məmmədli Ukrayna prezidenti Vladimir Zelenskinin Bakı səfərini PİA.az-a şərh edərkən qeyd edib.

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Azərbaycana səfərə gəlir. V. Zelenski Azərbaycan Prezidenti İlham Əliyev və Baş Nazir Əli Əsədovla görüşəcək. Prezidentlər Ukrayna-Azərbaycan Biznes Forumunda da iştirak edəcəklər.

Səfər çərçivəsində Ukrayna və Azərbaycan arasında prioritet sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlmiş bir sıra iki tərəfli sənədlərin imzalanması planlaşdırılır.

V. Zelenski Azərbaycandakı Ukrayna icmasının nümayəndələri ilə də görüşəcək.

Azərbaycan və Ukrayna arasında əməkdalığın səviyyəsi qane edicidirmi?

Mövzunu PİA.az-ın əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “Rusiyada olduğu kimi, Ukraynada da ermənilərə mövqedə, təbliğatda uduzuruq”.

Hələ Sovetlər Birliyi dövründə Azərbaycanla Ukraynanın yaxşı əlaqələri olduğunu vurğulayan politoloq PİA.az-a açəqlamasında bildirib ki, tarix boyu ukraynalılar bizə ruslardan daha yaxşı münasibət bəsləyiblər. Həmçinin biz də ukraynalıları özümüzə ruslardan daha yaxın saymışıq:

“Hələ Sovetlər Birliyi dövründə Azərbaycanla Ukraynanın yaxşı əlaqələri olub. Futbol üzrə SSRİ çempionatında adətən Neftçidən sonra, Kiyev Dinamosuna azarkeşlik etmişik. Bu isti münasibətlər siyasətdən başlayaraq idmanıda əhatə edib. Ukraynalılar bizə ruslardan daha yaxşı münasibət bəsləyiblər. Həmçinin biz də ukraynalıları özümüzə ruslardan daha yaxın saymışıq.

Azərbaycan-Ukrayna münasibətlərini indi də yaxşı adlandırmaq olar. Amma fikrimcə Rusiyada olduğu kimi, Ukraynada da ermənilərə mövqedə, təbliğatda uduzuruq. Mən Ukrayna mediası, tv-ləri, siyasi-ictimai həyatlarını izləyirəm və görürəm ki, orada belə ermənilər bizdən güclüdürlər. Çox uzağa getməyək bu ölkənin daxili işlər naziri Avakov ermənidir və yeni prezident Zelinski kabineti dəyişdi, lakin Avakovu vəzifəsində saxladı.

Demirəm ki, bütün bunlar erməni lobbisinin gücünə görədir, amma fakt-faktlığında qalır. Niyə Ukraynanın nazirlərindən biri soydaşımız olmasın?! Buna bütün əsaslar var. Sadəcə işləmək, lobbi işini gücləndirmək lazımdır. Ümüd edirəm ki, Azərbaycan-Ukrayna münasibətləri daha da inkişaf edəcək və yüksəliş istiqamətində gedəcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar