Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrşad Abbasov direktoru olduğu Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində bazar açıb

Direktor hər jurnala görə 2 manat fərdi iş planına görə 1 manat pul yığır...

"Son dövrlər aparılan islahatlar və gəncləşmə siyasəti ilə bərabər cənab prezidentin hər çıxışında məmurlara və vəzifəli şəxslərə rüşvət almamaqla bağlı xəbərdarlıq etməsi görünür bəzilərinin varlanmaq sövdası baxımından onlara sərf etmir.Bu cür şəxslər onlara verilən vəzifənin xalqa xidmət göstərmək üçün həvalə olunduğun unudurlar".

Bu barədə göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra qeyd olunur: "Belə vəzifəli şəxslərdən biri də Göyçay Dövlət Idarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasovdur.İxtisasca ekoloq olan bu şəxsin böyük bir təhsil ocağına direktor təyin olunması təəcüblü olsada, ona edilən etimadı doğrultmaması və qısa vaxta kolleci rüşvət mənbəyinə çevirməsi daha çox təəsüf dogurur.Gələrkən bilik yeganə meyardı deyən şəxs bu gün artıq hər tərəfə pul mənbəyi kimi baxır.Belə ki uzun müddət burda müəllimlərə verilən jurnallardan heç vaxt direktorar tərəfindən pul yığılmayıb.Bu ənənəni gətirən direktor hər jurnala görə 2 manat fərdi iş planına görə 1 manat pul yığır.

Bundan başqa otaqları təmir edecəyik deyərək müəllimlərdən hər birindən10-15 manat arası pul alıb.Dərs yükü bölünərkən isə ən azı oklad yarım dərs almaq 300 manat iki oklad 500 manat olmaqla təyin olunub.Bunlarla bəs etməyən İrşad müəllim davamiyyəti yerində olmayan limiti aşan tələbələrdən buraxdığı dərs saatına uyğun pul almaqla bunları sildirir.Bu baxımdan dərs keyfiyyəti yüksək dərəcədə aşağı düşüb.İxtisasları uyğun gəlməyən müəmmalı işə qəbul olunan şəxslərdəndə müvafiq olaraq 3-5min arasında pul alındığı gəzən söhbətlər arasındadır.

Görünən odur ki 66 yaşlı direktor onunla bir illik müddətə baglanan müqavilənin artırılmayacaq qorxusu baxımından mümkün bütün variantlardan istifadə etməklə varlanmaq istəyir.Dünənə kimi adi bir qoruqda sıravi işci olan bu adamı necə deyərlər görmədiyi günə düşüb.İslahatların və gəncləşmə siyasətinin sürətlə aparıldığı bir ərəfədə bu adamın bütün varlığı ilə təhsili unudaraq pul yığmaq arzusu işçilər arasında onun mozalanın bir personalı ilə müqayisə etməsinə gətirib çıxarıb.Xəstəxanaya gələn yeni həkimin işçilərə rüşvət almamaqla bağlı uzun çıxışından sonra xələti səhv geydiyin başa düşdükdən, çevirib geyindikdən sonra gəlişinin məqsədi bəlli olduğu kimi bu adamında gəlişi onu xatırladır.Yeni qış smestiri gəlir deyə rüşvət yığacağının zövqünü yaşayan direktorun deyib –gülməyinin, sevincinin həddi-hüdudu yoxdu.Amma bütün bunlar az qala bütün kollektivi narahat edir.Belə ki bu cür idarəetməyə görə və təhsilin keyfiyyətinin aşağı düşməsinə görə yuzə yaxın tələbə bu təhsil ocağın tərk edib.Əgər Təhsil naziri Ceyhun Bayramov bu şəxsi vəzifəsindən azad etməsə kollec daha ağır fəsadlarla üzləşə bilər.Bu qərarın verilməsi həm kollektivin həm tələbələrin həmçinin valideyinlərin sevincinə səbəb olar.Və sonda bir daha Prezidentin apardığı ugurlu siyasətə kölgə salan bu şəxsin işdən azad edilməsi digərlərinədə dərs olar".(dia.az)

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar