Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa Rusiyadan Napoleonun silahdaşının qalıqlarlarını istəyir – Foto

Fransa hökuməti Rusiyaya müraciət edərək sabiq imperator Napoleon Bonapartın silahdaşlarından biri, general Sezar Şarl-Etyen Qudenin (1768-1812) nəşinin qalıqlarlarını istəyib...

Bu barədə mənbələrə istinadən “Point” bildirib.

Prezident Emmanuel Makron general Qüdenin nəşinin qalıqlarının qaytarılması ilə bağlı prosesin təşkilinə başlamağı xahiş edib”, – deyə KİV-in məlumatında qeyd edilir.

Qeyd edək ki, generalın nəşinin qalıqlarları ötən yay Smolenskdə, Lopatinski bağında Kral qalasında qazıntılar zamanı aşkarlanıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, əgər Fransa tərəfi istəsə, Rusiya general Qudenin qalıqlarlarını bu ölkəyə verməyə hazırdır.

“Point” bildirib ki, bununla bağlı Parisdəki Əlillər Evində xüsusi mərasim keçiriləcək. Mərasimdə Rusiya prezidenti Vladimir Putinin də iştirakı gözlənilir. Tədbirdən sonra generalın nəşi dəvn ediləcək.

Sezar Şarl-Etyen Quden Fransanın 1812-ci ildə Rusiyaya qarşı hərbi əməliyyatı kampaniya zamanı fransız ordusunun 1-ci korpusunun 3-cü diviziyasının komandanı olub. O, Smolensk döyüşündə aktiv iştirak edib.

General 1812-ci ilin 19 avqustunda Valutin yüksəklikləri uğrunda döyüşdə ağır yaralanıb. Top mərmusu generalın hər iki ayağını qoparıb. Tarixi mənbələrə görə, Quden dərhal Smolenskə aparılıb və Napoleon ona şəxsən qulluq edib. Amma generalın həyatını xilas etmək mümkün olmayıb. /Report

pia.az


Etiket: Fransa Rusiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar